Polietilen torbaların pullu satışına başlandı:
Digərləri 16 Fev 2023 08:18:00 252 0
Bu gündən Azərbaycanda ticarət obyektlərində alış-veriş zamanı polietilen torbalar üçün ayrıca haqq alınacaq. Kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılacaq.
Bu xəbəri də oxu: Bu ölkəyə artıq vizasız gedə biləcəyik
Bu, alınan gündəlik istehlak mallarına əlavə xərc deməkdir. İlk baxışdan 3-5 qəpik ödəniş cüzi görünə bilər. Amma Azərbaycanda orta aylıq əməkhaqqının artım dinamikası çox aşağıdır. Bunu nəzərə alan istehlakçı bəzən məhsullar üzərindəki 3-5 qəpiklik fərqə görə market-market dolaşmalı olur.
Hər ailə aylıq alış-verişdə ən azı 6-7 torba istehlak və qeyri-istehlak məhsulu alır, mallar çeşidlənəndə torba sayı daha çox ola bilər. Bununla yanaşı, istehlakçı gündəlik tələbatlarını qarşılamaq üçün hər gün marketə getməlidir.
İnkişaf etmiş ölkələrdə də polietilen torbalar pulludur. Amma orada orta aylıq əməkhaqqı yüksək olduğu üçün 5-10 sent ailə büdcəsində qabarıq görünmür.
Polietilen torbalar dövlət tərəfindən tənzimlənən mallar siyahısına daxil olmadığı üçün qiyməti sahibkar özü müəyyən edəcək.
Son.az teleqraf.com-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ticarət şəbəkələrinə göndərilən məktubda qeyd olunub ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il fevralın 2-də verdiyi 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi pulla satılır.
İqtisadçı Xalid Kərimli bildirib ki, ölkədə marketlərdən pulsuz verilən polietilen torba mərhələsi başa çatır.
O, xarici ölkələrdə polietilen torbaların pullu olduğuna diqqət çəkib: "Xaricdə kassada istehlakçıdan aldığı məhsulları yığmaq üçün neylon torba istəyib-istəmədiyi soruşulur. Yəni polietilen torbalar xüsusi məhsul kimi satılır. Alıcıya seçim imkanı verilir, o istəsə, neylon torbanı özü ilə gətirə bilər. Azərbaycanda da üzəri reklamlı xüsusi neylon torbalar həmişə pullu olsa da, marketlərdəki polietilenlər pulsuz idi. Artıq bizdə də xarici ölkələrin təcrübəsindən istifadəyə başlanıldı".
Ekspert hesab edir ki, bu vaxta qədər sahibkarlar polietilen torbaları pulsuz verib: "Nazirlər Kabinetinin sentyabrın 28-i 2005-ci ildə verdiyi 178 saylı qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib. Polietilen torbaların qiymətləri həmin siyahıya daxil edilməyib. Görünür, qiymət bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşacaq. Yəni qiyməti daha çox sahibkar müəyyən edir.
Bu qərarın qəbulu nə sahibkarların narazılığı fonunda, nə də hansısa rəqabətin təsiri nəticəsində baş verib. Qərarın təşəbbüskarı Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Onların da söykəndiyi əsas arqument ətraf mühitin çirklənməsidir. Pulsuz olduğu üçün insanlar polietilen torbaların dəyərini dərk etmirlər və daha çox istifadə edirlər. Bu da ilk növbədə ətraf mühitin çirklənməsi ilə nəticələnir. Bu baxımdan qərarın əsas faydasının ekologiyaya olacağını düşünürəm".
Hamı hər gün bir dəfə də olsa marketə gedir. Maraqlıdır, polietilen torbalara ödənən vəsait aylıq xərclərdə özünü necə göstərəcək?
