Gürcüstanı "xərcləmək" istəyənlərin OYUNU


Siyasət 13 Mar 2023 13:47:00 188 0

Gürcüstanı "xərcləmək" istəyənlərin OYUNU

Dünya, xüsusilə də Avropa hər ötən gün Rusiya və Qərb arasında geosiyasi maraqların toqquşduğu poliqonu xatırlatmaqdadır.

Hədəfə çatmaq üçün isə bu iki qütb arasındakı amansız mübarizə digər xırda dövlətləri bu prosesdə "xərcləmək", onların taleyi ilə oynamaq kimi halların daha da artmasına səbəb olur ki, bu situasiya daha da təhlükəli hal almağa başlayıb.

Biz bunun təəssüflər olsun ki, növbəti raundunu bu ərəfələrdə məhz qonşu-dost ölkə Gürcüstanda şahid olmaqdayıq. Rusiya və Qərb (ABŞ) arasında geosiyasi mübarizə Gürcüstan hakimiyyətinin seçimidir də deyə bilərik. 

Gürcüstan parlamentində "xarici agentlər qanunu" kimi tanınan qanun layihəsinin müzakirəsi əslində bu dövlətin öz maraqlarını, dövlətçiliyini qorumaq, sığortalamaq adına olduqca önəmli qanun olduğunu hesab edirəm. Çünki xaricdən maliyələşən və Qərbin fondlarından vətəndaş cəmiyyəti sektorunun, QHT-lərin asıllığı əlbəttə ki, əvvəl-axır ölkənin suverenliyinə, onun daxili sabitliyinə təhlükə mənbəyi, təhdid olan amillərdən biri olmaqla yanaşı, bu ölkənin Vətəndaş cəmiyyətinin birbaşa qrant aldığı ölkələrdən asılı və onların yanında yer almasına gətirib çıxaran çox təhlükəli bir amildir. 

Qərb qurumlarının layihəni sərt tənqid etməsi, onu "rus qanunu" kimi şərh etməsi, NATO-nun Gürcüstan Parlamentində qəbul edilmiş bu qanun layihəsini geriyə atılmış addım kimi dəyərləndirməsi heç də təəccübləndirmir. 

Gürcüstan bu prosesləri diqqətlə izləyib, gedən oyunları zamanında başa düşməlidir. Nə olsun ki, deyirlər Amerikada belə qanun layihəsi yoxdur, Qərbdə bu belə deyil və s.

Fransa, ABŞ, Almaniya Rusiyadan gələn qrantları qəbul edər?

Açıq danışmaq gərəkirsə, güya ki, adıçəkilən nəhənglər insan haqlarını, demokratiyanı düşünürlər, amma bu qrant məsələsi, "xarici agentlər" məsələsi çox ciddidir. 

Amma biz digər nüansı da bu məqamda diqqətdən kənarda qoya bilmərik. Bəli, Rusiya indi İvanişvili hakimiyyətini möhkəmləndirməkdə maraqlıdır. Bu qanun layihə Gürcüstanın Avropadan uzaqlaşdırılması üçün birinci cəhdi idi. Lakin Gürcüstan Prezidenti Salome Zurabişvilinin çıxışı ("Bizim cəmiyyət təəssüf ki, hakimiyyətdən daha demokratikdir. Bu cəmiyyətin öz iradəsini bildirməyə haqqı var, Avropanı istədiklərini deməyə haqqları var və mən də bacardığım qədər onlara dəstək olmaq fikrindəyəm". O, bunu da bildirdi ki, "xarici agentlər" barədə qanun layihəsinin heç kimə faydası yoxdur və Rusiya siyasətinə çox bənzəyir), müxalifətin çox kütləvi halda küçələrə axışması və Qərbin Gücüstan hakimiyyətinə təzyiqi ona gətirib çıxardı ki, İvanişvili hakimiyyəti hələlik indiki məqamda prosesə pauza vermək məcburiyyətində oldu.

Hadisələr göstərir ki, hakimiyyətin xarici təsirlərə dişsiz görünməsi ölkədəki proseslərə də çox mənfi təsirini göstərir. Biz bunu təkcə Gürcüstanda yox, Ukraynada, eləcə də Moldovada, Ermənistanda çox yadın şəkildə müşahidə etmiş oluruq. 

