Öd sekresiyasının pozulması
Digərləri 16 Fev 2023 02:02:00 271 0
Ödün tərkibinə daxil olan komponentlərin fizioloji əhəmiyyəti eyni deyil. Öd turşuları yağların və lipid təbiətli maddələrin mənimsənilməsinə yardım göstərir. Öd piqmentləri bağırsaqlarda müəyyən çevrilmələrə uğradıqdan sonra orqanizmdən xaric edilir. Ödün tərkibində elə maddələr vardır ki, onlar bağırsağın selikli qişasında metobolizm proseslərini tənzim edir və yenidən qana keçib ümumi mübadilədə iştirak edir. Bu maddələr əsasən vitaminlərin, qalxanabənzər vəz hormonlarının, fosfolipidlərin və s.mübadiləsində iştirak edir. Ödün tərkibində öd turşularının 80%-i qlikokolla, 20%-i isə taurinlə birləşmiş şəkildə olur. Qaraciyər funksiyasının pozulması ilə müşayət olunan xəstəliklər və aclıq, orqanizmdə metionin və sistein aminturşuların azalması zamanı öd turşularından qoşa birləşmələri əmələ gəlir. Belə hallarda ödün tərkibində sərbəst öd turşuları və onların duzlarının miqdarı artır. Öd sekresiyasının pozulması zamanı qanda hemoqlabinin parçalanması nəticəsində bilirubin əmələ gəlir. Sərbəst bilirubin suda həll olmayan maddədir. Sərbəst bilirubinə vasitəli bilirubin də deyilir. Sərbəst bilirubin qaraciyərdə qlükoron turşusu ilə birləşir. Bu reaksiya qlüküroniltrasferaza fermentinin iştirakı ilə gedir. Birləşmiş bilirubin suda yaxşı həll olur və diazoreaktivlə birbaşa reaksiyaya girir. Buna görə tibbi ədəbiyyatda onu" duz bilirubini " asdlandırırlar. Qan serumunda bilirubinin ümumi qatılığı 3,4-22,2mkmo/l olur. Bilirubin qaraciyərdə qlükoron turşusu ilə birləşdikdən sonra ödün tərkibində onikibarmaq bağırsağa ifraz edilir. Öd kisəsi və öd axarlarının müxtəlif xəstəlikləri zamanı (öd yollarının iltihabı, öd yolları axarlarının hərəki fəaliyyətinin pozulması, axarların daşla tutulması) öd sekresiyasının pozulması baş verir. Bu zaman öd axa bilmədiyi üçün qana keçir. Ödün qana keçməsini bildirən əsas əlamət dəridə və gözün sklerasında sarılıq əıamətinin olmasıdır.
Bu xəbəri də oxu: "Sünnət edilən ölkələrdə bu xəstəlik olmur"
Biri sizə mənfi, xoşunuza gəlməyən bir şey dəyəndə asanlıqla göz ya�
Müğənni Lana Del Rey "Interview" jurnalının yeni sayının simas�
"Təxminən Şabran zonasından başlayaraq Şamaxı və oradan da Gəncəy
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Son.az Trend-ə istinadən bildirir ki, Dünya Bankının prezidenti David Malp
Türkiyədə zəlzələ fəlakətinə həsr olunan və yardım xarakteri daşıy
Stokholmda yerləşən İsveçin Kral Texnoloji İnstitutu zəlzələdən daha d
ABŞ Dövlət katibi Entoni Blinken fevralın 16-dan 22-dək Almaniya, Türkiyə
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı
Ukrayna və Türkiyə elektrik stansiyalarından istifadəyə dair razılığa g
Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikası
ABŞ Prezidenti Co Baydenin Çin üzrə baş müşaviri Laura Rozenberqer gələ