İbadət yalnız Allaha məxsusdur
Digərləri 11 Fev 2023 21:40:00 241 0
İbadət yalnız Allaha məxsusdur. Deməli, Allah-təaladan başqasına (qeyrisinə) ibadət edən şəxs "müşrik" adlanır. Qurani-kərim buyurur: "Allaha pərəstiş edin. Ondan başqa məbud yoxdur."
Bu xəbəri də oxu: Ailə FACİƏSİ: ana 4 uşağı ilə birlikdə ÖLDÜ
Bu elə bir kəlamdır ki, Qurani-kərimdə dəfələrlə peyğəmbər tərəfindən nəql edilərək, daim təkid olunmuşdur. Olduqca maraqlı və cəlbedicidir ki, biz müsəlmanlar həmişə öz gündəlik namazlarımızda "Həmd" surəsini oxuyarkən "İbadətdə Tövhidi" (tövhide-ibadi) təsdiqləyərək, onu təkrar edirik: "Yalnız sənə ibadət edir və yalnız səndən yardım diləyirik." (Həmd, 5) Aydındır ki, Allahın iznilə "peyğəmbərlərin və mələklərin şəfaət edəcəklərinə" olan inam (ki, Quranda da, mövcuddur), onlara ibadət etmək mənasında deyildir. Və həmçinin, Peyğəmbərlərə olunan "təvəssül" (yəni Peyğəmbərləri və Əhli-beyti (ə) Allah yanında vasitə qərar vermək, öz hacətlərini onlara söyləyərək, Allahın bu istəkləri tez yerinə yetirməsi üçün, onlardan dua etmələrini, Tanrıya xahiş etmələrini təmənna etmək) tövhidlə heç bir ziddiyyət-təzad daşımır. Təvəssül məsələsinin geniş şərhi "Nübuvvət" bölməsində sizə təqdim olunacaqdır.
Allahın pak zatının həqiqəti hər bir kəsə məxfidir
Allahın vücudunun, varlığının əsərləri bütün dünyanı əhatə etmişdir. Əvvəldə söylədiyimiz kimi, hər bir yaranmışın vücudu, bizə ulu, qadir, və əzəmətli yaradanın varlığından söz açır. Lakin bununla belə Allahın zatının həqiqəti (Onun necə olduğu) heç bir kəsə məlum deyildir. İnsan Allahın pak zatını dərk edərək, Onu olduğu kimi anlaya, təsəvvür edə bilməz. Çünki O, hər bir cəhətdən naməhdud, intəhasız və hüdudsuzdur. Amma biz insanlar məhdud, sonlu və hüdud çərçivəsində məhdudlaşan məxluqlarıq. Bizim məhdud və müəyyən bir dairədə (zaman və məkan qeydinə bağlı olan) elmimiz, hər bir cəhətdən naməhdud sonsuz olan uca yaradanı dərk etmək qüvvəsinə qadir deyildir. (Məhdud bir varlığın naməhdud, sonsuz olan uca Yaradanı hər hansı bir cəhətdən əhatə etməsi qeyri-mümkündür.) Qurani-kərim buyurur: "Agah olun! Onun hər bir şeyə əhatəsi vardır." (Fussilət, 54) Yaxud: "Allah onların hamısını (hər tərəfdən) əhatə edibdir." (Buruc, 20) Məhəmməd Peyğəmbərin (s) tanınmış bir hədisində oxuyuruq: "İlahi, biz Səni pak zatına layiq şəkildə ibadət edə bilmədik. Səni olduğun kimi (həqiqətini) tanıya bilmədik." ("Biharül-ənvar", c. 68, səh-23) Lakin bütün bu söylədiklərimiz, o mənaya deyildir ki, biz Allahı heç bir formada tanıya bilmərik. (həqiqətdə insan öz Allahının cəlal və camal sifətlərindən agah olmaq imkanına məlikdir. Hətta, təbiətin özü də, bizə Allahı tanımağa gözəl yardımçıdır. Biz təbiətə baxdıqda Allahın qüdrətini, əzəmətini, ədalətini, gözəlliyini və s. dərk edirik.) Əgər biz Allahı heç bir şəkildə tanıya bilməsək, onun xüsusiyyətlərindən, sifətlərindən xəbərdar olmasaq, ilahi mərifəti yolunda yalnız bir neçə mənasız sözlərə kifayət etməli olacağıq. Bu isə ilahi mərifətinin tətil olması deməkdir. Və qəbul olunası mümkün olmayan bir əqidədir. Çünki Qurani-kərim və digər səmavi kitablar məhz ilahi mərifətini bəyan etmək üçün (Allahı tanıtmaq məqsədilə) nazil olmuşdur. Bu barədə çoxlu oxşar misallar gətirmək olar. Məsələn; Biz "ruhun" həqiqətini olduğu kimi anlaya bilmərik. Lakin eyni halda onun xüsusiyyətlərindən xəbərdarıq. Və onun əsərlərini (təsirlərini) müşahidə edərək çox yaxşı anlayırıq İmam Baqir (ə) özünün bir hədisində buyurur: "Allah barəsində (Onun həqiqəti barəsində) öz fikir və xəyallarınızla ən dəqiq mənada və şəkildə etdiyiniz təsəvvürlər, yalnız sizin ağlınızın yaratdıqlarıdır. (Yəni həqiqət deyildir). Və sizin özünüz kimi naqis və məhduddur. (Allah-təalanın həqiqəti bu xəyallardan daha uca və üstündür. ("Biharül-ənvar", c. 66, səh, 393) Həzrət Əli (ə)-dan nəql edilən başqa bir hədisdə ilahi mərifəti ən gözəl və aydın təbirlərlə bəyan olunmuşdur: "Allah-təala ağılları öz sifətlərinin (və zatının) hüdudlarından (həqiqətlərindən) agah etməmişdir. Və amma eyni halda onları lazım olan miqdarda anlayışdan və mərifətdən məhrum da, etməmişdir. (Qürərul-hikəm)
Nə ağlın qüvvədən salınması və nə də "təşbih" (Allahı, Onun bəndəsinə oxşatmaq) düzgün deyildir
Tərkibində 12 aminturşusu olan şorba insan orqanizmi üçün ən faydalı el
"Zəlzələ bölgəsindəki bəzi şəhərlərimizi yenidən inşa edəcəy
NATO zəlzələ fəlakəti ilə mübarizə aparan Türkiyədə sığınacaq obye
Ölkəmizin dörd bir yanındakı hotellərimizdə, yataqxanalarımızda, qonaq
Türkiyənin "FOX TV" telekanalına açıqlama verən geofizik Tuncay
Türkiyə Voleybol Federasiyası (TVF) Quzey Kıbrıs Türk Cümhuriyyətinin (Q
Onkoloqlar toyuq və hind quşu ətinin onkoloji xəstəlikləri aktivləşdirm�
Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 40 mini keç
Sərvətli şəxslərdən biri olan Əbdürrəhman elçilik üçün Həzrəti R�
Hatayın Antakya rayonundakı zəlzələdə dağıntıları altında qalanların
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin yeni görüntüləri yayıl�
Gürcüstanda baş verən 4,6 bal gücündə zəlzələ Türkiyənin Artvin vila
Biz inanırıq ki, Allah-təala heç bir vaxt gözlə görülməz. Çünki gözl