Gərginlik pik həddə: Rusiyadan Ermənistana
Siyasət 16 Fev 2023 08:13:00 274 0
"Rusiya əvvəl ekspertlər, indi isə rəsmi səviyyədə Ermənistana xəbərdarlıq etməyə başlayıb".
Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.
Nəşr Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistana ünvanladığı bu hədəsinə diqqət çəkib:
"Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə öz ölkələrini itirəcəklər. Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həll olunmayacaq. Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər on dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidirlər".
Qəzet Rusiyanın Ermənistana xəbərdarlığının kifayət qədər açıq olduğunu bildirib:
"Gərək sadəlövh olasan ki, Volodinin bu açıqlamasının, mesajının istiqamətini başa düşməyəsən. Əslində Rusiya növbəti dəfə İrəvana xəbərdarlıq edir. Yeri gəlmişkən, artıq İrəvanda H-1 telekanalına müsahibəsində başqa bir rusiyalı - Dmitri Suslovdan bir qədər fərqli ifadələrlə ilə oxşar xəbərdarlığı eşitmişik. Əlbəttə, Suslov ekspert səviyyəsində xəbərdarlıq etdi, ona görə də bunu yarı-rəsmi saydıq. Amma indi yüksək vəzifə tutan bir şəxs - Volodin eyni şeyi söyləyəndə deyə bilərik ki, Moskva artıq rəsmi şəkildə İrəvana xəbərdarlıq edir. Demək istədiyi isə budur: ağıllı ol, əks halda ölkəni itirə bilərsən".
Qarabağ "hakimiyyəti" (Xankəndidəki qanunsuz silahlı birləşməl
Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe zəlzələ bölgəsinin yenid�
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqra
Ağız suyu vəzilərinin 2 funksiyası vardır: - sekretor funksiya - inkreto
İran ETTELAAT-ı həbs olunanların işinə "bu təqsirləndirilən şəxs
ABŞ dövlət katibi Entoni Blinken Avropa turnesinə yola düşür, o, fevralı
Əsas vacib məsələ odur ki, AB-nin sözügedən missiyası Azərbaycanın yox
Mədənin hərəki funksiyasının pozulmasına mədə divarında əzələ qişa
Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgəsində fəaliyyə
Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir: - iradi faza
Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya v�
Sağlam insanın bağırsaqlarında saprofil bakteriyalar olur. İnsan nəcisini