“Qılınc müsəlmanı” ifadəsi nə dərəcədə doğrudur?


Digərləri 12 Fev 2023 21:50:00 274 0

“Qılınc müsəlmanı” ifadəsi nə dərəcədə doğrudur?

"Sənin ixtiyarında olan hakimiyyət öz payın deyil, öhdəndə olan bir əmanətdir. Səndən vəzifəcə yüksəkdə olanlar qarşısında camaat barədə cavabdehsən. Camaata münasibətdə öz istəyinə uyğun hökm verməyə ixtiyarın yoxdur. Maliyyə məsələlərində yalnız tam arxayın olduqdan sonra qərara gəlib hərəkət et. Sənə tapşırılmış əmlak əslində Allaha məxsusdur, sən həmin əmlakı mənə (xəlifəyə) təhvil verənə kimi Allahın xəzinədarı sayılırsan. Yəqin ki, mən sənə münasibətdə başqalarından pis hökmdar olmaram. Vəs-salam". (Həzrət Əlinin (ə) Azərbaycan valisi Əşəs ibn Qeysə məktubu; "Nəhcül-bəlağə", 5-ci məktub).

İslam dininə qarşı irəli sürülən qərəzli və əsassız iddialardan biri də bundan ibarətdir ki, guya İslam dini zorakılıq gücünə yayılmışdır. Əsasən Qərb alimlərindən ibarət olan bəzi "tədqiqatçılar" sübuta yetirməyə çalışırlar ki, guya müsəlmanlar ətraf məntəqələri tutarkən həddən artıq qəddarlıq törədir, sadə xalqı incidir, onların milli və dini dəyərlərini, adət-ənənələrini təhqir edirdilər. Təəssüf, bu yazıların əsasında xalq arasında belə bir fikir formalaşmışdır ki, guya biz "qılınc müsəlmanlarıyıq. Əslində isə...

***

Azərbaycana İslamın gəlişi və inkişafı əsrlərcə sürən eniş-yoxuşlu prosesdir. Məqalədə biz İslamın Azərbaycana gəlişinin yalnız ilk dövrlərini (hicri 30-cu illərə kimi) araşdırmışıq. Bunun da öz səbəbləri vardır. Etiraf etməliyik ki, Azərbaycan bəzi dövrlərdə müsəlman hökmdarları və sərkərdələri tərəfindən (İslam dini və sıravi müsəlmanlar tərəfindən deyil) zülm və haqsızlıqlara məruz qalmışdır. Lakin nəzərə almalıyıq ki, həmin dövrlərdə İslam dövlətinin başında duran, Azərbaycana qoşun göndərən və valilər təyin edən hökmdarların özləri İslam qayda-qanunlarının ziddinə gedirdilər. Əməvilər və Abbasilər kimi zalım sülalələr xilafətin mərkəzi sayılan Mədinə, Kufə, Dəməşq, Bağdad və sair şəhərlərdə saysız-hesabsız zülmlər törədirdilərsə, xilafətin ucqar nöqtələrində və yeni fəth olunmuş ərazilərdə onlardan ədalət gözləmək gülüncdür. Təbiidir ki, bu xəlifələrin sərkərdə və valiləri də onların siyasətini həyata keçirən, dediklərini yerinə yetirən adamlardan ibarət idi. Buna görə də bəzi zaman bölümlərində xilafətin daxili və xarici siyasətini araşdırarkən nöqsanlarla qarşılaşsaq, bunu İslamın və müsəlmanların deyil, xəlifənin və əyanların "ayağına yazmalıyıq".

Lakin İslam fəthlərinin ilk dövrləri sonrakı dövrlərdən kəskin fərqlənirdi. Hicri 30-40-cı illərə kimi baş vermiş fəthlərdə iştirak edən şəxslər vaxtilə Həzrət Mühəmməd Peyğəmbəri (s) görmüş, onun əmrlərini eşidib yadda saxlamış səhabələr idi. Onların gözləri Peyğəmbərin nuru ilə nurlanmışdı, qulaqları Peyğəmbərin səsini eşitmişdi, ömürləri Peyğəmbərin hüzurunda keçmişdi. Buna görə də onların fəthlər zamanı göstərdikləri fəaliyyətdə daha az xəyanət və nöqsan müşahidə edilir.

