Fransanın dil oyunu: ermənilərə "olar", amma korsikalılara yox...


Siyasət 13 Mar 2023 17:44:00 172 0

Fransanın dil oyunu: ermənilərə "olar", amma korsikalılara yox...

Parisin bir rayonu boyda olmayan Xankəndidəki ermənilərin "muxtariyyət, milli müqəddaratı təyin etmək hüququ və erməni ilinin önəmi" barədə danışmağı çox sevən Fransa Prezidenti Emmanuel Makron korsikalıların dilini məhdudlaşdırır, onların assimilyasiya prosesini sürətləndirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Fransada milli azlıqların hüquqlarını tanımayan Parisin ermənilən artıq erməni olmaq istəyi çox tragikomik təsir bağışalyır.

Korsikalıların muxtariyyət və doğma dildən istifadə tələblərini Makron "yolverilməz, əsassız və qanunsuz tələblər" adlanldırır, amma separatçı qarabağlı ermənilərin marazmatik tələblərini tam dəstəkləyərək "siz anlamırsınız, bu, ayrı məsələdir" deyir.

Parisdən uzaqdakı erməniləri tam dəstəkləyən Makron Fransanın tərkibindəki Korsikada yerli insanların istəklərini və tələblərini amansızcasına boğur.

...Fransanın Korsika adasında korsikan dilinin istifadəsi qadağan olunub.

Bu barədə BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn tviterdə bildirib.

"Korsikada yalnız fransızcanın istifadəsinə icazə ayrı-seçkilikdir və beynəlxalq hüququn pozulmasıdır. Belə ki, ingiliscə dövlət universitetlərində istifadə olunduğu halda, korsikan dili yasaqlanıb", - BMT-nin rəsmisi vurğulayıb.

Korsikanın Bastiya şəhərinin məhkəməsinin qərarı Fransada yeni və çox təhlükəli proseslərin başlanğıcı ola bilər. Məhkəmə qərar verərək Korsika adasındakı dövlət qurumlarında yerli korsu dilindən istifadəni yasaqlayıb.

Napoleon Bonopartın vətəni olan adadakı məhkəmə qərarında Fransa Konstitusiyasına istinadən edərək vurğulanır ki, "dövlət vəzifələrinin icrasında istifadəsinə icazə verilən yeganə dil fransız dilidir".

Standart italyan dilinə yaxın olan korsu dilində hazırda təqribən 150 min insan danışır. Korsikalıların doğma dili UNESCO tərəfindən məhv olmaq təhlükəsi ilə üzləşmiş dillər siyahısına daxil edilib.

Məhkəmə qərarında daha sonra vurğulanır ki, Korsikanın yerli qanunvericilik strukturu olan Assambleyanın iclaslarda korsu dilindən istifadəyə icazə verməsi adəti "Konstitusiyaya ziddir və buna görə yasaqlanır": "Bundan başqa, korsu dilinin mövcudluğunu müəyyənləşdirən yerli qaydalar da Fransa Konstitusiyasının əksinədir".

Korsikada icraedici hakimiyyətin rəhbəri prefekt Stefaqn Buyon rəsmi Parisə qarşı iddia qaldıraraq genişmiqyaslı muxtariyyət, habelə, adada korsu dilindən sərbəst istifadəni tələb etmişdi.

Adanın İcraiyyə Şurasının prezidenti Jil Simeni və Assambleyanın sədri Mariya-Antuanetta Mopertyi birgə bəyanatlarında bildiriblər ki, Bastiya məhkəməsnin qərarından narazıdırlar və apellyasiya şikayəti verəcəklər: "Korsu dinin qorunması və inkişafı üçün ona adada fransız dili ilə yanaşı, rəsmi dil statusu verilməlidir".

Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan "Core in Fronte" Partiyası məhkəmə qərarını "rüsvayçılıq" kimi dəyərləndirib.