Münhen Təhlükəsizlik konfransında da gördük ki, Qərb Ukrayna məsələsi ilə bağlı Qaribaşvilidən artıq qəti mövqe nümayiş etdirməyi istədi. Əslində burada da biz Gürcüstan hakimiyyətini başa düşürük, öz maraqları var. Amma Gürcüstan kiçik ölkədir, Gürcüstan Ukrayna deyil. Ukraynanın bir yerini işğal etmək, daha sonra o biri yerini geri qaytarmaq olar. Çünki Avropanın ən böyük coğrafiyaya sahib ölkəsidir. Amma eyni fikirləri Gürcüstan barədə deyə bilmərik. Bu səbəbdən də o risklər qarşısında Tiflisin təhlükəsizliyi məsələsi olduqca aktual problem kimi görünür. 

Qərbin məqsədi nədir?

Ukrayna ilə həlledici döyüşə hazırlaşdığı barədə hər gün artan söz-söhbətlər fonunda Putin Rusiyasının qüvvələrini parçalamaq və resurslarını digər cəbhələrə yönəldib, tükəndirmək məqsədilə Qərb Rusiya üçün həyati əhəmiyyətli daha iki coğrafiyada - Cənubi Qafqazda və Orta Asiyada da vəziyyəti gərginləşdirmək xətti seçib. 

İrəvanı Bakı ilə sülh sazişindən yayındırmağa və ən azından, Türkiyədəki 14 may seçkilərinin nəticəsi məlum olanadək bu danışıqlar prosesini uzatmağa çalışan Qərb, mövqelərinin hələ güclü olduğu daha bir Cənubi Qafqaz respublikasında - Gürcüstanda da etiraz aksiyalarının əsas sifarişçisi kimi görünür. Çünki Qərbdə yaxşı bilirlər ki, Qaribaşvili hökuməti hazırda etirazların əsas səbəbi kimi göstərilən "Xarici agentlər haqqında" adlandırılan qanunun qəbuluna nail olarsa, bu, Qərb (ABŞ) xüsusi xidmət qurumlarının Gürcüstanda daxili və xarici proseslərə təsir imkanını bloklamaqla yanaşı, onların Gürcüstan üzərindən digər yaxın ölkələrə rahat çıxış imkanlarını da xeyli məhdudlaşdırmış olacaq. 

Ona görə də Gürcüstan hakimiyyəti əslində Ukrayna mövzusunda özünü çox doğru şəkildə sığortaladığını düşünürəm.

Amma bu gün Gürcüstan daxilinin qaynaması deməyə əsas verir ki, bu ölkədə 60-70 yaş üzərində olan vətəndaşları çıxmaq şərti ilə SSRİ-yə dərin nifrətin formalaşdığı, gürcü gənclərin birbaşa olaraq özlərini Qərbdə görməsi, rus dilinin insanlarında yaratdığı qıcıq (ingilis dilinə üstünlük verilməsi), mentalitetlərindəki ciddi dəyişikliklər düşünməyə əsas yaradır ki, bu gün böyük əksəriyyət gürcü özünü qərbçi görür. 

Necə ki, Ermənistanda Qərb fondları ciddi şəkildə vətəndaş cəmiyyəti, tələbə gənclər təşkilatına, ayrı-ayrı qurumlara daxil olub, orada onların beynini yumaqla məşğul oldular, bu gün biz Gürcüstanda da eynisini gördük. 

Azərbaycanda əgər hər kəs vahid ideologiya, Azərbaycançılıq və dövlətçilik ənənəsinə sadiqlik nümayiş etdirərək dövləti ətrafında birləşibsə, biz bu gün Gürcüstanda siyasi pariyalar arasında ziddiyət, eyni zamanda ideologiyalar arasında ziddiyət görürük. Eyni problemi biz Ermənistanda da aydın şəkildə sezirik. Adıçəkilən bu ölkələrdə ya Rusiyaya, ya da Qərbə dərin nifrəti görməmək əldə deyil. 

Biz eyni situasiyanı hətta Ukraynada Kuçman dövründə (1994-2005) də görmüşük, indi Gürcüstan və Ermənistan kimi biz Moldova da görürük ki, ölkə daxilində artıq ciddi parçalanmalar, qütbləşmələr formalaşmaqdadır. Amma bu çox yanlış bir yoldur. Çünki hər kəs hər şeydən əvvəl öncə öz xalqının gələcəyini, öz milli mənsubiyyətini düşünüb dövlətinin ətrafında birləşməyi bacarmalıdır. 

