Yatanda ağızdan su gəlməyin
Digərləri 12 Fev 2023 21:45:00 281 0
Ağız suyu - ağız içindəki bakteriyaları öldürmək və həzmi başlatmaq üçün ifraz edilən mayedir. Son illərdə yatarkən ağzınızdan su gəlməsi tez-tez rast gəlinən hal olub. Bir çoxları yatarkən bunu hiss etmədiyi üçün problemə ciddi yanaşmır. Ağızdan su axmasının bir neçə səbəbi ola bilər.
Bu xəbəri də oxu: Gənc şair faciəvi şəkildə öldü
Medicina.az xəbər verir ki, ağzı açıq yatmaq və bu şəkildə oyanan zaman ağızdan su gəlməsi səhv yuxu pozası, diş problemləri, allergiya, reflüks, parkinson xəstəliyi, diş çıxarma, dərmanların əks təsirləri, sinir sistemi pozğunluqları, ağız anatomiyasında problem və ya qıl qurdu kimi təsirlərin nəticəsidir.
Buna adətən kiçik uşaqlarda və körpələrdə rast gəlinir, amma müəyyən yaş kateqoriyasına aid edilmir. İstənilən yaşda insan bu xoşagəlməz halla üzləşə bilər.
Ağız quruluşunuz da tüpürcək axmasına səbəb ola bilər. Bəzi insanlar, yatarkən dodaqlarını bağlamaqda çətinlik çəkər. Dilin böyük olması, genişlənmiş badamcıq, çapraz dişlərdən, ya da şişmiş burun əti də dodaqların bağlanmasına çətinlik yaradır.
Qarşısını necə almalı?
Yuxuda olan zaman ağzınızdan su axması məlum olmayan sağlamlıq problemindən də ortaya çıxa bilər. Ən yaxşı müalicə üsulunu təyin etmək üçün əvvəlcə problemi müəyyənləşdirməlisiniz. Vaxt itirmədən allergiya, zəhərlənmə, sinus infeksiyası, badamcıqlar, diş problemləri və ya ruh və sinir xəstəlikləri kimi xəstəliklərin müalicəsi üçün həkimə müraciət edin.
Ağzınızdan su gəlməsi hər hansı ciddi xəstəlik əlaməti deyilsə, öz üsullarınızla bunun qarşısını ala bilərsiniz. Məsələn, yastıq alçaqdırsa, onu hündürüylə dəyişdirə bilərsiniz.
Həmçinin şübhəli dərmanlardan istifadə etdikdə orqanizminizdə dəyişiklik yaranırsa, həkiminizə bildirin. Burun əti və ya anatomik pozğunluq olursa, qulaq, burun, boğaz həkiminə gedib vəziyyət aydınlaşdırın və müvafiq müalicəyə başlayın.
Həkimlər kürəyi üstə yatmağı tövisyə edir. Çünki belə yatmaq ağız suyunun, boğazdan aşağıya doğru axmasını təmin edir. Arxasıüstə yatmağa başlasanız, vəziyyətinizdə əhəmiyyətli dəyişiklik olduğunu görəcəksiniz. Bədəninizin şaquli vəziyyətdə olması kömək edəcək ki, ağzınız qapalı qalsın.
Son sutka ərzində gürcü seysmoloqları ölkənin qərbində üç, eləcə d�
Malatyanın Hekimhan bölgəsində saat 19:38 radələrində 5,1 bal gücündə
"Qalatasaray", "Başakşəhər", "Karagümrük" v�
Tanınmış aktyor Çağatay Ulusoy da əsrin fəlakəti adlandırılan Kahraman
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Almaniyada Kahramanmaraş m�
Rusiyada hər gün kovidə yoluxanlar və ölənlərin sayı artır. Ekspertlər
Dini mətnlərdə qeyd edilib ki, Seyid Hüseyni qiyamı İmam Mehdinin (ə.f) z
"Rusiyanın Ermənistandakı "yumşaq güc" dairəsi effektli iş
Türkiyədə 14 maya planlaşdırılan prezident seçkilərinin təxirə salınm
İltihab əleyhinə qlükokortikosteroid dərman deksametazonun ağır koronavir
İran bundan əvvəl də müxtəlif qruplara Suriyaya yardım adı altında sila
Türkiyədə baş verən iki güclü zəlzələdən 156 saat sonra dağıntılar
Günorta tez-tez əsnəyən insan bu simptoma fikir verməlidir. Bu bəzi çox t