...Korsu dilinin yasaqlanması ilə bağlı qərar Fransanın daxilində milli azlıqlara və xüsusilə də onların dillərinə qarşı yürüdülən ayrı-seçkiliyin aşkar təzahürü yox, davamıdır.

Belə ki, 1995-ci ilin fevralın 1-də Avropa Şurasında qəbul edilmiş "Milli azlıqların müdafiəsi haqqında çərçivə konvensiyası"na (Framework Convention for the Protection of National Minorities) Monako və Andorra ilə yanaşı, Fransa da qoşulmayıb.

BMT qətnamələrinə görə, milli və ya etnik azlıqların dili onların hüquqlarının kollektiv məcmusunun ayrılmaz, tərkib hissəsidir. Həmin hüquqlar bir-biriləri ilə üzvi şəkildə bağlı olduğundan dövlət tərəfindən təhsil, kütləvi informasiya vasitələrinə çıxış, dövlətin sosial, mədəni və iqtisadi həyatında titul etnosla eyni səviyyədə iştirak imkanları və s. ilə eyni dəyərləndirilir.

Öz dilində danışmaq hüququndan məhrum edilən milli azlıq bu minvalla assimilyasiya, milli dəyərlərini, tarixini və mədəniyyətini unutmağa yönləndirilir.

Milli, yaxud etnik azlıqların dilinin (minoritar dil) yasaqlanması, eyni zamanda, linqvosid də sayılır, çünki yerli əhalinin yaşadıqları məkanda fəaliyyət göstərən dövlət qurumlarında öz dillərində ünsiyyətdən və yazışmadan, xüsusilə də dövlət sənədlərinin tərtibatında paralel istifadə imkanlarından məhrum edilmələri insan hüquqlarının çox kobud pozuntularından biridir.

Fransa 1992-ci ildə Avropa Şurasında qəbul edilmiş "Avropa regional dillər və milli azlıqların dilləri xartiyası"nı imzalasa da, sənədin şərtlərinə riayət etməkdən qətiyyətlə boyun qaçırıb.

BMT-nin milli azlıqların problemləri üzrə eksperti Rita İjakın dediyinə görə, rəsmi Paris belə davranışı və siyasəti ilə milli azlıqların, minoritar dil daşıyıcılarının hüquqlarını heçə sayır: "Milli və linqvistik azlığın hüquqlarının müdafiəsi sosial-siyasi baxımdan stabil cəmiyyətin, həmin cəmiyyətdəki insanlar arasında münaqişəsiz və bərabər münasibətlərin bərqərar edilməsində önəmli şərtlərdən biridir".

Problemi ağırlaşdıran məqamlardan biri də korsu dilinə Korsikada heç regional dil statusunun da verilməməsidir.

Fransanın hakimiyyət dairələrinin nümayəndələri isə bildirirlər ki, Korsikada korsu dilinə rəsmi status verilərsə, onda elzaslılar da elzas, Bretaniya sakinləri isə breton dili üçün rəsmi status istəyəcəklər. "Belə proseslər Fransanın bütünlüyünə və dövlətçilik prinsiplərinə qarşı yönələcək", - Paris rəsmiləri bildiriblər.

Korsikalıların genişmiqyaslı muxtariyyət tələbləri ilə bağlı rəsmi Paris hələ konkret mövqe açıqlamayaraq vədlər verməklə vaxtı uzatmağa çalışır.

Emmanuel Makron ölkədə keçiriləcək prezident seçkilərinə qatılaraq postunda qalmaq fikrində olduğundan, korsikalıların muxtariyyət vədlərilə sakitləşdirilməsi prosesini seçki gününədək uzatmaq, bu minvalla mümkün ağır siyasi problemlərin qarşısını almaq niyyətindədir.

Seçkilərdən sonra isə korsikalılara yeni vədlər vermək olar.

Hazırda korsikalılarla Paris arasında muxtariyyətlə bağlı müzakirələrdə, daha doğrusu, mübahisələrdə əsas maneə Fransa hakimiyyətinin terrorçu hesab etdiyi 11 korsikalı ilə bağlıdır.