AZƏRBAYCANIN FƏTHİ

Hər şeydən əvvəl bunu qeyd edək ki, qədim salnamələrdə "Azərbaycan" adı əksər hallarda Araz çayından cənubda yerləşən torpaqlara - hazırda İranın tərkibində olan Cənubi Azərbaycan ərazisinə aid edilirdi. Hazırki Azərbaycan Respublikası ərazisi isə daha çox "Arran", "Muğan", "Şirvan", "Ərməniyyə" adları ilə xatırlanırdı. Azərbaycan adlanan ərazi müsəlmanların hücumu zamanı Sasani imperiyasının tərkib hissəsi idi və Sasnilər tərəfindən təyin edilmiş vali tərəfindən idarə edilirdi. Şimal torpaqlarında isə Albaniya dövləti yerləşirdi ki, o da Sasanilərdən qismən asılı vəziyyətdə yarımmüstəqil siyasət yürüdürdü.

Azərbaycanın müsəlmanlar tərəfindən fəthi ikinci xəlifə Ömər ibn Xəttabın hakimiyyəti dövründə başlanmışdır. Qeyd etmək lazımdır ki, bunun tarixi barədə məlumatlar ziddiyyətlidir. İbn Əsəm Kufi "Kitab əl-fütuh"da yazır ki, ərəblərin Azərbaycana birinci basqını hicri 18-ci (miladi 639-cu) ildə baş vermişdir. Mərhum akad. Z.Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" əsərində də eyni fikir müdafiə edilir.

Təbəri göstərir ki, Azərbaycanın fəth olunma tarixi barədə iki nəzəriyyə mövcuddur: bəziləri hicri 18-ci, başqaları isə hicri 22-ci ilə üstünlük vermişlər. Təbəri özü Azərbaycanın fəthi barədə məlumatları hicri 22-ci (miladi 643-cü) ildə baş vermiş hadisələr sırasında yerləşdirmişdir. Yəqubi də öz tarixində bu hadisənin hicri 22-ci ildə baş verdiyini yazmışdır. Şeyx Abbas Qummi də "Tətimmət Müntəha-l-amal" kitabında buna oxşar məlumat verir. İbn Kəsir Dəməşqi və İbn Əsir də öz tarixlərində Azərbaycanın fəthini hicri 22-ci ilin hadisələrinə aid hissədə yerləşdirmişlər. İbn Kəsir özündən əvvəlki alimlərdən Vaqidi və Əbu Məşərin də bu fikirdə olduqlarını qeyd edir.

İbn Kəsir "Əl-Bidayə və-l-nihayə" adlı tarix kitabında Azərbaycanın fəthinin başlanma şəraiti bu cür təsvir edilir: Müsəlmanlarla Sasanilər arasındakı məşhur Nəhavənd döyüşündən sonra müsəlmanlar Hülvanı, ardınca da Həmədanı tutdular. Ancaq bir qədər sonra həmədanlılar müsəlman sərkərdəsi Qəqa ilə bağladıqları sülh müqaviləsinin şərtlərini pozdular. Onda xəlifə Ömər ibn Xəttab, Nüeym ibn Müqrinə (onun adını bəzən Nüeym ibn Müqərrin kimi qeyd etmişlər) məktub yazıb tapşırdı ki, Həmədana yürüş etsin. Nüeym Həmədanı mühasirəyə aldı və şəhər əhalisi təslim olub müsəlmanlarla müqavilə bağladı. Nüeym 12 minlik qoşunla Həmədanda ikən bizanslılar, deyləmilər, reylilər və azərbaycanlılar birləşib böyük bir ordu topladılar. Deyləmilərin başçısı Müta, reylilərin sərkərdəsi Əbu Fərruxan, azərbaycanlıların başçısı isə Rüstəmin (Azərbaycan valisi) qardaşı İsfəndiyaz idi. Müsəlmanlar döyüşdə qalib gəldilər, deyləmilərin sərkərdəsi Müta öldürüldü, qalanları qaçıb dağıldılar. Bunun ardınca Rey şəhəri fəth olundu və əhaliyə aman verildi. Daha sonra Nüeymin qardaşı Cürcan bölgəsini müqavimətsiz ələ keçirdi, yerli əhali cizyə verməyə razı oldu, müsəlmanlar da onlara aman verdilər.

***

Azərbaycanlıların müsəlmanlarla mübarizəsi milli, dini səbəbə deyil, siyasi səbəbə əsaslanırdı. Yəni Azərbaycan o dövrdə Sasani imperiyasının tərkib hissəsi idi və Sasanilər müsəlmanlara qarşı qoşun toplayanda azərbaycanlılar da onların tabeliyində olduqlarından müttəfiq orduya qoşulmalı idilər. Buna görə də azərbaycanlılar Sasani ordusunun tərkibində çıxış etmiş və müsəlmanlara qarşı vuruşmuşdular. Lakin hadisələrin sonrakı gedişindən görünür ki, Sasani ordusu müsəlmanlara məğlub olduqdan sonra azərbaycanlılar müsəlmanlara qarşı nəinki müqavimət göstərməmiş, hətta bəzən onları xilaskar kimi qarşılamışlar.

