""Mastercard" COP29 çərçivəsində tərəfdaşlıq sazişlərinin imzanlanması imkanlarını araşdırı"
Digərləri 15 Noy 2024 11:52:00 71 0
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Bu xəbəri də oxu: Ekspertdən həyəcan təbili: 3 gün ərzində zəlzələ olacaq
Budəfəki müsahibimiz "Mastercard"ın Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdaldır.
Avşar Gürdal Trend-ə özəl müsahibəsində vurğulayıb ki, "Mastercard" COP29 çərçivəsində tərəfdaşlıq sazişlərinin bağlanması imkanlarını fəal şəkildə araşdırır.
"COP29 çərçivəsində "Mastercard" Azərbaycanda ekoloji məlumatlılığın artırılmasına, korporativ və vətəndaş məsuliyyətinə töhfə verən təşəbbüslərə fokuslanır. Bizim ESG-yə yönəlmiş emitentlər və satıcılarla bir neçə tərəfdaşlığımız mövcuddur, o cümlədən, "Sustainability Sandbox Hackathon" - iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş, innovativ və dayanıqlı həlləri təşviq edən həllər yaratmaq üçün fintex startaplarına təklif edilən virtual müsabiqə bu qəbildəndir", - deyə baş direktor bildirib.
Onun sözlərinə görə, "Mastercard" "Rabitabank" ilə tərəfdaşlıqda istehlakçılara karbon izlərini izləmək və idarə etməkdə kömək edəcək "Carbon Calculator" alətini istifadəyə verib.
"Bu alət insanlara ətraf mühitə təsirləri ilə bağlı düşünülmüş seçimlər etməyə kömək etmək üçün nəzərdə tutulub. Biz, həmçinin, ABB və "Apar" şirkətləri ilə əməkdaşlıq edirik, bu şirkətlər şəhər ərazilərində ekoloji cəhətdən təmiz pedallı və elektrik velosipedlərini tətbiq edir. Bu təşəbbüslərin məqsədi karbon qazı emissiyalarının azaldılmasının vacibliyi barədə məlumatlılığı artırmaq və insanları daha ekoloji təmiz nəqliyyat növlərindən istifadə etməyə təşviq etməkdir.
"Mastercard" bu təşəbbüsü maliyyə korporativ təsiri baxımından dəstəkləyir. Eyni zamanda, "Baku Taxi" ilə əməkdaşlıq edərək, "Mastercard" ilə edilən ödənişlərdə endirimlər vasitəsilə hibrid taksiləri təşviq edirik, bununla da emissiyaların azaldılmasına və daha ekoloji təmiz nəqliyyat seçimlərinin təmin edilməsinə töhfə veririk", - deyə A.Gürdal qeyd edib.
Baş direktor COP29 çərçivəsində mümkün tərəfdaşlıq sazişləri ilə bağlı suala cavab olaraq bildirib ki, "Mastercard" bu perspektivləri fəal şəkildə araşdırır.
"Rabitabank" ilə tərəfdaşlığımız istehlakçılara təbii resurslardan rasional istifadə üçün praktik alətlər təqdim etmək səylərimizin əsas nümunəsidir. Eyni şəkildə ABB və "Apar" ilə tərəfdaşlığımız da bu istiqamətdə əhəmiyyətlidir. Bu cür əməkdaşlıq təkcə maliyyə deyil, həm də ekologiya problemlərinin həlli üçün kollektiv yanaşmanın formalaşdırılmasında təsirimizin artırılması üçün mühüm əhəmiyyət daşıyır", - deyə o vurğulayıb.
Sülh Azərbaycanın əsas prioritetidir. İqlim dəyişikliyi qida təhlükəsi
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb.
Bakı çağırışı bizi yeni yanaşmaya, hökumətlərlə, münaqişəyə meyi
Amerikalı videobloger Ceyk Pol və əfsanəvi boksçu Mayk Tayson arasında dö
Yuxarı Lars keçid məntəqəsindən keçmək üçün gözləyən avtomobillər
Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbri
"Noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilmiş inkişaf etm
Noyabrın 11-də ABŞ-də azərbaycanlı qadının ölümü ilə nəticələnən
Almaniyanın Hagen şəhərində sinif nümayəndəsi məktəb fondundan pul oğ
İqlim dəyişikliyi qida təhlükəsizliyini, su qıtlığını sürətləndiri
Ac qalanda insan orqanizmində bir sıra bioloji dəyişikliklər baş verir. B�
İspaniyanın bir sıra bölgələri narıncı və ya qırmızı hava xəbərdar
ABŞ-də baş vermiş yol qəzasında Azərbaycan vətəndaşı Xəyalə Əliyev
Məşhur müğənni Liam Peynin ölümündən saatlar əvvəlki videosu yayılı