Həmin şəxsləri məhkəmə 20-ci əsrin 90-cı illərində Korsikada siyasi mənşəli zorakılıqda əli olmaqda suçlayıb. Müstəqillik tələb edən korsikalılar həmin illərdə bombalar partladır, atışmalar törədirdilər.

Haqlarında söhbət gedən 11 korsikalının 3-ü - İvana Kolonna, Pyer Alessandri və Alen Ferran 1998-ci ildə adanın inzibati mərkəzi Ayaççoda prefekt Klod Erinyakı qətlə yetirməkdə suçlanıblar.

Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan "Korsika Milli Azadlıq Cəbhəsi" (FLNC) tələblərin yerinə yetirilməyəcəyi təqdirdə əvvəlki, silahlı taktikaya qayıdışı istisna etməyib.

Bu səbəbdən Fransanın dövlət başçısı Emmanuel Makron tələsir, lakin o danışıqlara başlamaq fikrini bəyan etsə də, prezident seçkilərinədək prosesi bitirməmək niyyətini gizlədir.

Korsikalıları narahat edən digər məsələ adanın demoqrafik vəziyyətinin süni şəkildə dəyişdirilməsidir.

Ada ərazisinin, sadəcə, 7 faizi əkin-biçin, daha 9 faizi isə meyvə bağları və üzümlüklər üçün yararlıdır. Parisdəki mərkəzi hakimiyyət də həmin əraziləri yerli fermerlərə yox, korsikalıların "qaraayaqlılar" adlandırdıqları "gəlmə"lərə, yəni Fransanın müxtəlif yerlərindən adaya köçürülən insanlara verir.

Hazırda Korsikada rəsmi olaraq 23 mindən artıq "gəlmə" güzəştli əsaslarla evlər və münbit torpaq əraziləri alaraq imtiyazlardan yararlanırlar.

Korsikalıların iki ən böyük siyasi təşkilatı olan "Korsikanı dirçəldək" ("Femu a Corsica") və "Korsa Millətinin Partiyası" ("Partitu di a Nazione Corsa") Parisə qarşı mübarizəni daha da intensivləşdirmək qərarına gəliblər.

Partiyaların sədrləri Jil Simeoni və Jan-Kristof Ancelini indi özlərini "etapist" adlandırırlar.

Onların sözlərinə görə, Korsikanın muxtariyyəti adanın müstəqilliyinə aparan yolda, sadəcə, mərhələdir.

Korsikalılar əmindirlər ki, dünyanın müxtəlif ölkələrində demokratiyanın pozulması və insan haqlarının tapdanmasından bəhs edərək özünü "demokratiyanın, Qərb dəyərlərinin müdafiəçisi" kimi göstərən Fransa, əslində, neomüstəmləkə siyasətini daha da aktivləşdirib.

Geosiyasətlə diplomatiyada fasiləsiz uğursuzluqlara düçar olan Emmanuel Makronun korsikalıları dəfələrlə aldatması, sonda korsa dilinin adada faktiki olaraq yasaqlanmasına doğru yönəlmiş qərarlar korsikalıları daha sərt mübarizəyə vadar edir.

Daxili siyasətdə çox kobud səhvlər edən Makron iqtidarı dili yasaqlamaqla düşünməyi də yasaqlayacağına əmindirsə, yanılır.

Belə yanlışlarsa çox ciddi fəsadlarla bitir.

