Qarabağda Abxaziya ssenarisi: Makron Putinin


Siyasət 16 Fev 2023 08:08:00 271 0

Qarabağda Abxaziya ssenarisi: Makron Putinin

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, son zamanlar Rusiya Azərbaycanla Ermənistan arasında sülh müstəvisindəki proseslərdə daha fəal olmağa çalışır. Başı Ukraynaya qarışdığı halda Rusiyanın bu həssaslığı nə ilə bağlıdır?

- Son dövrlər sülh prosesində Rusiyanın fəallığı hiss olunur. Bu çərçivədə Azərbaycan da lazımi diplomatik addımlar atır. Ölkəmizin mövqeyinə uyğun olaraq bundan öncə Ermənistana təqdim edilmiş olan 5 baza prinsipi üzərindən bu və ya başqa redaktələrin edilməsi də istisna olunmur. Amma bu bəndlər indiki halda artıq danışıqlar masasının üstündədir. Ermənistan da istər-istəməz bu məsələyə hansısa bir şəkildə reaksiya verməlidir.

- Erməni tərəfinin Rusiyanın bu yanaşmasına münasibəti necədir?

- Ermənilərin mövqeyi ondan ibarət olmuşdur ki, Rusiya guya onlara kömək etmir, Laçın yolunu güc tətbiq edib açmır və s. Ermənistanda bütün bunların məhz qərbyönümlü siyasət sərgiləmələri ilə əsaslandırmağa çalışmışdılar. Rusiya da indiki halda bu addımı atarkən daha çox görüntü yaratmağa çalışır. Şimal qonşumuz deməyə çalışır ki, biz heç də passiv deyilik. Hamı da başa düşür ki, Rusiyanın bu fəallığı ilə hansısa real bir nəticəni əldə etmək çox çətindir. Çünki erməni tərəfi mövqeyini dəyişmək istəmir.

- Buna mane olan səbəb nədir?

- Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə qəbul edib ona riayət etmək siyasəti ilə bağlı öhdəlik götürmək istəmir. Ona görə də, bu istiqamətdə az da olsa görüntü yaradılmalıdır. Kənardan səslənən bəyanatlar da bunu təsdiq edir. Erməni tərəfi də açıqlayır ki, Azərbaycandan sülhlə bağlı təklif almışıq və onun üzərində işləyirik.

- Qərbin Rusiyanın fəallığı fonunda davranışları nədən ibarətdir?

- Baş verən proseslər Qərb tərəfindən diqqətlə izlənilir. Amma başa düşmək lazımdır ki, Rusiyanın indiki vəziyyətdə imkanları çox məhduddur. Bu, Ukraynadakı müharibə ilə bağlıdır. Onların bu bölgədə qalması bir növ bu cür münaqişələrlə bağlıdır. Çünki bilirlər ki, müharibədən sonra Rusiyanın zəifləməsi qaçılmaz olacaq. Bunun nəticəsində Rusiya öz sülhməramlılarını bu və ya digər təzyiq fonunda bölgədən çıxaracaq. Rusiya indi Qərbə məhz bunu təklif edir ki, bizə burada qalmaq üçün hansısa beynəlxalq bir çərçivə, status lazımdır. Eyni zamanda Qərbdə də bu məsələyə müsbət yanaşma var. Artıq Fransa deyir ki, biz Rusiyasız burada fəal siyasət aparmağa qadir deyilik. Faktiki olaraq ortada məhz bu cür oyunlar var. Sadəcə olaraq bu bölgədə Qərb-Rusiya qarşıdıruması nisbi xarakter daşıyır. Onların arasında gedən gedişlər "siyasi alverin" bir hissəsidir.

- Belə olduğu halda Kremlin layihəsi olan Ruben Vardanyanın Qərb mediasında yer almasını bu müstəvidə dəyərləndirmək nə dərəcədə məntiqlidir?

- Bu həqiqətdir ki, Moskvanın adamı olan Vardanyan Qərb mediasına çıxış imkanları tapır və orada özü üçün hansısa absurd bəyanatlar verir. Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhəddində həm Qərb müşahidəçiləri, həm də rus sərhədçiləri dayanıb. Faktiki olaraq onların arasında gözəçarpan gərginlik yoxdur. Ona görə də, Qərbin bir hissəsi və Rusiya hazırdır ki, Abxaziyada olan formatı burada bərpa etsinlər. Çünki 2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsindən əvvəl Abxaziyada Qərb, BMT, ATƏT, Avropa İttifaqı və Rusiyanın sülhməramlıları var idi. Həmin dövr Abxaziyada onlar bir-birinə maneə olmadan öz işlərini görürdülər. Ona görə də, istisna deyil ki, bu layihə artıq yenidən Qarabağ məsələsində gündəmə gətirilsin.

- Azərbaycanın izlənən bu xəttə reaksiyasi necədir?

