Avropa Parlamentinin önəm verdiyi "dəyərlər"


Siyasət 13 Mar 2023 15:56:00 173 0

Avropa Parlamentinin önəm verdiyi "dəyərlər"

"İkili standartlar" kəlməsi son illər siyasətçilər, ekspertlər və mətbuatın ən çox istifadə etdiyi ifadələrdən birinə çevrilib. Bəşər tarixi yarandığı gündən bu standartlar qeyri-rəsmi qüvvəyə minib və tarix boyu güclü gücsüzü, qüdrətli zəifi əzib, hüqüqlarını tapdayıb. 30 ildən artıq ikili standartları ən çox öz üzərində hiss edən ölkələrdən biri də Azərbaycan olub. İşğala məruz qalsa da, milyondan artıq vətəndaşı öz ev-eşiyindən didərgin salınsa da, təcavüzkara dur deyən tapılmadı. Yalnız 30 il sonra təkbaşına öz torpaqlarını azad etməyə başlayanda isə dünya birliyinin yadına ədalət, hüquq və insan azadlıqları düşdü. Halbuki, Azərbaycan və Ermənistana münasibətdə ikiüzlü siyasət yürüdən Avropa illər uzunu Ermənistanı işğalçı dövlət adlandırmağa cürət etmədi.

Təəəsüflə qeyd etmək lazımdır ki, son zamanlar da bəzi beynəlxalq təşkilatların "ikili standart" yanaşmalarının şahidi oluruq. Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bu kimi  təşkilatların Azərbaycana qarşı  ikilili mövqeyini, riyakar mövqe ortaya qoyduğunu sərt şəkildə tənqid edib.

İkili standatlar həm də Ermənistanda insan haqlaırnın pozulması ilə bağlı olub. Maraqlıdır ki, guya insan hüquqlarının qorunması ilə məşğul olan, özlərini "azadlıq carçısı" adlandıran beynəlxalq təşkilatlar Ermənistanda baş verən hadisələri təbii qəbul edirlər.

Yeri gəlmişkən, Avropa Parlamenti yaxın günlərdə növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu bir daha ölkəmizə münasibətdə necə düşmən mövqedə dayandığını sübut edir. Bu qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya "blokada"da olması kimi iddialar, eləcə də gorbagor olmuş "Minsk Qrupu", "status", "Dağlıq Qarabağda və ətrafında" kimi keçmiş, sərsəm və gündəlikdə umumiyyətlə olmayan məsələlər qeyd edilib.

Erməni lobbisinin, daha dəqiq ifadə etsək Fransanın ciddi təsiri altında olan Avropa Parlamentini qondarma sənədi qəbul etməzdən bir sıra məsələlərə diqqət yetirməsini məsləhət görərdik.

Birincisi, Azərbaycana qarşı təşəbbüslərin və qətnamələrin artıq sayı-hesabı itib. Sanki AP Ermənistan Parlamentinin komitəsinə çevrilib, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən göndərilən layihələri notarius kimi təsdiqləyir.

İkincisi, avroparlament vaxtaşırı bu kampaniya xarakterli anti-Azərbaycan fəaliyyəti ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Azərbaycanı gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etmək cəhdidir

Üçüncüsü, Azərbaycanın apardığı aktiv xarici siyasət, o cümlədən NAM-a uğurla sədrlik, həmçinin X Global Bakı Forumunun baş tutması və digər qlobal təşəbbüslərimiz ölkəmizin beynəlxalq arenada yüksək nüfuzunun göstəricisidir.

Nəhayət, Ermənistanın və erməni lobbisinin "konyak diplomatiyası"ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana "öyüd-nəsihət" verməyə mənəvi haqqı yoxdur. Və sonuncu məsələ, Azərbaycan torpaqlarının 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi dövrdə Avropa Parlamenti niyə susurdu?

