Skarlatina
Digərləri 16 Fev 2023 08:15:00 272 0
Skarlatina intoksikasiya, udlağın iltihabı, dəridə nöqtəvari səpgi və limfoadenopatiya ilə təzahür edən kəskin infeksion xəstəlikdir. Epidemiologiyası - Mənbə skarlatinalı xəstə və streptokokk gəzdirənlərdir. Yoluxma hava-damcı və hava-toz vasitəsilə olur. Patogenezi: Streptokokklar yumşaq damağın və burun-udlağın selikli qişasına çökür, eritrogen toksini qana sorulur, intoksikasiya və xəstəliyin digər əlamətlərini verir. Klinikası: Inkubasiya dövrü 1-11 gün çəkə bilər. Xəstəlik yüksək qızdırma və qusma ilə başlayır. Xəstə vurnuxur, həyəcanlı olur, çox danışır, bəzən sayıqlayır və ya əzginləşir, zəifləyir. Nəbz sürətlənir, ürəkdöyünmənin sayı artır. Yumşaq damaq kəskin hiperemiyalaşir - (alovlu damaq ), ödəmləşir, yumşaq damağın sərt damağa keçdiyi yerdə hiperemiya qurtarır. Hiperemiya sahəsində selikli fibrinoz, hətta nekrotik ərp əmələ gəlir. Dil əvvəlcə ağ ərplə örtülür, 4-cü gündən sonra al qırmızı rəngdə olur, üzərində məməciklər böyüyür - moruğu rəng alır. Boyun limfaları şişir. Xəstəliyin 1-2-ci günlərində ətrafların bükücü səthlərində, oynaq büküşlərində, qarında, döşdə, boyunda nöqtəvari razeolalar görünür. Burun dodaq üçbucağının solğunluğu da xəstəlik üçün xarakterikdir. Xəstəliyin 4-5 ci günlərindən səpgilər qabıqlanmağa başlayır. Diaqnozu: Klinik-epidemioloji məlumatlara, streptokokkun tapılmasına və differensiyasiya olunmasına əsasən skarlatina xəstələrinə diaqnoz qoyulur. Müalicəsi: Etiotrop müalicə təyin olunur. Furasilinlə, evkaliptlə, kalendula dəmləməsi ilə qarqara məsləhət görülür. Antiallergik preparatlar, kardiotoniklər və infuzion məhlullarlar müalicə göstərişlərə əsaslanır. Xəstə 6-7 gün yataq rejmində olmalıdır.
Bu xəbəri də oxu: Bu universitetlərin məzunları hər yerdə iş tapır
Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım xarakteri daşı
"Rusiya əvvəl ekspertlər, indi isə rəsmi səviyyədə Ermənistana xə
Qarabağ "hakimiyyəti" (Xankəndidəki qanunsuz silahlı birləşməl
Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe zəlzələ bölgəsinin yenid�
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqra
Ağız suyu vəzilərinin 2 funksiyası vardır: - sekretor funksiya - inkreto
İran ETTELAAT-ı həbs olunanların işinə "bu təqsirləndirilən şəxs
ABŞ dövlət katibi Entoni Blinken Avropa turnesinə yola düşür, o, fevralı
Əsas vacib məsələ odur ki, AB-nin sözügedən missiyası Azərbaycanın yox
Mədənin hərəki funksiyasının pozulmasına mədə divarında əzələ qişa
Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgəsində fəaliyyə
Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir: - iradi faza