- Ölkəmiz bu yanaşmaları çox yaxşı başa düşür və müxtəlif önləyici addımlar atır. Azərbaycan qəti şəkildə Qarabağda olan rus sülhməramlılarına beynəlxalq hansısa mandat verilməsini istəmir. Çünki heç bir mandatı olmayan Rusiya hərbi kontingentini Azərbaycan çox asanlıqla ləğv edə bilər. Amma bu beynəlxalq mandatlı bir missiya olsa burada bir ölkənin mövqeyindən asılılıq aradan qalxır. Burada BMT kimi təşkilatın mövqeyi əsas olur. Azərbaycanı da belə hal qane etmir. Ona görə də, Azərbaycan müxtəlif istiqamətlərdə addımlar atır. Rusiya ilə son zamanlar artan təmaslar da bununla bağlıdır.

Ağız suyu vəzilərinin funksiyası like
  • 16 Fev 08:05  
Digərləri Ağız suyu vəzilərinin funksiyası

Ağız suyu vəzilərinin 2 funksiyası vardır: - sekretor funksiya - inkreto

arrow Ətraflı
İran rejimi bu şəxsləri cəzalandırmaqdan like
  • 16 Fev 08:04  
Dünya İran rejimi bu şəxsləri cəzalandırmaqdan

İran ETTELAAT-ı həbs olunanların işinə "bu təqsirləndirilən şəxs

arrow Ətraflı
Blinken  Almaniya, Türkiyə və Yunanıstana like
  • 16 Fev 08:03  
Siyasət Blinken Almaniya, Türkiyə və Yunanıstana

ABŞ dövlət katibi Entoni Blinken Avropa turnesinə yola düşür, o, fevralı

arrow Ətraflı
Paşinyan Qərbə “qaçır”  Kreml gücə like
  • 16 Fev 08:02  
Siyasət Paşinyan Qərbə “qaçır” Kreml gücə

Əsas vacib məsələ odur ki, AB-nin sözügedən missiyası Azərbaycanın yox

arrow Ətraflı
Mədənin motor funksiyasının pozulması like
  • 16 Fev 08:01  
Digərləri Mədənin motor funksiyasının pozulması

Mədənin hərəki funksiyasının pozulmasına mədə divarında əzələ qişa

arrow Ətraflı
Türkiyəli nazir zəlzələ bölgəsində olarkən partlayış baş verdi  VİDEO like
  • 16 Fev 07:55  
Dünya Türkiyəli nazir zəlzələ bölgəsində olarkən partlayış baş verdi VİDEO

Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgəsində fəaliyyə

arrow Ətraflı
Suçiçəyi like
  • 16 Fev 07:51  
Digərləri Suçiçəyi

Suçiçəyi - intoksikasiya, qısa qızdırma dövrü və ləkəli suluqlu səpg

arrow Ətraflı
Udma aktı və pozulmaları like
  • 16 Fev 07:41  
Digərləri Udma aktı və pozulmaları

Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir: - iradi faza

arrow Ətraflı
Sarı qızdırma like
  • 16 Fev 07:31  
Digərləri Sarı qızdırma

Sarı qızdırma xəstəliyi yüksək qızdırma, intoksikasiya, hemorragiya, sa

arrow Ətraflı
Zəlzələdən zərərçəkənlər üçün 115 milyard TL like
  • 16 Fev 07:25  
Dünya Zəlzələdən zərərçəkənlər üçün 115 milyard TL

Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya v�

arrow Ətraflı
Bağırsaqlarda qıcqırma və çürümə prosesi like
  • 16 Fev 07:21  
Digərləri Bağırsaqlarda qıcqırma və çürümə prosesi

Sağlam insanın bağırsaqlarında saprofil bakteriyalar olur. İnsan nəcisini

arrow Ətraflı
“SOCAR Türkiyə” canlı yayımda 3,5 milyon TL like
  • 16 Fev 07:15  
Digərləri “SOCAR Türkiyə” canlı yayımda 3,5 milyon TL

Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət

arrow Ətraflı
Bağırsaq tutulmaları (ileus) haqqında like
  • 16 Fev 07:11  
Digərləri Bağırsaq tutulmaları (ileus) haqqında

Bağırsaqların hərəki funksiyası kəskin surətdə azaldıqda, bağırsaq t

arrow Ətraflı
Klub prezidentlərini belə görməmişdiniz  FOTO like
  • 16 Fev 07:05  
Dünya Klub prezidentlərini belə görməmişdiniz FOTO

Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət

arrow Ətraflı
Mədə sekretor funksiyasının pozulması like
  • 16 Fev 07:01  
Digərləri Mədə sekretor funksiyasının pozulması

Mədə şirəsi ifraz edən vəzilər sinir-reflektor və humoral qıcıqlandır

arrow Ətraflı