Xalid Kərimli inkişaf etmiş ölkələrdə məhsulların qiyməti ilə müqayisədə dəyərin çox cüzi olduğunu düşünür: "Xarici ölkələrdə neylon torbaların dəyəri 5-10 sent arasında olur. Təbii ki, Azərbaycan büdcəsi buna uyğun deyil. Güman etmirəm ki, polietilen torbaların qiyməti 5 qəpikdən yuxarı olar.
İşin məqsədi və mahiyyəti istehlakçının daha az polietilen torba alması, qənaət etməsi və səmərəli davranmasıdır. Ortalama hesabla ay ərzində polietilen torbalara 1.50-2 AZN pul xərclənəcək. Aylıq bu məbləği ödəmək istəməyən istehlakçı da alternativ olaraq evdən çoxistifadəlik torba gətirə bilər.
Alıcılar artıq marketlərdən lazım oldu-olmadı torba götürməyəcək. Kimə nə qədər lazımdırsa, o qədər plastik paket alacaq. Bundan əlavə, marketlərdə məhsullar gərəksiz-gərəkli çeşidlənib ayrı-ayrı yığılmayacaq. İstehlakçı ağıllı davranacaq, xərcini düşünüb beş məhsulu bir torbaya qoyacaq. Ümumiyyətlə, bu qərarın qəbulunu normal qəbul edirəm".
İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, bu günə qədər marketlərdəki polietilen torbalar havayı verilməyib.
O deyir ki, marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab etdiyiniz torbalara qədər hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür: "Başqa sözlə, bu günə qədər həmin polietilen torbaların xərcini istehlakçı özü ödəyib. Sadəcə olaraq bu xərc çek üzərində öz əksini tapmırdı. Bu, dünyada istifadə olunmuş bir təcrübədir. Əsas məqsəd alıcıları daha çox məsuliyyətli davranmağa vadar etməkdir. Tutaq ki, 100 AZN-lik alış-veriş zaman iki torbadan istifadə olunur, bu zaman məbləğə 10 qəpik əlavə olunacaq".
Ekspert məhsulun maya dəyərinə nələrin daxil olduğuna da diqqət çəkib: "Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən digər məsrəflər daxildir.
Torbanın xərci də məhz satışına sərf edilən digər məsrəflər hissəsində gizlənir. İndi bu xərci sadəcə çek üzərində 3-5 qəpik göstərəcəklər ki, insanlar məsuliyyətli olub, torbalardan lazımlı-lazımsız istifadə edib, təbiətə atmasın. Torbalar nisbətən ekoloji tələblərə uyğun olmalıdır".
Eldəniz Əmirov deyir ki, marketlərdə rəqabətin pozulmaması baxımından mütləq şəkildə nəzarət olmalıdır: "Bir marketdə ödənişli, digərində ödənişsiz kimi bir görüntü yarana bilər. Buna inanmayın, zatən bütün hallarda həmin torbalar pulludur. Heç bir market sahibi alıcıya öz cibindən torba alıb vermir.
Bundan əlavə, satılan torbaların keyfiyyət göstəricilərinə də diqqət olunmalıdır. Torbalar nəzərdə tutulmuş qalınlıqda və keyfiyyətdə olmalıdır. Marketlər alıcılara alternativlər də təklif etməlidir".
Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım xarakteri daşı
"Rusiya əvvəl ekspertlər, indi isə rəsmi səviyyədə Ermənistana xə
Qarabağ "hakimiyyəti" (Xankəndidəki qanunsuz silahlı birləşməl
Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe zəlzələ bölgəsinin yenid�
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqra
Ağız suyu vəzilərinin 2 funksiyası vardır: - sekretor funksiya - inkreto
İran ETTELAAT-ı həbs olunanların işinə "bu təqsirləndirilən şəxs
ABŞ dövlət katibi Entoni Blinken Avropa turnesinə yola düşür, o, fevralı
Əsas vacib məsələ odur ki, AB-nin sözügedən missiyası Azərbaycanın yox
Mədənin hərəki funksiyasının pozulmasına mədə divarında əzələ qişa
Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgəsində fəaliyyə
Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir: - iradi faza