Sarı qızdırma
Digərləri 16 Fev 2023 07:31:00 298 0
Sarı qızdırma xəstəliyi yüksək qızdırma, intoksikasiya, hemorragiya, sarılıq, qara ciyər və böyrəklərin zədələnməsilə gedən ağır virus infeksiyasıdır. Etiologiyası: Sarı qızdırmanın törədiciləri Flavirus cinsinə,Toqaviridae ailəsinə aid viruslardır. Xəstəliyi ağcaqanadlar yayır. Ağcaqanadlar virusa meymunlardan, gəmiricilərdən, kirpilərdən yoluxurlar. Ağcaqanadın bədənində virus 8-12 günə çoxalır. Şəhərlərdə infeksiya mənbəyi insanlardır, xəstəlik epidemiya şəklində yayılır. İnsanların sarı qızdırmaya həssaslığı yüksəkdir. Yoluxmadan sonra virus əvvəlcə limfa vəzilərində çoxalır, sonra hemotogen yolla damarları, qara ciyəri, böyrəkləri, baş beyini zədələyir. Daha sonra damar keçiriciliyi artır, hepatositlər distrofiyaya və nekroza uğrayır, böyrək kasacıqları və yumaqcıqlar zədələnir. Bu dəyişikliklər daxili orqanlarda qansızmalar şəklində özünü göstərir. Klinikası: Xəstəliyin inkubasiya dövrü 10 günə qədərdir. Sonra güclü üşütmə və dərhal qızdırma olur. Qızdırma 40 dərəcəyə qədər yüksəlir, xəstədə baş, bel, oynaq ağrıları başlayır, başgicəllənmə olur. Xəstələr həyəcanlı olurlar, yuxusuzluq, yanğı, ürəkbulanma və qusmadan şikayət edirlər. Xəstələrdə üz, boyun, göz kapilyarları genişlənir, nəbz sürətlənir, təzyiq artır, dəridə sarılıq, mədədən, diş ətindən, burundan qanaxmalar olur. DİAQNOZU: Qanın analizində virusa qarşı anticismin 4 dəfədən artıq göstərməsi sarı qızdırmanın olmasını təsdiqləyir. MÜALİCƏSİ: Patogenetik və simptomatik müalicə məqsədilə vitaminlərdən, dezintoksikasiya məhlullarından, antibiotiklərdən istifadə edilir, hemodializ, hemostatic tədbirlər görülür. Profilaktika məqsədilə xəstə tədric olunur, vaksinlə reyvənd aparılır.
Bu xəbəri də oxu: Bu gün də su olmayacaq
Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya v�
Sağlam insanın bağırsaqlarında saprofil bakteriyalar olur. İnsan nəcisini
Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət
Bağırsaqların hərəki funksiyası kəskin surətdə azaldıqda, bağırsaq t
Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət
Mədə şirəsi ifraz edən vəzilər sinir-reflektor və humoral qıcıqlandır
Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr
Mütəxəssislərin araşdırmaları həzm sistemi xəstəliklərinin əmələ g
Tailand hökuməti iyunun 1-dən ölkəyə gələn səyahətçilərdən alınma�
Urogenital xlamidoz cinsi yolla keçən xəstəliklər sırasında aparıcı yer
Türkiyədə baş verən dəhşətli zəlzələdə minlərlə bina dağılıb, o
Bağırsaqların hərəki funksiyasının pozğunluqlarına aşağıdakılar aid
Ödün tərkibinə daxil olan komponentlərin fizioloji əhəmiyyəti eyni deyil