Bəhruz Quliyev: “Jozep Borrell Fransanın törətdiyi cinayətlərə haqq qazandırır”


Siyasət 15 Noy 2024 12:45:00 144 0

Bəhruz Quliyev: “Jozep Borrell Fransanın törətdiyi cinayətlərə haqq qazandırır”

"Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi bəzi beynəlxalq təşkilatları, eləcə də Fransa, Hollandiya kimi dövlətləri ciddi narahat edir. Ona görə də, hər cür qərəzli açıqlamalar yaymaqla və fikirlər səsləndirməklə beynəlxalq konfransın uğurlarına kölgə salmağa cəhd edirlər". Bunu Son.az-a açıqlamasında "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib. Baş redaktor mövcud vəziyyətə əsaslanmaqla vurğulayıb ki, dünyada  sülhün, təhlükəsizliyin və ətraf mühitin mühafizəsinə xüsusi önəm verən  dövlətlər və xalqlar belə  dairələrin Azərbaycana yönəlik qərəzli açıqlamalarına və hesabatlarına əhəmiyyətsiz yanaşmaqla ölkəmizin mövqeyini müdafiə edirlər: "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında 196 ölkədən 72 min nəfər insanın qeydiyyatdan keçməsi tədbirin yüksək səviyyədə baş tutduğunu təsdiqlədi. Konfransın ilk gündən iqlim dəyişmələri və ekoloji problemlərlə bağlı geniş və əhatəli çıxışlar oldu, təklif və ideyalar irəli sürüldü. Bütün dünyanın diqqətinin Azərbaycanda olmasında ciddi narahat olan Fransa, Hollandiya kimi dövlətlər və onların təsiri altında olan beynəlxalq təşkilatlar tədbirin gözdən salınmasına uğursuz cəhdlər göstərirlər. Xüsusilə də,  Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell siyasi etikadan və prinsiplərdən kənar fikirlər səsləndirməklə qeyd edib ki, Avropadan kənar ölkələr cəngəlikdir və bu əraziləri vəhşi qanunlarla idarə etmək lazımdır.  Bununla Jozep Borrelli Fransanın, Hollandiyanın  və digər Qərb dövlətlərinin cinayət əməllər törətdiyini və bu əməllərə seriçi qalmaqda maraqlı olduqlarını nümayiş etdirir. Təsdiq edir ki, Avropa İttifaqı və şəxsən o Fransanın müstəmləkə altında saxladığı ərazilərdə xalqlara divan tutmasına, amansız vəhşiliklər törətməsinə haqq qazandırır. Bu isə birbaşa cinayəti törədən fərdlər və qruplarla ortaq olmaq deməkdir". Aysel Əkbər Son.az

Mühasib seçərkən diqqət etməli olduğumuz əsas məqamlar hansılardır? like
  • 15 Noy 12:40  
Digərləri Mühasib seçərkən diqqət etməli olduğumuz əsas məqamlar hansılardır?

Mühasib seçərkən diqqət etməli olduğunuz bir neçə əsas amil var. Müha

arrow Ətraflı
AYNAdan "Bolt"a XƏBƏRDARLIQ: "Qanunsuzdur" like
  • 15 Noy 12:38  
Digərləri AYNAdan "Bolt"a XƏBƏRDARLIQ: "Qanunsuzdur"

Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin 

arrow Ətraflı
İrəvan yalanı: Paşinyan özünü və siyasətini dəyişdiyini deyir like
  • 15 Noy 12:37  
Siyasət İrəvan yalanı: Paşinyan özünü və siyasətini dəyişdiyini deyir

Ermənistan beynəlxalq arenada ikili standartlara əsaslanan siyasətini davam

arrow Ətraflı
Fransanın COP29la bağlı yanaşması qeyrikonstruktivdir  Ceyhun Bayramov like
  • 15 Noy 12:32  
Siyasət Fransanın COP29la bağlı yanaşması qeyrikonstruktivdir Ceyhun Bayramov

Fransanın COP29-la bağlı yanaşması qeyri-konstruktivdir.

arrow Ətraflı
Bu ölkəyə artıq vizasız gedə biləcəyik like
  • 15 Noy 12:25  
Digərləri Bu ölkəyə artıq vizasız gedə biləcəyik

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

arrow Ətraflı
Bu ərazilərdə su olmayacaq like
  • 15 Noy 12:24  
Digərləri Bu ərazilərdə su olmayacaq

Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində suyun verilməsind

arrow Ətraflı
Apple 3 milyard cərimələndi like
  • 15 Noy 12:20  
Digərləri Apple 3 milyard cərimələndi

"Apple" bu günlərdə ciddi bir məhkəmə işi ilə üzləşib.

arrow Ətraflı
Paşinyanın dünənki açıqlaması beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edir  Nazir like
  • 15 Noy 12:15  
Siyasət Paşinyanın dünənki açıqlaması beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edir Nazir

Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Azərbaycan konstitusiyas�

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 15 Noy 12:11  
Digərləri Türkiyədə zəlzələ oldu

Malatyada 4,9 bal gücündə zəlzələ baş verib

arrow Ətraflı
Bakıda spirtli içki kişinin həyatına son qoydu like
  • 15 Noy 12:06  
Digərləri Bakıda spirtli içki kişinin həyatına son qoydu

Bakıda spirtli içkidən zəhərlənən kişi ölüb.

arrow Ətraflı
Gülnarə Xəlilova Ankarada "Əhməd Cavad" medalı ilə təltif olunub like
  • 15 Noy 11:55  
Kriminal Gülnarə Xəlilova Ankarada "Əhməd Cavad" medalı ilə təltif olunub

Ankarada Əhməd Cavad adına İnstitut, Azərbaycanın Türkiyədəki səfirliy

arrow Ətraflı
Sülh Azərbaycanın əsas prioritetidir  Ceyhun Bayramov like
  • 15 Noy 11:45  
Siyasət Sülh Azərbaycanın əsas prioritetidir Ceyhun Bayramov

Sülh Azərbaycanın əsas prioritetidir. İqlim dəyişikliyi qida təhlükəsi

arrow Ətraflı
"Cruze" almağa dəyər? like
  • 15 Noy 11:40  
Digərləri "Cruze" almağa dəyər?

"Chevrolet Cruze" necə maşındır? - Benzin sərfiyyatı, şikayətlər...

arrow Ətraflı