Ceyhun Bayramovun Kahramanmaraş səfəri FOTO


Siyasət 11 Fev 2023 22:13:00 205 0

Ceyhun Bayramovun Kahramanmaraş səfəri  FOTO

11 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə Respublikasının böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələ nəticəsində zərər çəkmiş Kahramanmaraş şəhərinə səfər edib.

XİN-dən bildirilib ki, nazir Ceyhun Bayramovu hava limanında Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu qarşılayıb.

Səfər çərçivəsində, nazir Ceyhun Bayramov Türkiyə Respublikasının Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Mərkəzini, Daxili İşlər Nazirliyinin Kahramanmaraş Bölgə Mərkəzini, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin bazasını və xilasedicilərimizin fəaliyyət göstərdiyi sahəni, o cümlədən Azərbaycan tərəfindən zəlzələ zonasına göndərilmiş səhra xəstəxanasını ziyarət edib, media nümayəndələrinin iştirakı ilə keçirilmiş mətbuat konfransında iştirak edib.

AFAD Mərkəzini və Daxili İşlər Nazirliyinin Kahramanmaraş Bölgə Mərkəzini ziyarət edən nazir Ceyhun Bayramov, zəlzələ bölgəsində dağıntılar altında qalmış vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində AFAD tərəfindən görülən genişmiqyaslı işlərlə tanış olub. Nazir Ceyhun Bayramov, xarici işlər naziri Mevlüt Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylunun iştirak etdiyi tədbirdə çıxış edərək Türkiyə dövlətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu qeyd edən nazir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, fəlakətin ilk günündən ölkəmiz tərəfindən həyata keçirilən dəstək tədbirləri barədə məlumat verib.

Daha sonra nazir Ceyhun Bayramov, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması, habelə dağıntılar altında qalmış vətəndaşların xilas edilməsi məqsədilə fəaliyyət göstərən FHN-in çevik xilasetmə qüvvələrinin bazasını, o cümlədən onların çalışdıqları ərazini ziyarət edib. Axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz şəkildə davam etdirən xilasedicilərimizin fəaliyyəti, indiyədək görülən işlərin nəticələri ilə tanış olan nazir Ceyhun Bayramov, zəlzələdən zərər çəkmiş şəxslərin həyatının xilas olunması istiqamətində fədakar fəaliyyətlərinə görə onlara təşəkkür edib.

Türkiyədə baş vermiş zəlzələdə xəsarət alan şəxslərə zəruri tibbi xidmətlərin göstərilməsinə dəstək məqsədilə Azərbaycan tərəfindən göndərilmiş səhra xəstəxanasını ziyarət edən nazir Ceyhun Bayramov, bütün lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunmuş bu xəstəxanada fəaliyyət göstərən həkimlərimiz ilə görüşüb. Həkimlərimizin fəaliyyəti ilə tanış olan nazir Ceyhun Bayramov, onlara bu məsuliyyətli işlərində göstərdikləri səylərə görə minnətdarlığını bildirib.

Yekunda media nümayəndələrinin iştirakı ilə təşkil olunmuş mətbuat konfransında çıxış edən nazir Ceyhun Bayramov, səfərin yekunları, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan tərəfindən göstərilmiş humanitar yardımlar, o cümlədən baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının təxliyəsi, həlak olmuş vətəndaşlarımız barədə sualları cavablandırıb.

