Avropa Parlamenti şəxsi maraqlarla idarə olunur ŞƏRH


Siyasət 13 Mar 2023 17:11:00 200 0

Avropa Parlamenti şəxsi maraqlarla idarə olunur  ŞƏRH

Avropa Parlamenti yaxın günlərdə Azərbaycanın əleyhinə növbəti, Ermənistanın irəli sürdüyü əsassız iddia və ittihamlardan ibarət böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Erməni yalanlarından qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana "hərbi təcavüz etməsi", Laçın yolunun guya "blokada"da olması kimi iddialar, eləcə də "Minsk Qrupu", "status", "Dağlıq Qarabağ" və s. bu kimi son istifadə müddəti illər öncə tükənmiş, çürümüş, iylənmiş sərsəmləmələr yer alıb.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, yüzminlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə, onminlərlə günahsız insanın, o cümlədən, uşaqlar və qadınların, ahılların xüsusi amansızlıqla qətlə yetirilməsinə, xalqımıza məxsus tarixi, dini, mədəni abidələrin, yaşayış məskənlərinin - kəndlərin, qəsəbələrin, şəhərlərin vəhşicəsinə dağıdılmasına seyrçi qalan, imkan düşdükcə təcavüzkara birbaşa və dolayısıyla dəstək verən AP-ın ölkəmizi növbəti dəfə "Ermənistana hərbi təcavüz etməkdə" suçlamağa hazırlaşması siyasi əxlaqsızlığın və simasızlığın Avropa parlamentariləri tərəfindən davam etdirilməkdə olan klassik ənənələrinin bariz nümunəsidir.

"Hələ qədim Roma dövründə qəbul edilən mahiyyətcə riyakar, əsassız, böhtan və yalan xarakterli qərarlara etirazını bildirən böyük filosof, natiq və siyasətçi Siseron "Heyf ki, kağız qızarmır" deyirdi və bildirirdi ki, əgər Roma siyasətçilərinin zərrə qədər də həya etmədən qəbul etdiyi qərarların yazıldığı kağız canlı olsaydı, onların əvəzinə utanıb-qızarardı. Görünür, "Qoca Qitə"nin böyük bir hissəsini əhatə edən Avropa Parlamentinin durumu Siseronun dövründəki parlamentdən daha acınacaqlıdır. Çünki Avropa Parlamentində həyasızcasına uydurulmuş yalanlardan ibarət kağız parçalarına etiraz edə, həqiqəti söyləyə biləcək bircə nəfər belə yoxdur.

Çirkli pullar müqabilində Ermənistan və erməni diasporu da daxil olmaqla ayrı-ayrı ölkələrin, təsisatların nüfuz müvəkkliyini yerinə yetirən parlamentarilərin "meydan suladığı" Avropa Parlamenti öz nüfuzunu çoxdan itirib və parlamentarizm prinsipləri ilə deyil, maraqlarla idarə olunur.

Ötən ilin dekabrından həbsdə olan Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiyada hallanması da sözügedən təsisatın "gerçək missiyası"nın hansı əməllərdən ibarət olduğunu bir daha sübuta yetirir. Qeyd edim ki, Eva Kailin ifşa olunanadək Avropa Parlamentində həm də erməni lobbisinin fəal üzvlürəndən biri kimi çıxış edirdi. Onun adının, həbsindən 1 ay əvvəl Avropa Parlamentinə ölkəmiz əleyhinə qətnamə layihəsi təqdim edən 33 parlamentarinin siyahısında yer alması Eva Kailin lobbiçilik fəaliyyətinin nə qədər çoxşaxəli və genişmiqyaslı olduğunu sübuta yetirir. Eva Kailin də Avropa Parlamentindəki Ermənistanla "dostluq" qrupunun digər üzvləri kimi, erməni separatçılarının və ASALA da daxil olmaqla erməni terror təşkilatlarının hamisi, ultramillətçi Daşnaksütyunun Avropadakı "ədalət və demokratiya uğrunda erməni federasiyası" adı altında gizlənmiş təsisatının rəhbəri, erməni lobbisinin rüşvət və korrupsiya şəbəkəsinin əsas fiqurlarından olan Kaspar Karampetyanın yaxın ətrafına daxil olan şəxslərdən sayılır. Karampetyan Avropa parlamentarilərini "dirijor çubuğu" ilə istədiyi kimi idarə edir.

