Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş konsert keçirilib FOTO
Kriminal 13 Mar 2023 15:14:00 70 0
Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş konsert keçirilib.
Bu xəbəri də oxu: Ölkəyə qanunsuz yolla yarım milyona yaxın qızıl keçirmək istədi
Gecənin əvvəlində Rübabə Muradovanın ifasında "Heydər babaya salam" mahnısının səs yazısı dinləyicilərə təqdim olunub. Daha sonra akademik Rafael Hüseynov sənətkarın həyat və yaradıcılığı haqqında bəhs edib.
Konsert Azərbaycan Respublikasının Xalq artistləri Nəzakət Teymurova, Gülyaz Məmmədova, Simarə İmanova, Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Sevinc Sarıyeva, Səbuhi İbayev, Gülüstan Əliyeva, Zakir Əliyev, Fehruz Səxavət, Arzu Əliyeva, xanəndələr Vəfa Vəzirova, Səbinə Ərəbli, Rəvanə Qurbanovanın ifaları ilə davam edib. Solistlər Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının İnstrumental heyəti (bədii rəhbəri və baş dirijoru: Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev, musiqi rəhbəri: Mahir İbrahimov), Azərbaycan Respublikasının Əməkdar artistləri Əliağa Sədiyev (tar), Xəyyam Məmmədovun (kamança) müşayiəti altında çıxış ediblər. Musqili gecənin sonunda Rübabə Muradovanın bacısı Tahirə Muradova konsertin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirmişdir. Proqramda Rübabə Muradovanın repertuarından bəstəkar və xalq mahnıları səslənib.
Çala-çuxurlu bu yolda palçıq əlindən tərpənmək olmur. Yağış yağanda

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya

Mart ayının 12-də saat 19:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşu

20 il öncə "Oskar" mükafatı almış bəzi Hollivud ulduzları, x

Xəbər verdiyimiz kimi, ötən gün Bərdənin Uğurbəyli kəndində yaşayan

Fransa hakimiyyəti uzun müddətdir Azərbaycana qarşı qərəzli mövqe nüma

Bura Gəncənin Xətai prospektində yerləşən 114 nömrəli 5 mərtəbəli ya

Dünya, xüsusilə də Avropa hər ötən gün Rusiya və Qərb arasında geosi

"Rusiya məhbus qadınları Donetsk vilayətindəki döyüşlərə cəlb ed

Çoxmərtəbəli binaların yerləşdiyi ərazinin bir addımlığında bataqlı

Martın 11-i saat 03 radələrində Abşeron rayonu ərazisində yerləşən kə

Mahsun Kırmızıgülün Bakı konserti maraqlı anlara səhnə olub.