Ona görə ki, istər Qərb, istərsə də Rusiya öz ideologiyasını həmin xalqların daxili proseslərinə qəbul etdirməklə adıçəkilən dövlətlərin milli maraqlarına ciddi zərbə vurmuş olurlar. Buna görə gürcü xalqı daha ayıq olmalıdır. 

Təhməz Əsədov Son.az

“Rusiya məhbus qadınları Donetskdə döyüşlərə cəlb edir” like
  • 13 Mar 13:44  
Dünya “Rusiya məhbus qadınları Donetskdə döyüşlərə cəlb edir”

"Rusiya məhbus qadınları Donetsk vilayətindəki döyüşlərə cəlb ed

arrow Ətraflı
Bakının mərkəzində bataqlıq yaranıb like
  • 13 Mar 13:22  
Digərləri Bakının mərkəzində bataqlıq yaranıb

Çoxmərtəbəli binaların yerləşdiyi ərazinin bir addımlığında bataqlı

arrow Ətraflı
Güclü külək olacaq like
  • 13 Mar 13:14  
Digərləri Güclü külək olacaq

Martın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Fəhlə iş yerində öldü, like
  • 13 Mar 13:00  
Kriminal Fəhlə iş yerində öldü,

Martın 11-i saat 03 radələrində Abşeron rayonu ərazisində yerləşən kə

arrow Ətraflı
“Burada mənə heç nə olmaz, bilmirsiniz ki, lənkəranlıyam?” like
  • 13 Mar 12:49  
Şou-biznes “Burada mənə heç nə olmaz, bilmirsiniz ki, lənkəranlıyam?”

Mahsun Kırmızıgülün Bakı konserti maraqlı anlara səhnə olub.

arrow Ətraflı
Bakıda bank hesablarından 17 min manata yaxın vəsait oğurlandı like
  • 13 Mar 12:38  
Kriminal Bakıda bank hesablarından 17 min manata yaxın vəsait oğurlandı

Paytaxtda ayrı-ayrı vətəndaşlara məxsus bank hesablarından kütləvi tala

arrow Ətraflı
Vəzifəli şəxsin meyiti binanın girişində tapılıbmış like
  • 13 Mar 12:34  
Kriminal Vəzifəli şəxsin meyiti binanın girişində tapılıbmış

Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının köməkçisi R

arrow Ətraflı
İranda itkin düşən tələbəmizdən nə xəbər var? like
  • 13 Mar 12:29  
Siyasət İranda itkin düşən tələbəmizdən nə xəbər var?

İranda itkin düşən azərbaycanlı tələbədən məlumat yoxdur.

arrow Ətraflı
Azərbaycanlı məşhurun ad günündə TVERK RƏQSİ like
  • 13 Mar 12:27  
Şou-biznes Azərbaycanlı məşhurun ad günündə TVERK RƏQSİ

Martın 9-u 40 yaşını dost məclisi ilə qeyd edən Səidə Sultanın doğum

arrow Ətraflı
İlin ən önəmli gecəsində kimlər var idi? like
  • 13 Mar 12:16  
Şou-biznes İlin ən önəmli gecəsində kimlər var idi?

Xəbər verdiyimiz kimi, ötən gecə "Oskar" mükafatı yeni sahiblə

arrow Ətraflı
İlham Əliyevin təşəbbüsləri yeni dünya nizamının konturlarını cızır like
  • 13 Mar 12:12  
Siyasət İlham Əliyevin təşəbbüsləri yeni dünya nizamının konturlarını cızır

X Qlobal Bakı Forumu sona çatdığından bu tədbirin uğurunu qeyd etməyin t

arrow Ətraflı
Fırıldaqçılar kartdakı pulu bu yolla ələ keçirirlər like
  • 13 Mar 12:05  
Digərləri Fırıldaqçılar kartdakı pulu bu yolla ələ keçirirlər

Son zamanlar xarici ölkələrin mobil nömrələrindən müxtəlif maaşlar mü

arrow Ətraflı
İcra başçısının intihar etmiş köməkçisinin atası danışdı: like
  • 13 Mar 11:57  
Digərləri İcra başçısının intihar etmiş köməkçisinin atası danışdı:

Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayon İcra Hakimiyyəti başçısı

arrow Ətraflı
Rusların dəstəyi ilə Qarabağa silah daşınır like
  • 13 Mar 11:55  
Siyasət Rusların dəstəyi ilə Qarabağa silah daşınır

Sosial şəbəkələrdə rus sülhməramlı kontingetinin 2 UAZ "Patriot&qu

arrow Ətraflı