İmam Rizaya xilafətin təklifi
Digərləri 09 Fev 2023 23:40:00 310 0
İmam Riza əleyhissəlamın hərəkət etdiyi karvan şəvval ayında Mərv şəhərinə çatır. Şəhərdən neçə fərsəx19 kənarda Məmun Fəzl ibn Səhl və Bəni-Abbasdan olan digər nümayəndələr İmam əleyhissəlamın pişavazına çıxaraq böyük ehtiramla karvanı şəhərə daxil edirlər. Məmunun əmrinə əsasən, rifah və asayiş üçün lazım olan hər cür şərait İmam əleyhissəlamın ixtiyarına qoyulur. Yol yorğunluğunun çıxması məqsədilə bir neçə gün davam edən istirahətdən sonra İmam Riza (əleyhissəlam) ilə Məmun arasında müzakirələr başlayır və Məmun hakimiyyəti qəbul etməyi İmam Riza əleyhissəlama təklif edir. İmam Riza (əleyhissəlam) bu təklifdən ciddi şəkildə imtina edir. Fəzl ibn Səhl heyrətlə deyir: "Xəlifəlik məqamını o günkü kimi heç vaxt dəyərsiz və ləyaqətsiz görmədim. Məmun hakimiyyəti Əli ibn Musa ər-Riza əleyhissəlama təklif edir o isə hakimiyyəti qəbul etmirdi." İmam Riza əleyhissəlamın imtina edəcəyini bəlkə də, qabaqcadan təxmin etmiş Məmun dedi: "İndi ki belədir onda vəliəhdliyi qəbul et!" İmam Riza (əleyhissəlam) buyurdu: "Məni bunda da üzürlü hesab et." Məmun bu dəfə İmam əleyhissəlamı üzürlü hesab etməyib hirsli halda bu cümləni dedi: "Ömər ibn Xəttab vəfat edərkən altı nəfərdən ibarət şura təyin etdi. Şuranın üzvlərindən biri də, Əmirəl-möminin Əli (əleyhissəlam) idi. Ömər həm də vəsiyyət etmişdi ki kim müxalifətçilik edərsə boynu vurulsun... İndi sən də mənim təklifimi qəbul etməlisən! Çünki mən bundan başqa çarə görmürəm."21 Məmun əslində bu sözlərlə İmam əleyhissəlamı hədələyirdi. Sonra daha açıq şəkildə İmam əleyhissəlamı təhdid edib dedi: "Sən həmişə mənim fikrimin əksinə hərəkət edir və özünü mənim qüdrətimdən amanda görürsən. And olsun Allaha ki əgər vəliəhdlikdən imtina etsən səni güclə onu qəbul etməyə məcbur edəcəyəm. Əgər onda da qəbul etməsən səni öldürəcəyəm." İmam Riza (əleyhissəlam) məcbur olub Məmunun təklifini qəbul edərək buyurur: "Mən vəliəhdliyi bu şərtlə qəbul edərəm ki ölkə işlərində bir dənə də olsun, hökm verməyim və hakimiyyət orqanlarında da hakim təyin edib çıxartmaq hökm və fətva vermək kimi işlərə qarışmayım."
Bu xəbəri də oxu: Günəbaxan yağının faydaları
Həyata keçirilməyən vəliəhdlik məqamı
Mərv şəhərinin əhalisi hicrətin iki yüz birinci ilinin ramazan ayının orucunu tutmağa hazırlaşdığı ərəfədə, İmam Riza əleyhissəlamın vəliəhd seçilməsi xəbəri yayılmağa başlayır. Əhali bu xəbəri heyrət dolu sevinclə qarşılayır. Ramazan ayının yeddisi həftənin birinci günü Məmun öz dəstxətti ilə vəliəhd təyin edilməsi məsələsini yazır və onun arxasında da, İmam Riza (əleyhissəlam) başdan-başa işarə və eyham ilə dolu olan bir müqəddimə qeyd etdikdən sonra vəliəhd seçilməsinə razılıq verməsi barədə öz imzasını çəkir. İmam onu da qeyd edir ki bu iş heç vaxt baş tutmayacaq (həyata keçməyəcək). Sonra də həmin sənədlə əlaqədar Yəhya ibn Əksəm Abdullah ibn Tahir və Fəzl ibn Səhl kimi ölkə və ordu başçıları da, bu məsələdə şahid duraraq onu təsdiqlədilər. Ramazan ayının onuncu günü cümə axşamı təntənəli şəkildə təşkil olunmuş məclisdə camaat İmam Riza əleyhissəlama beyət etdi. Beləliklə, o Həzrət xəlifənin vəliəhdlik kürsüsünə əyləşdi. Xəlifənin əmrilə İmam əleyhissəlama tərəf beyət əli uzadan ilk şəxs Məmunun öz oğlu Abbas olmuş onun ardınca isə baş vəzir Fəzl ibn Səhl saray müftisi Yəhya ibn Əksəm ordu başçısı Abdullah ibn Tahir daha sonra isə hamılıqla məclisdə iştirak edən bütün Bəni-Abbas əyan-əşrafı o Həzrətə beyət etmişdilər. İmam Riza əleyhissəlamın vəliəhd seçilməsi təbii ki o Həzrətin dostları üçün baş ucalığı idi. Lakin İmam Riza əleyhissəlamın özü bu hadisədən çox narahat və qəmgin idi. O Həzrət bir kişinin həddən artıq çox sevindiyini gördükdə, onu öz yanına çağırıb buyurdu: "Bu işə bel bağlayıb sevinmə çünki baş tutmayacaq!"
"Şou" (Show) telekanalının aparıcısı Dilarə Göndər istefa ver
Sumqayıt şəhərində baldızını odlu silahla qətlə yetirməkdə təqsirli
Tibb tarixində nəhayət ki, 40 ildən sonra yeni molekul və yeni nəsil antib
Britaniya monarxı III Çarlz ayağındakı deşilmiş corabı ilə gündəmə g
Soyuq mövsümdə qidalanma rasionunun təxminən 40%-i ət, onunla əvəz edil�
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 251 vaksin vurulub.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 37 yeni yolux
İnsan orqanizmi üçün ən ağır, çətin aylardan biri, həkimlərə görə,
Qadın namaz qılarkən naməhrəm kişilərin gözündən uzaqda dursa daha yax
Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan
Bizim əqidəmizə əsasən, bütün ilahi peyğəmbərlər öz çağırışlar�
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, qardaş Türki
Azərbaycan öz tərəfdaşları üçün enerji tədarükünü artırmaqla həm
Qurani-Kərimdə "Tövbə" surəsinin 32-33-cü ayəsində Allah-Taala