Kaspar Karampetyanın yaxın dostu, Şimali Kiprdən olan deputat, AP-dəki "erməni dostluq qrupunun rəhbəri" Lukas Furlasın qalmaqallı seçki kampaniyası ilə bağlı məlumatlar, onun Avropa Parlamentinə Daşnaksütyunun çirkli pulları ilə yol tapdığını təsdiqləyən amil kimi dəyərləndirilə bilər. Belçikada Afrikadan əldə etdiyi çirkli və qanlı pullar hesabına brilliant şəbəkəsinin sahibi olan Kaspar Larampetyanın maliyyə vəsaitlərinin bir hissəsi Şimali Kiprdə - offşor zonasında saxlanılır və Lukas Furlas kimi şəxslərin vasitəsilə Avropa siyasətçilərinin ələ alınmasında istifadə edilir", - deyə E.Mirzəbəyli bildirib.

O qeyd edib ki, Belçikanın "Le Soir" nəşrinin son araşdırmalarından birində yer alan Avropa parlamentarilərinin 13%-nin üçüncü şəxslərin dəvəti ilə müxtəlif səfər və ziyafətlərdə iştirak etməsi ilə bağlı faktlar isə, şübhəsiz ki, aşkarlanan faktların cüzi bir hissəsini təşkil edir.

"Lakin bu faktlar da Avropa Parlamentindəki real durumun anlaşılması üçün yetərlidir. "Le Soir"in araşdırmasında belə səfər və ziyafətlərin, əsasən, Ermənistan və erməni diasporu tərəfindən təşkil olunduğu bildirilir.

Karampetyanın təşkil etdiyi ziyafətlərdə Lukas Furlasın, Fransadan olan digər parlamentari Fransual-Ksavye Bellami ilə ön sıralarda olması, Kaspar Karampetyanın Lukas Furlasa "Avropa insititutları ilə 20 illlik əməkdaşlığa görə" təşəkkürünü bildirməsi Ermənistanla "dostluq qrupu"nun rəhbərinin Avropa Parlamentarilərinin satın alınmasında əsas fiqurlardan biri oldiğunu sübuta yetirir.

Lukas Furlas Avropa Parlamentində, həm də Karampetyanın cəsusu kimi fəaliyyət göstərir. Avropa parlamentarilərininin zəif yerlərini öyrənir, məlumatları Karampetyana ötürür və sonra isə qızıl həvəskarı olanlara qızıl üzüklər, daş-qaş sevənlərə brilliantlarla süslənmiş hədiyyələr, bəzilərinə isə orientasiyalarına uyğun olaraq canlı "mükafat"lar göndərilir.

Bütün bunlar dünyaya "demokratiya, insan hüquqları" dərsi keçməyə çalışan Avropa parlamentarilərinin gerçək və iyrənc simalarını gün işığına çıxaran məqamların sadəcə cüzi bir hissəsidir. Görünməyən, üzə çıxmayan iyrəncliklərin sayı isə bundan dəfələrlə çoxdur.

Belələrindən ədalət gözləməyə isə dəyməz.

Gözləri qatı iqrçilik, islamafobiya və ksenofobiya pərdəsi ilə örtülmüş Avropa parlamentariləri nədənsə erməni vəhşiliyinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki qanlı izlərini görmür, bəşər tarixinin ən utancverici mənzərəsinə nəzər salmaq, münasibət bildirmək istəmirlər. 44 günlük müharibədən sonra 300-ə qədər Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Onların arasında öz peşə borclarını yerinə yetirən media nümayəndələri də var. Maraqlıdır, görəsən, nədən öz maraqlarına uyğun gəldiyi halda "söz və fikir azadlığı"ndan saysız-hesabsız sabun köpüyü üfürən Avropa parlamentariləri azərbaycanlı jurnalistlərin, günahsız insanların erməni terrorunun qurbanına çevrilmələrinə seyrçi qalırlar? Bəlkə ermənilərə Avropa Parlamenti tərəfindən xüsusi status verilib və onlar günahsız insanları qətlə yetirə, başqalarının torpaqlarını mənimsəyə, evlərini, ziyarətgahlarını dağıda bilərlər? Bu, necə təfəkkürdür? Bu ibtidai icma düşüncəsinin, qəbilə təfəkkürünün daşıyıcısı olan insanlar hansı haqla Azərbaycana qarşı ittihamlarla çıxış edirlər?

Avropa Parlamentinin qəbul etməyə hazırlaşdığı mövbəti "qətnamə" də bizim üçün əzik-üzük, simasızlığa, riyakarlığa, siyasi əxlaqsızlığa bulaşmış kağız parçasıdır və heç bir halda Azərbaycan dövlətinin iradəsinə, Azərbaycan xalqının mövqeyinə, ölkəmizin öz qanuni hədflərinə çatmasına maneə yarada bilməz", - deyə o əlavə edib.