Metroda əxlaqsızlıq edən cütlüyü VİDEOya çəkdilər like
  • 13 Mar 17:37  
Dünya Metroda əxlaqsızlıq edən cütlüyü VİDEOya çəkdilər

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

arrow Ətraflı
Ancelina Coli Bred Pittin sirlərini açır like
  • 13 Mar 17:34  
Şou-biznes Ancelina Coli Bred Pittin sirlərini açır

Ancelina Coli keçmiş əri Bred Pittin yeni sevgilisi ilə görüşmək istəyi

arrow Ətraflı
Fəhlə yük avtomobilli ilə soyuducu arasında qalıb can verdi like
  • 13 Mar 17:23  
Digərləri Fəhlə yük avtomobilli ilə soyuducu arasında qalıb can verdi

Martın 11-i saat 12 radələrində 1988-ci il təvəllüdlü Elvin Məmmədovun

arrow Ətraflı
3D printerlə hazırlanmış raket kosmosda uğursuz oldu like
  • 13 Mar 17:20  
Digərləri 3D printerlə hazırlanmış raket kosmosda uğursuz oldu

"Relativity Space"in dünyanın ilk 3D çap raketini buraxmaq planı i

arrow Ətraflı
Hərbi xidmətə çağırışla bağlı rüşvət alan vəzifəli şəxslər həbs edildi like
  • 13 Mar 17:12  
Digərləri Hərbi xidmətə çağırışla bağlı rüşvət alan vəzifəli şəxslər həbs edildi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfind

arrow Ətraflı
Avropa Parlamenti şəxsi maraqlarla idarə olunur  ŞƏRH like
  • 13 Mar 17:11  
Siyasət Avropa Parlamenti şəxsi maraqlarla idarə olunur ŞƏRH

Avropa Parlamenti yaxın günlərdə Azərbaycanın əleyhinə növbəti, Ermən

arrow Ətraflı
"Məhkəmənin bu qərarı bizim üçün təhqir kimi səslənir" like
  • 13 Mar 16:59  
Dünya "Məhkəmənin bu qərarı bizim üçün təhqir kimi səslənir"

9 mart tarixində Bastia inzibati məhkəməsi Korsika Assambleyasında müzakir

arrow Ətraflı
İran lehinə təbliğat aparan 32 nəfər saxlanıldı  SİYAHI like
  • 13 Mar 16:55  
Digərləri İran lehinə təbliğat aparan 32 nəfər saxlanıldı SİYAHI

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliy

arrow Ətraflı
Məşhur aktyor xəstəxanaya yerləşdirildi like
  • 13 Mar 16:51  
Şou-biznes Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Məşhur türkiyəli aktyor Yılmaz Qrudanın səhhəti yenidən pisləşib. 

arrow Ətraflı
Ombudsman Edillidəki kütləvi məzarlıqlarda aparılmış araşdırmaya dair hesabat hazırlayıb like
  • 13 Mar 16:44  
Digərləri Ombudsman Edillidəki kütləvi məzarlıqlarda aparılmış araşdırmaya dair hesabat hazırlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman)

arrow Ətraflı
“Ali təhsil” haqqında yeni qanun layihəsi hansı yeniliklər gətirəcək? like
  • 13 Mar 16:40  
Digərləri “Ali təhsil” haqqında yeni qanun layihəsi hansı yeniliklər gətirəcək?

Ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzl�

arrow Ətraflı
Siqaret çəkənlərin nəzərinə  50 manat cərimə yazılacaq like
  • 13 Mar 16:39  
Kriminal Siqaret çəkənlərin nəzərinə 50 manat cərimə yazılacaq

Bakıda küçədə siqaret kötüyünü yerə atanlar inzibati məsuliyyət daş

arrow Ətraflı
DİN Zaqatalada itlərin ölməsi məsələsinə münasibət bildirib like
  • 13 Mar 16:30  
Digərləri DİN Zaqatalada itlərin ölməsi məsələsinə münasibət bildirib

Sosial şəbəkələrdə Zaqatalada sahibsiz itlərin zəhərlənərək öldür�

arrow Ətraflı
18 qadın nəzarətçi məhbuslarla intim münasibətdə olubmuş like
  • 13 Mar 16:29  
Dünya 18 qadın nəzarətçi məhbuslarla intim münasibətdə olubmuş

Son bir neçə il ərzində Britaniyanın Bervin həbsxanasının 18 əməkdaş�

arrow Ətraflı