Bağırsaqların funksiyasının pozulması
Digərləri 16 Fev 2023 08:25:00 254 0
Bağırsaqlarda həzm prosesinin normal gedişi bir-biri ilə əlaqədar olan 3 prosesdən ibarətdir: - həzm şirəsinin sekresiyası - qida maddələrinin hidrolizi - sorulma. Bunlardan başqa bağırsaqların hərəki, inkretor və ekskretor funksiyaları vardır. Mədədən onikibarmaq bağırsağa gün ərzində 4-6 litrə qədər qida qarışığı (qida maddələri, su, həzm şirələri) keçir. Həmin müddət ərzində buraya 1,5 l-ə qədər öd, 2 l-ə qədər mədəaltı vəz şirəsi və 2 l-ə qədər bağırsaq şirəsi tökülür. Bu maddələrin qarışığına isə ximus deyilir. Mədədən onikibarmaq bağırsağa keçən qida kütlələrinin həzmi mədəaltı vəz şirəsinin, ödün və bağırsaq şirəsinin iştirakı ilə davam edir. Bağırsaq şirəsinin tərkibində olan maddələr və fermentlər həzmin gedişini sürətləndirir. Nazik bağırsaqda isə həzm prosesi zəifləyir. Nazik bağırsaqların aşağı hissəsində qəbul edilən qida maddələri qana və limfa damarlarına keçir. Bəzi patoloji proseslər isə bağırsaqların funksiyasının pozmaqla həzmin getməsinə mane olur. Bağırsaqların sekretor funksiyasının pozulmasına aşağıdakılar səbəb ola bilir: - iltihabi proseslər - duodenit - enterit - kolit * onikibarmaq bağırsağın xora xəstəliyi. İltihabi xəstəliklər mədə şirəsinin tərkibində seliyin miqdarının artmasına səbəb olur. Nazik bağırsaqlarda həzm prosesinin gedişi mədəaltı vəz şirəsinin və ödün sekresiyasından asılıdır. Nazik bağırsaqlarda həzm aşağıdakı hallarda pozula bilir: * mədəaltı vəzin çıxacaqlarının tutulması zamanı * kəskin və xroniki pankreatitlər * onikibarmaq bağırsağın iltihabı * azan sinirin zədələnməsi * mədəaltı vəzin şirələri * allergik zədələnmələr. Bağırsaq funksiyalarının pozulmalarına öd sekresiyasının axmaması və ya azalması, mədəaltı vəzin şirəsinin azalması və ya axmaması, mədəaltı vəzin travmaları da səbəb olan amillərdən sayılır.
Bu xəbəri də oxu: Kasko sığortası ucuzlaşa bilər
Ukraynanın nəzarət-buraxılış məntəqəsi Rusiyanın 120 millimetrlik mina
Öd daşları tərkiblərinə görə bir-birindən fərqlənir. Radiar xolester
Bu gündən Azərbaycanda ticarət obyektlərində alış-veriş zamanı polieti
Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım xarakteri daşı
"Rusiya əvvəl ekspertlər, indi isə rəsmi səviyyədə Ermənistana xə
Qarabağ "hakimiyyəti" (Xankəndidəki qanunsuz silahlı birləşməl
Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe zəlzələ bölgəsinin yenid�
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqra
Ağız suyu vəzilərinin 2 funksiyası vardır: - sekretor funksiya - inkreto
İran ETTELAAT-ı həbs olunanların işinə "bu təqsirləndirilən şəxs
ABŞ dövlət katibi Entoni Blinken Avropa turnesinə yola düşür, o, fevralı