"Məhkəmənin bu qərarı bizim üçün təhqir kimi səslənir" like
  • 13 Mar 16:59  
Dünya "Məhkəmənin bu qərarı bizim üçün təhqir kimi səslənir"

9 mart tarixində Bastia inzibati məhkəməsi Korsika Assambleyasında müzakir

arrow Ətraflı
İran lehinə təbliğat aparan 32 nəfər saxlanıldı  SİYAHI like
  • 13 Mar 16:55  
Digərləri İran lehinə təbliğat aparan 32 nəfər saxlanıldı SİYAHI

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliy

arrow Ətraflı
Məşhur aktyor xəstəxanaya yerləşdirildi like
  • 13 Mar 16:51  
Şou-biznes Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Məşhur türkiyəli aktyor Yılmaz Qrudanın səhhəti yenidən pisləşib. 

arrow Ətraflı
Ombudsman Edillidəki kütləvi məzarlıqlarda aparılmış araşdırmaya dair hesabat hazırlayıb like
  • 13 Mar 16:44  
Digərləri Ombudsman Edillidəki kütləvi məzarlıqlarda aparılmış araşdırmaya dair hesabat hazırlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman)

arrow Ətraflı
“Ali təhsil” haqqında yeni qanun layihəsi hansı yeniliklər gətirəcək? like
  • 13 Mar 16:40  
Digərləri “Ali təhsil” haqqında yeni qanun layihəsi hansı yeniliklər gətirəcək?

Ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzl�

arrow Ətraflı
Siqaret çəkənlərin nəzərinə  50 manat cərimə yazılacaq like
  • 13 Mar 16:39  
Kriminal Siqaret çəkənlərin nəzərinə 50 manat cərimə yazılacaq

Bakıda küçədə siqaret kötüyünü yerə atanlar inzibati məsuliyyət daş

arrow Ətraflı
DİN Zaqatalada itlərin ölməsi məsələsinə münasibət bildirib like
  • 13 Mar 16:30  
Digərləri DİN Zaqatalada itlərin ölməsi məsələsinə münasibət bildirib

Sosial şəbəkələrdə Zaqatalada sahibsiz itlərin zəhərlənərək öldür�

arrow Ətraflı
18 qadın nəzarətçi məhbuslarla intim münasibətdə olubmuş like
  • 13 Mar 16:29  
Dünya 18 qadın nəzarətçi məhbuslarla intim münasibətdə olubmuş

Son bir neçə il ərzində Britaniyanın Bervin həbsxanasının 18 əməkdaş�

arrow Ətraflı
Manaf Ağayev: “Əsl kişi ağlayar”   VİDEO like
  • 13 Mar 16:18  
Şou-biznes Manaf Ağayev: “Əsl kişi ağlayar” VİDEO

"İnsanlar qəddarlaşıb. Biz axı niyə belə olduq? Hamı düz insan axt

arrow Ətraflı
Özün qədər ikinci saxtakar "bacındır" like
  • 13 Mar 16:17  
Siyasət Özün qədər ikinci saxtakar "bacındır"

Fransa məhkəməsi Korsika adasında yerləşən dövlət müəssisələrində

arrow Ətraflı
Saatlıda suyun kəsilməsinə etiraz edənlər saxlanıldı like
  • 13 Mar 16:10  
Digərləri Saatlıda suyun kəsilməsinə etiraz edənlər saxlanıldı

Saatlı rayonunda suyun kəsilməsinə etiraz edən bir qrup şəxs saxlanılıb

arrow Ətraflı
Türkiyə ən çox silah ixrac edən ölkələr arasında 12ci pillədədir like
  • 13 Mar 16:07  
Dünya Türkiyə ən çox silah ixrac edən ölkələr arasında 12ci pillədədir

Türkiyə 2018-2022-ci illərdə dünyanın ən çox silah ixrac edən ölkələ

arrow Ətraflı
“Məhkəmənin dili qadağan etmək barədə qərarı rüsvayçılıqdır” like
  • 13 Mar 16:02  
Dünya “Məhkəmənin dili qadağan etmək barədə qərarı rüsvayçılıqdır”

"Korsika Assambleyasında aparılan müzakirələrdə Korsika dilindən ist

arrow Ətraflı
Sirkin yanındakı atışma ilə bağlı rəsmi açıqlama like
  • 13 Mar 15:59  
Siyasət Sirkin yanındakı atışma ilə bağlı rəsmi açıqlama

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.

arrow Ətraflı