Bağırsaqların hərəki fumksiyasının pozulması
Digərləri 16 Fev 2023 03:03:00 358 0
Bağırsaqların hərəki funksiyasının pozğunluqlarına aşağıdakılar aiddir: - peristaltikanın qüvvətlənməsi - peristaltikanın zəifləməsi. Peristaltikanın qüvvətlənməsi. Bu iltihabi proseslər (enteritlər, kolitlər), yaxşı çeynənməmiş qida maddələririnin mexaniki təsiri, keyfiyyətsiz qidanın tərkibində olan qıcıqlandırıcıların və mikrob toksinləri səbəbli olur. Bağırsaqların peristaltikası sinir və endokrin sistemin patologiyaları zamanı da qüvvətlənə bilir. Məsələn, qüvvətli həyəcan və qorxu keçirən adamlarda vegetativ sinir sisteminin fəaliyyətində olan dəyişikliklər bağırsaq peristaltikasının qüvvətlənməsinə səbəb ola bilir. Peristaltika qüvvətləndikdə bağırsaqlarda olan qidaların hərəkətliliyi sürətlənir, sorulma prosesi isə azalır. Bunun nəticəsində ishal baş verir. Peristaltikanın qüvvətlənməsi yoğun bağırsaqlarda baş verdikdə isə ishal daha sürətli olur. İshal zamanı orqanizmdən çoxlu su və eloktrolit itir, qan qatılaşır, həzm preosesi pozulur. Uzun müddət baş verən ishal orqanizmin üzülməsinə səbəb olur. Peristaltikanın zəifləməsi. Bu bağırsağın hərəki funksiyasının pozulmasının tez-tez rast gəlinən növlərindən biridir. Peristaltikanın zəifləməsi qəbizliklə müşayiət olunur. Qəbizliyin patogenezində yoğun bağırsaqların peristaltikasının pozulması əsas yer tutur, çünki nəcis kütlələrinin bərkiməsi və formalaşması yoğun bağırsağın funksiyası ilə bağlıdır.
Bu xəbəri də oxu: İran prezidenti Bakıya niyə gəlmədi?
Ödün tərkibinə daxil olan komponentlərin fizioloji əhəmiyyəti eyni deyil
Biri sizə mənfi, xoşunuza gəlməyən bir şey dəyəndə asanlıqla göz ya�
Müğənni Lana Del Rey "Interview" jurnalının yeni sayının simas�
"Təxminən Şabran zonasından başlayaraq Şamaxı və oradan da Gəncəy
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Son.az Trend-ə istinadən bildirir ki, Dünya Bankının prezidenti David Malp
Türkiyədə zəlzələ fəlakətinə həsr olunan və yardım xarakteri daşıy
Stokholmda yerləşən İsveçin Kral Texnoloji İnstitutu zəlzələdən daha d
ABŞ Dövlət katibi Entoni Blinken fevralın 16-dan 22-dək Almaniya, Türkiyə
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı
Ukrayna və Türkiyə elektrik stansiyalarından istifadəyə dair razılığa g
Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikası
ABŞ Prezidenti Co Baydenin Çin üzrə baş müşaviri Laura Rozenberqer gələ