50000 il sonra ilk Yaşıl komet Yerə yaxınlaşır


Dünya 26 Yan 2023 13:10:00 139 0

50000 il sonra ilk  Yaşıl komet Yerə yaxınlaşır

C/2022 E3 yaşıl kometi Yerə yaxınlaşır.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, C/2022 E3 yaşıl kometi Yerə ən yaxın məsafədə - Perigeydə fevralın 1-i Bakı vaxtı ilə saat 20.00 radələrində olacaq. Maksimal yaxınlaşmada Yerdən kometə qədər məsafə 42.47 milyon km təşkil edəcək. Bu zaman onu ideal müşahidə məntəqəsində bütün gecə ərzində adi gözlə şimal tərəfdə, qütb ulduzu ətrafında görmək olacaq. Bu komet yanvarın 12-də öz orbitinin periheli (Günəşə ən yaxın) nöqtəsindən keçmişdi.

C/2022 E3 kometi 2 mart 2022-ci ildə Palomar Rəsədxanasında (ABŞ) kəşf edilib. Kəşf edilən vaxt o, Günəşdən 643 milyon km məsafədə olmuşdu. Günəşdən kifayət qədər uzaqda olduğuna görə əvvəlcə onu asteroid zənn etmişdilər, heç bir halda kometə bənzəmirdi. Lakin Günəşə yaxınlaşdıqca obyekt kometə xas xüsusiyyətləri - qaz və tozdan əmələ gələn yaşılımtıl koma və quyruğu nümayiş etdirməyə başladı. Sonrakı hesablamalar göstərdi ki, komet çox dartılmış orbit üzrə hərəkət edir və onun afeli (Günəşdən ən uzaq) məsafəsi 2800 astronomik vahiddir. Bu məsafə Plutonun Günəşdən olan məsafəsindən 70 dəfə çoxdur. Bu isə onu göstərir ki, C/2022 E3 kometi milyardlarla kometin olduğu güman edilən xarici Günəş sistemi ətrafından - Oort buludundan bizə gəlib. Hesablamalar göstərib ki, yaşıl komet axırıncı dəfə 50000 il əvvəl Yer kürəsinin yaxınlığından keçib.

Günəşin ultrabənövşəyi şüalarının təsirindən iki atomlu karbon molekullarının- dikarbonun parçalanması prosesi (bu prosesə fotodissosiasiya deyilir) yaşıl işığa uyğun gələn 518 nm dalğa uzunluğunda şüalanmanın yaranması ilə müşayiət olunur. Bu səbəbdən kometin başlığı - nüvəsi yaşıl rəngdə görünür. Başqa sözlə, iki atomlu karbonun mövcud olması kometə yaşıl rəng verir. İki atomlu karbon molekulları fotodissosiasiya prosesi nəticəsində nüvədən uzaqlaşmamış parçalandığından onlar kometin quyruq hissəsinə düşə bilmirlər və ona görə quyruq yaşıllaşmır.

Bakıda gecə yenə şaxta olacaq like
  • 26 Yan 13:09  
Digərləri Bakıda gecə yenə şaxta olacaq

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutul

arrow Ətraflı
Azərbaycanda yasda dava düşdü  Üzündən bıçaqladılar like
  • 26 Yan 13:02  
Kriminal Azərbaycanda yasda dava düşdü Üzündən bıçaqladılar

Şəmkir rayonunda yas mərasimində bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Mədəniyyət Nazirliyindən Kinematoqrafçılar İttifaqındakı istefalara like
  • 26 Yan 13:01  
Kriminal Mədəniyyət Nazirliyindən Kinematoqrafçılar İttifaqındakı istefalara

Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı

arrow Ətraflı
"Rusiyada növbəti səfərbərlik dalğası bu tarixdə olacaq" like
  • 26 Yan 13:00  
Dünya "Rusiyada növbəti səfərbərlik dalğası bu tarixdə olacaq"

"Rusiyada növbəti kütləvi səfərbərlik dalğası fevralın sonuna pla

arrow Ətraflı
Prezident Xankəndi yolunda indiyədək maneəsiz keçən nəqliyyat vasitələrinin sayını açıqlayıb like
  • 26 Yan 12:52  
Siyasət Prezident Xankəndi yolunda indiyədək maneəsiz keçən nəqliyyat vasitələrinin sayını açıqlayıb

Dekabrın 12-dən etibarən 1 000-ə yaxın nəqliyyat vasitəsinin Laçın-Xank

arrow Ətraflı
Mertin Şakira ilə bağlı paylaşımı xəyanəti təsdiqlədi  FOTO like
  • 26 Yan 12:51  
Şou-biznes Mertin Şakira ilə bağlı paylaşımı xəyanəti təsdiqlədi FOTO

Türkiyəli aktyor Mert Yazıcıoğlu son paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Rusiya ilə Fransa arasında GİZLİ RAZILIQ: like
  • 26 Yan 12:50  
Siyasət Rusiya ilə Fransa arasında GİZLİ RAZILIQ:

Laçın-Xankəndi yolunda ekofəalların, QHT və vətəndaş cəmiyyəti nümay

arrow Ətraflı
“Bakı KOB evi”ndə aqrar sahə üzrə informasiyaməsləhət xidmətləri göstərilir like
  • 26 Yan 12:40  
Digərləri “Bakı KOB evi”ndə aqrar sahə üzrə informasiyaməsləhət xidmətləri göstərilir

"Bakı KOB evi"ndə sahibkarlara bir sıra dövlət qurumları, o cüm

arrow Ətraflı
Sərxoş sürücü yol polisinin başına oyun açdı  VİDEO like
  • 26 Yan 12:39  
Dünya Sərxoş sürücü yol polisinin başına oyun açdı VİDEO

Rusiyada yol polisini avtomobilinin kapotunda 200 metr sürükləyən sərxoş s

arrow Ətraflı
“Instagram”dan daha bir yenilik  VİDEO like
  • 26 Yan 12:30  
Digərləri “Instagram”dan daha bir yenilik VİDEO

Dünya miqyasında milyonlarla istifadəçiyə malik sosial media platforması &

arrow Ətraflı
Hacı Mövsümün azadlığına görə məclis keçirdi  Həbs edildi like
  • 26 Yan 12:20  
Digərləri Hacı Mövsümün azadlığına görə məclis keçirdi Həbs edildi

Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm

arrow Ətraflı
Xalq artisti xəstəxanaya yerləşdirildi like
  • 26 Yan 12:19  
Şou-biznes Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.

arrow Ətraflı
Heydər Əliyev ilə ilk görüşümüz 1997ci ildə İstanbulda olub  Emil Konstantinesku  FOTO like
  • 26 Yan 12:18  
Siyasət Heydər Əliyev ilə ilk görüşümüz 1997ci ildə İstanbulda olub Emil Konstantinesku FOTO

Heydər Əliyev iqtisadi əməkdaşlıq sahəsində qlobal əhəmiyyət qazanmı

arrow Ətraflı
"Şlyapa Zahid" ev dustaqlığına buraxılmasını istəyir  MƏHKƏMƏ like
  • 26 Yan 11:59  
Digərləri "Şlyapa Zahid" ev dustaqlığına buraxılmasını istəyir MƏHKƏMƏ

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və E

arrow Ətraflı