Ağız suyu vəzilərinin funksiyası
Digərləri 16 Fev 2023 08:05:00 269 0
Ağız suyu vəzilərinin 2 funksiyası vardır: - sekretor funksiya - inkretor funksiya. Sekretor fəaliyyətin məhsulu ağız suyu qidanı islatmaqla udma aktını asanlaşdırır. Ağız suyunun tərkibində polisaxaridləri hidrolitik yolla parçalamaq qabiliyyətinə malik olan ferment - amilaza olur. Bundan əlavə ağız suyunda aşağıdakı fermentlər var: - lizosim - karbonhidraza - nukleaza - fosfataza - peroksidaza. Bu fermentlərin bir hissəsi orqanizmə zərərli maddələrin daxil olmasının qarşısını alır, amma bəzilərinin bioloji rolu hələ də aydınlaşmayıb. Məsələn, lizosim bir sıra mikroorqanizmləri, nukleazalar isə virusları parçalamaq qabiliyyətinə malikdir. Normal şəraitdə insanın ağız suyu vəziləri gündə 1-2 litr şirə ifraz edir. Ağız suyunun ifrazının artmasına hipersalivasiya, azalmasına isə hiposalivasiya deyilir. Hipersalivasiya sekretor sinirlərin bilavasitə və ya reflektor yolla qıcıqlanması hesabına baş verir. Buna aşağıdakı hallarda rast gəlinir: - bulbar iflic - stomatit - qinqvit - mədənin selikli qişalarının iltihabı - qida borusu xəstəlikləri - qurd xəstəlikləri - hamiləlik toksikozları - vegetativ zəhərlərlə zəhərlənmə. Hiposalivasiya isə çox vaxt orqanizmin susuzlaşması səbəbli baş verir. Bu adətən şiddətli tərləmə və ishal zamanı baş verir. Bəzən parasimpatik sinir sisteminin xəstəlikləri də ağız suyu ifrazının azalmasına səbəb olur. Hiposalivasiyaya aşağıdakı xəstəliklər səbəb ola bilir: - parotit - emosiona stress - ishal - ağız suyu vəzilərinin şiş xəstəlikləri - vəzləri axacağının daşla tutulması.
Bu xəbəri də oxu: Komandaqərargah təlimi keçirildi FOTO
İran ETTELAAT-ı həbs olunanların işinə "bu təqsirləndirilən şəxs
ABŞ dövlət katibi Entoni Blinken Avropa turnesinə yola düşür, o, fevralı
Əsas vacib məsələ odur ki, AB-nin sözügedən missiyası Azərbaycanın yox
Mədənin hərəki funksiyasının pozulmasına mədə divarında əzələ qişa
Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgəsində fəaliyyə
Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir: - iradi faza
Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya v�
Sağlam insanın bağırsaqlarında saprofil bakteriyalar olur. İnsan nəcisini
Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət
Bağırsaqların hərəki funksiyası kəskin surətdə azaldıqda, bağırsaq t
Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət
Mədə şirəsi ifraz edən vəzilər sinir-reflektor və humoral qıcıqlandır
Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş