"Məhkəmənin bu qərarı bizim üçün təhqir kimi səslənir"
Dünya 13 Mar 2023 16:59:00 292 0
9 mart tarixində Bastia inzibati məhkəməsi Korsika Assambleyasında müzakirələr zamanı korsika dilinin istifadəsini qadağan edən qərar çıxararaq, bunun Konstitusiyaya zidd olduğunu hesab edib. Adanın muxtar siyasət tərəfdarları bu qərara münasibət bildirərək, onun "Utanc verici qərar", "təhqir" olduğunu bildiriblər.
Bu xəbəri də oxu: Rusiyadan Suriya açıqlaması
Son.az Trend-ə istinadən xəbər verir ki, Fransız xəbər saytı olan "La Croix" bununla əlaqədar dərc etdiyi məqaləsində bildirir ki, martın 9-da qəbul edilən və martın 10-da ictimaiyyətə açıqlanan məhkəmə qərarı xatırladır ki, "4 oktyabr 1958-ci il Konstitusiyasının 2-ci maddəsi"nə əsasən, "hüquqi şəxslər və dövlət xidməti missiyasının həyata keçirilməsində iştirak edən şəxslər fransız dilindən istifadə etmək öhdəliyi daşıyır".
Beləliklə məhkəmənin qərarında qeyd edilib ki, "Korsika İcraiyyə Şurasının daxili reqlamentinin 16-cı maddəsi, eləcə də Korsika Assambleyasının daxili reqlamentinin 1-ci maddəsi", "korsika dilinin debatların dillərindən biri olduğunu" nəzərdə tutaraq, "Konstitusiyanın 2-ci maddəsinin müddəalarına məhəl qoymur".
Məhkəmə beləliklə, Korsika prefektinin hər iki regional orqanın daxili qaydalarını təsdiqləyən müzakirələrin ləğv edilməsini tələb etmək üçün 15 iyun 2022-ci il və 27 yanvar 2023-cü il tarixlərində ünvanlanmış şikayətləri əsaslı qəbul edib (yəni təsdiqləyib).
Dildən başqa, Korsika prefekti əsaslandırıb ki, "Korsika xalqının varlığını qurban verən" bu daxili qaydalar faktı həmçinin Konstitusiyaya da məhəl qoymur.
"Bu qərar Korsikanın seçilmiş nümayəndələrini (millət vəkillərini) Korsika Assambleyasında, Korsika İcraiyyə Şurasında və ictimai həyat fəaliyyətlərindəki müzakirələr zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir", -deyə, İcraiyyə Şurasının muxtar prezidenti Jil Simeoni və Korsika Assambleyasının muxtar rəhbəri Mari-Antuanet Mopertui birgə bəyanatlarında təəssüf hissi ilə bildiriblər.
Onlar əlavə ediblər ki, "biz bu vəziyyətlə razılaşa bilmərik" və bildiriblər ki, bu qərara qarşı etirazlarını ifadə etmək üçün appelyasiyaya müraciət ediblər.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliy
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assos
Məşhur türkiyəli aktyor Yılmaz Qrudanın səhhəti yenidən pisləşib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman)
Ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzl�
Bakıda küçədə siqaret kötüyünü yerə atanlar inzibati məsuliyyət daş
Sosial şəbəkələrdə Zaqatalada sahibsiz itlərin zəhərlənərək öldür�
Son bir neçə il ərzində Britaniyanın Bervin həbsxanasının 18 əməkdaş�
"İnsanlar qəddarlaşıb. Biz axı niyə belə olduq? Hamı düz insan axt
Fransa məhkəməsi Korsika adasında yerləşən dövlət müəssisələrində
Saatlı rayonunda suyun kəsilməsinə etiraz edən bir qrup şəxs saxlanılıb
Türkiyə 2018-2022-ci illərdə dünyanın ən çox silah ixrac edən ölkələ
"Korsika Assambleyasında aparılan müzakirələrdə Korsika dilindən ist
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.
"İkili standartlar" kəlməsi son illər siyasətçilər, ekspertlər