İbn Kəsir yazır ki, Nüeym Həmədanla Reyi tutduqdan sonra Bükeyr ibn Abdullahı Azərbaycan üzərinə göndərdi, ardınca da Simak ibn Xərəşəni (bəzi tarixçilərin fikrincə bu, İslam tarixində məşhur olan Əbu Dücanədir) ora yolladı. Azərbaycanlılar Fərruxzadın (Fərəhzazın) oğlu İsfəndiyazın başçılığı altında qoşun toplayıb müsəlmanların qarşısına çıxdılar. Hələ Simak Azərbaycana gəlib yetişməmişdi ki, artıq Bükeyrin dəstəsi ilə İsfəndiyazın qoşunu qarşılaşdı. Döyüşdə yenə müsəlmanlar zəfər qazandılar, İsfəndiyaz əsir düşdü.

Məşhur tarixçi Təbəri yazır ki, əsir tutulmuş Azərbaycan hakimi İsfəndiyaz Bükeyrdən soruşdu: "Sülh bağlamağın tərəfdarısan, yoxsa vuruşmağın?" Bükeyr cavab verdi: "Sülh bağlamaq istərdim". Onda İsfəndiyaz belə məsləhət gördü ki, müsəlmanlar onu əsir kimi öz yanlarında saxlasınlar. Çünki əgər sülh bağlanmasa, yaxud İsfəndiyaz öz rəiyyətinin yanına qayıtmasa, Azərbaycan camaatı ətraf dağlara çəkiləcək və bütün ərazi heç bir müqavimətsiz müsəlmanların əlinə keçəcək. Yalnız camaatın bir hissəsi bəzi möhkəm qalalarda gizlənib orada uzun müddət qala biləcək. (Bu məlumatı Təbəridən başqa İbn Kəsir, İbn Əsir və İbn Miskəveyh də öz tarixlərində təsdiq etmişlər). Bükeyr bu məsləhəti qəbul edib İsfəndiyazı əsir kimi öz yanında saxladı. Nəticədə bir neçə möhkəm qaladan başqa bütün Azərbaycan ərazisi müsəlmanlar tərəfindən fəth olundu. Azərbaycan torpaqlarındakı müsəlman qoşuna Ütbə ibn Fərqəd sərkərdə təyin edildi.

Bu zaman Sasani sərkərdəsi Bəhram ibn Fərruxzad (İsfəndiyazın qardaşı) böyük qüvvə ilə müsəlmanlara hücum edir. Döyüşdə müsəlmanlar qalib gəlirlər, Bəhram qaçır. Məşhur tarixçi İbn Miskəveyhin yazdığına görə əsirlikdə olan İsfəndiyaz bu xəbəri eşidəndə belə deyir: "Artıq sülh üçün şərait yarandı, müharibə alovu söndü". Bundan sonra Sasani Azərbaycanının məğlub hakimi İsfəndiyazla müsəlmanların sərkərdəsi Ütbə sülh müqaviləsi bağlayırlar. Təbərinin "Tarix əl-rüsül və-l-müluk" ("Peyğəmbərlər və hökmdarlar tarixi") əsərində həmin sülhnamənin mətni verilmişdir:

"Bismillahir-Rəhmanir-Rəhim. Bu, xəlifə Ömər ibn Xəttabın nümayəndəsi Ütbə ibn Fərqədin Azərbaycan əhalisinə verdiyi amannamədir. Səhrada, dağda ya dərədə yaşamasından, dini mənsubiyyətindən asılı olmayaraq hamının canı, əmlakı, dini və əqidəsi amandadır; bir şərtlə ki, imkanları çatdığı qədər cizyə (vergi) versinlər. Uşaqlar, qadınlar, kasıb xəstə insanlar, tənhalığa çəkilib ibadətlə məşğul olan və dünya malından heç nəyi olmayan abidlər vergi ödəməkdən azaddırlar. Bu amannamə həm onların özləri, həm də öhdələrində olanlar üçün qüvvədədir. Gərək əhalidən hər kəs bir müsəlman əsgərini bir gecə-gündüz öz evində qonaq saxlayıb yedirsin, ona bələdçilik etsin. Hər kəs müsəlman ordusunda bir il xidmət etsə, həmin ilin vergisindən azaddır. Yerdə qalanlar əsgərliyə getməyən hökmündədirlər və vergi verməlidirlər. Hər kəs yaşayış yerini dəyişib başqa yerə köçsə, həmin yerə çatana kimi amandadır. Amannaməni Cündəb yazdı. Bükeyr ibn Abdullah Leysi və Simak ibn Xərəşə Ənsari şahid oldular".