Bərzəx barəsində şübhələr like
  • 11 Fev 22:10  
Digərləri Bərzəx barəsində şübhələr

Bərzəx aləmi barəsində dinsizlər şübhə yaratmışlar. Bu şübhələr b

arrow Ətraflı
Hatayda zəlzələ oldu like
  • 11 Fev 22:07  
Dünya Hatayda zəlzələ oldu

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda 4,3 maqnitudalı zəlzələ ol

arrow Ətraflı
Zəlzələ bölgəsində doğulan uşağa azərbaycanlı like
  • 11 Fev 22:06  
Digərləri Zəlzələ bölgəsində doğulan uşağa azərbaycanlı

Türkiyədə zəlzələ bölgəsində dünyaya gələn uşağa azərbaycanlı h�

arrow Ətraflı
Kin və ücb haqqında like
  • 11 Fev 21:55  
Digərləri Kin və ücb haqqında

Allah düşmənləri istisna olmaqla insanlara sevgi və məhəbbət vacibdir. Y

arrow Ətraflı
Əsrin imamı ilə əlaqədar on beş suala cavab like
  • 11 Fev 21:50  
Digərləri Əsrin imamı ilə əlaqədar on beş suala cavab

Həzrət Mehdi (əc.) haqqında verilən suallar çoxdur. Biz bütün bunların

arrow Ətraflı
Qalxanvari vəzinizi məhv edən 6 vərdiş like
  • 11 Fev 21:45  
Digərləri Qalxanvari vəzinizi məhv edən 6 vərdiş

Qalxanvari vəz boğazda yerləşən çox kiçik kəpənəyəbənzər orqan olub

arrow Ətraflı
İbadət yalnız Allaha məxsusdur like
  • 11 Fev 21:40  
Digərləri İbadət yalnız Allaha məxsusdur

İbadət yalnız Allaha məxsusdur. Deməli, Allah-təaladan başqasına (qeyris

arrow Ətraflı
Orqanizmə ən faydalı və lazımlı şorba elan edildi like
  • 11 Fev 21:30  
Digərləri Orqanizmə ən faydalı və lazımlı şorba elan edildi

Tərkibində 12 aminturşusu olan şorba insan orqanizmi üçün ən faydalı el

arrow Ətraflı
Fəqirlik like
  • 11 Fev 21:20  
Digərləri Fəqirlik

Ey fəqir, fəqir olduğuna görə qəm etmə! Fəqirlik möminin zinətidir və

arrow Ətraflı
"Şəhərlərimizi yenidən inşa etmək üçün nə lazımdırsa, edəcəyik" like
  • 11 Fev 21:17  
Siyasət "Şəhərlərimizi yenidən inşa etmək üçün nə lazımdırsa, edəcəyik"

"Zəlzələ bölgəsindəki bəzi şəhərlərimizi yenidən inşa edəcəy

arrow Ətraflı
NATOdan Türkiyə açıqlaması Yeni like
  • 11 Fev 21:16  
Siyasət NATOdan Türkiyə açıqlaması Yeni

NATO zəlzələ fəlakəti ilə mübarizə aparan Türkiyədə sığınacaq obye

arrow Ətraflı
1,1 milyon vətəndaşımız sığınacaqlara yerləşdirilib like
  • 11 Fev 21:14  
Dünya 1,1 milyon vətəndaşımız sığınacaqlara yerləşdirilib

Ölkəmizin dörd bir yanındakı hotellərimizdə, yataqxanalarımızda, qonaq

arrow Ətraflı
Türkiyəli geofizikin Bakı ilə bağlı zəlzələ proqnozuna like
  • 11 Fev 21:13  
Dünya Türkiyəli geofizikin Bakı ilə bağlı zəlzələ proqnozuna

Türkiyənin "FOX TV" telekanalına açıqlama verən geofizik Tuncay

arrow Ətraflı
Quzey Kiprin 16 voleybolçusu Adıyamanda like
  • 11 Fev 21:11  
Dünya Quzey Kiprin 16 voleybolçusu Adıyamanda

Türkiyə Voleybol Federasiyası (TVF) Quzey Kıbrıs Türk Cümhuriyyətinin (Q

arrow Ətraflı
Sevgi cəsarətdir like
  • 11 Fev 21:10  
Digərləri Sevgi cəsarətdir

Sevgi cəsarətdir! Sevəndən sevgisini sübut üçün cəsarət istəyər.

arrow Ətraflı