Kamran Seyidov Son.az

Samir Salam saxlanıldı like
  • 13 Mar 15:47  
Digərləri Samir Salam saxlanıldı

Tanınmış ilahiyyatçı, məddah Samir Salam da Azərbaycanda İranın casus �

arrow Ətraflı
Türkan Vəlizadə: “Mənə kişi lazımdır”  VİDEO like
  • 13 Mar 15:45  
Şou-biznes Türkan Vəlizadə: “Mənə kişi lazımdır” VİDEO

Müğənni Türkan Vəlizadə növbəti açıqlaması ilə gündəmə səs salı

arrow Ətraflı
Bakıdan İrəvana son xəbərdarlıq: ya yaşıl pasport, ya "qurd bileti" like
  • 13 Mar 15:23  
Siyasət Bakıdan İrəvana son xəbərdarlıq: ya yaşıl pasport, ya "qurd bileti"

Ermənistanın hakimiyyət dairələri çox təhlükəli yola üz tutaraq Bakı

arrow Ətraflı
Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş konsert keçirilib  FOTO like
  • 13 Mar 15:14  
Kriminal Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş konsert keçirilib FOTO

Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respu

arrow Ətraflı
Türkiyədə seçki kampaniyası like
  • 13 Mar 14:50  
Dünya Türkiyədə seçki kampaniyası

Türkiyədə seçki kampaniyası martın 18-dən başlayacaq.

arrow Ətraflı
Bu kəndin yolu bərbad vəziyyətdədir like
  • 13 Mar 14:39  
Digərləri Bu kəndin yolu bərbad vəziyyətdədir

Çala-çuxurlu bu yolda palçıq əlindən tərpənmək olmur. Yağış yağanda

arrow Ətraflı
İlham Əliyev Almaniyaya işgüzar səfərə gedib like
  • 13 Mar 14:36  
Siyasət İlham Əliyev Almaniyaya işgüzar səfərə gedib

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya

arrow Ətraflı
İrandan Azərbaycana keçmək istəyən 3 nəfər saxlanıldı like
  • 13 Mar 14:28  
Kriminal İrandan Azərbaycana keçmək istəyən 3 nəfər saxlanıldı

Mart ayının 12-də saat 19:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşu

arrow Ətraflı
Yaşlandıqca daha xarizmatik olan “Oskar”lı ulduzlar like
  • 13 Mar 14:17  
Şou-biznes Yaşlandıqca daha xarizmatik olan “Oskar”lı ulduzlar

20 il öncə "Oskar" mükafatı almış  bəzi Hollivud ulduzları, x

arrow Ətraflı
39 yaşlı müəllim əməliyyatdan sonra niyə öldü? like
  • 13 Mar 14:06  
Kriminal 39 yaşlı müəllim əməliyyatdan sonra niyə öldü?

Xəbər verdiyimiz kimi, ötən gün Bərdənin Uğurbəyli kəndində yaşayan

arrow Ətraflı
Makronun korsikalılara qarşı gizli müharibəsi like
  • 13 Mar 14:01  
Siyasət Makronun korsikalılara qarşı gizli müharibəsi

Fransa hakimiyyəti uzun müddətdir Azərbaycana qarşı qərəzli mövqe nüma

arrow Ətraflı
Gəncədə binanın zirzəmisi gölə çevrilib	like
  • 13 Mar 13:55  
Digərləri Gəncədə binanın zirzəmisi gölə çevrilib

Bura Gəncənin Xətai prospektində yerləşən 114 nömrəli 5 mərtəbəli ya

arrow Ətraflı
Gürcüstanı "xərcləmək" istəyənlərin OYUNU like
  • 13 Mar 13:47  
Siyasət Gürcüstanı "xərcləmək" istəyənlərin OYUNU

Dünya, xüsusilə də Avropa hər ötən gün Rusiya və Qərb arasında geosi

arrow Ətraflı
“Rusiya məhbus qadınları Donetskdə döyüşlərə cəlb edir” like
  • 13 Mar 13:44  
Dünya “Rusiya məhbus qadınları Donetskdə döyüşlərə cəlb edir”

"Rusiya məhbus qadınları Donetsk vilayətindəki döyüşlərə cəlb ed

arrow Ətraflı
Bakının mərkəzində bataqlıq yaranıb like
  • 13 Mar 13:22  
Digərləri Bakının mərkəzində bataqlıq yaranıb

Çoxmərtəbəli binaların yerləşdiyi ərazinin bir addımlığında bataqlı

arrow Ətraflı