İran Rusiyaya yeni PUAları belə yollayır like
  • 12 Fev 21:46  
Siyasət İran Rusiyaya yeni PUAları belə yollayır

"İran yeni növ qabaqcıl uzun mənzilli döyüş pilotsuz uçuş aparatla

arrow Ətraflı
Yatanda ağızdan su gəlməyin like
  • 12 Fev 21:45  
Digərləri Yatanda ağızdan su gəlməyin

Ağız suyu - ağız içindəki bakteriyaları öldürmək və həzmi başlatmaq

arrow Ətraflı
Gürcüstanda bir gündə dörd dəfə like
  • 12 Fev 21:43  
Dünya Gürcüstanda bir gündə dörd dəfə

Son sutka ərzində gürcü seysmoloqları ölkənin qərbində üç, eləcə d�

arrow Ətraflı
Malatyada 5.1 bal gücündə like
  • 12 Fev 21:41  
Dünya Malatyada 5.1 bal gücündə

Malatyanın Hekimhan bölgəsində saat 19:38 radələrində 5,1 bal gücündə

arrow Ətraflı
Seyyidlərin payı like
  • 12 Fev 21:40  
Digərləri Seyyidlərin payı

Sual 94: Kişi öhdəsində olan xərclərin ödənməsi üçün seyid zövcəsi

arrow Ətraflı
"Qalatasaray"ın və "Başakşəhər"in baş məşqçisi zəlzələdə like
  • 12 Fev 21:39  
Dünya "Qalatasaray"ın və "Başakşəhər"in baş məşqçisi zəlzələdə

"Qalatasaray", "Başakşəhər", "Karagümrük" v�

arrow Ətraflı
Məşhur aktyordan Türkiyəyə yardım like
  • 12 Fev 21:38  
Dünya Məşhur aktyordan Türkiyəyə yardım

Tanınmış aktyor Çağatay Ulusoy da əsrin fəlakəti adlandırılan Kahraman

arrow Ətraflı
Almaniya Türkiyədəki dəhşətli zəlzələ qurbanları üçün hərəkətə keçdi like
  • 12 Fev 21:36  
Dünya Almaniya Türkiyədəki dəhşətli zəlzələ qurbanları üçün hərəkətə keçdi

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Almaniyada Kahramanmaraş m�

arrow Ətraflı
İnsanlar virusa ən çox harda yoluxur? like
  • 12 Fev 21:30  
Digərləri İnsanlar virusa ən çox harda yoluxur?

Rusiyada hər gün kovidə yoluxanlar və ölənlərin sayı artır. Ekspertlər

arrow Ətraflı
Seyid Hüseyninin qiyamı like
  • 12 Fev 21:20  
Digərləri Seyid Hüseyninin qiyamı

Dini mətnlərdə qeyd edilib ki, Seyid Hüseyni qiyamı İmam Mehdinin (ə.f) z

arrow Ətraflı
Rus polkovnikdən Ermənistanla bağlı təklif: like
  • 12 Fev 21:18  
Siyasət Rus polkovnikdən Ermənistanla bağlı təklif:

"Rusiyanın Ermənistandakı "yumşaq güc" dairəsi effektli iş

arrow Ətraflı
Seçkilər ertələnməsə və Ərdoğan like
  • 12 Fev 21:16  
Siyasət Seçkilər ertələnməsə və Ərdoğan

Türkiyədə 14 maya planlaşdırılan prezident seçkilərinin təxirə salınm

arrow Ətraflı
Deksametazon hansı xəstələrə nə vaxt vurulur? like
  • 12 Fev 21:15  
Digərləri Deksametazon hansı xəstələrə nə vaxt vurulur?

İltihab əleyhinə qlükokortikosteroid dərman deksametazonun ağır koronavir

arrow Ətraflı
İsrail İrana yenidən zərbə endirəcək like
  • 12 Fev 21:14  
Dünya İsrail İrana yenidən zərbə endirəcək

İran bundan əvvəl də müxtəlif qruplara Suriyaya yardım adı altında sila

arrow Ətraflı
156cı saatın 9 yaşlı möcüzəsi  VİDEO like
  • 12 Fev 21:12  
Dünya 156cı saatın 9 yaşlı möcüzəsi VİDEO

Türkiyədə baş verən iki güclü zəlzələdən 156 saat sonra dağıntılar

arrow Ətraflı