Rusiya ilə Fransa arasında GİZLİ RAZILIQ:


Siyasət 26 Yan 2023 12:50:00 397 0

Rusiya ilə Fransa arasında GİZLİ RAZILIQ:

Laçın-Xankəndi yolunda ekofəalların, QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin dinc aksiyasının 46-cı günüdür. Bu zaman kəsiyində baş verənləri təhlil etməyə çalışsaq görərik ki, qanunsuz istismarla məşğul olan şirkətlərin fəaliyyətinin dayandırılması, separatçılar arasında nifaqın genişlənməsi, eyni zamanda Ermənistanla Qarabağ separatçıları arasında uçurumun daha da dərinləşməsi və ictimailəşməsi məsələləri xüsusilə diqqət çəkməyə başladı.

Lakin bu müddət ərzində eyni zamanda Azərbaycanın haqlı və beynəlxalq hüququn bütün norma-prinsipləri ilə üst-üstə düşən addımları, iradları ətrafında siyasi manipulyasiya cəhdlərinin də şahidi olmaqdayıq. Bura beynəlxalq platformalarda ifadələrin təhrif olunma cəhdləri, Azərbaycana təzyiq vasitələrindən istifadə olunmaq cəhdləri və digər məkirli addımlar daxildir. 

Bütün bu əməllər nəyə hesablanıb?

Bu gün Avropa Şurası Parlament Assambleyasının Sessiya proqramına Laçın-Xankəndi yolundakı dinc aksiya ilə bağlı müzakirələr də daxil edilib. Bu məsələnin proqrama "təcili müzakirələr" adlı bəndlə daxil ediməsi diqqət çəkir. Əslində burada hər hansı bir sənədin, qətnamənin qəbulundan söhbət getmir, məsələ ətrafında müzakirələr nəzərədə tutulur. Amma diqqətçəkən məqam ondan ibarətdir ki, real olaraq Fransanın rəhbərliyi ilə Azərbaycana qarşı destruktiv bir xarici siyasətin şahidi oluruq. Ermənistan burada bir maşa kimi istifadə edilir. Bu faktın özü bir daha Ermənistanın müstəqil olmadığını, kimin üçünsə forpost, kimin üçünsə müstəmləkə funksiyasını yerinə yetirir. 

Beləcə, Avropa İttifaqı Fransanın moderatorluğu ilə Cənubi Qafqaz regionuna hər hansı bir cəhdlə daxil olmaq istəyinin şahidi oluruq. Bu faktor da Fransanın nüfuzunun yüksək olduğu beynəlxalq təşkilatlarda (Avropa Şurası, Avropa İttifaqı və s.) Azərbaycana qarşı qərəzli, ikili standartlara əsaslanan, heç bir əsası olmayan münasibətin, təzyiqlərin bundan sonra da davam edəcəyi anlamına gəlir. 

Lakin Bakının mövqeyi qətidir. Bu təzyiqlər, qərəzli münasibət Azərbaycanı geri addım atmağa məcbur edə bilməz. Rəsmi Bakı qəti sürətdə bölgəyə yad ünsürlərin öz missiyasını cəlb edərək, fəaliyyətini daimiləşdirmək kimi planlarını həyata keçirməyə imkan yaratmayacaq. Əslində Azərbaycan Fransadan bundan fərqli münasibət də gözləmirdi, amma kartların bu dərəcədə açılması da gözlənilmirdi.

Lakin Laçın-Xankəndi yolunda azərbaycanlıların dinc aksiyası ermənipərəst qüvvələrin əsl simasını daha çılaqlığı ilə ortaya qoydu. Böyük ehtimalla erməni lobbisinin daxilinə nüfuz etdiyi, pullarının qərarlarına təsir etdiyi bəzi Qərb dövlətləri və təhsisatları anladılar ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması nəyinki Ermənistanın iqtisadi və siyasi blokadasına son qoyulması ilə nəticələnəcək, eyni zamanda İrəvanı məcbur qoyacaq ki, artıq qonşuları - Türkiyə, Azərbaycanla müstəqil siyasət yürütsün. Qərbi də ən çox narahat edən məqamlardan biri məhz elə budur.

Amma bu məsələ belə görünür ki, tək Fransa və digər Avropa təhsisatlarını, qurumlarını narahat etmirmiş. Qərb ölkəsinin - Fransanın Praqa danışıqlarındakı razılaşmaları heçə sayaraq mülki missiya adı altında Bakının mövqeyi öyrənilmədən bölgəyə daxil olmasına İranın göz yumması da son proseslərin molla rejiminin ürəyincə olduğunu düşünməyə çox tutarlı əsaslar yaradır. Əslində Fransanın Ermənistandakı mövqeyinin güclənməsinin İranı narahat etməməsi gözlənilən idi. Çünki İranda teokratik molla rejiminin yaradılması və bu günə qədər qorunması elə Fransanın əməyinin məhsuludur.

Lakin ən maraqlı məqamlardan biri, Aİ-nin bu pozucu addımlarına ranla yanaşı Rusiyadan da hər hansı bir kəskin etirazın, rəsmi bəyanatların qıtlığı məsələsidir. Halbuki İran kimi Rusiya da Ermənistanın özlərinin qırmızı xətti olduğunu istər 30 illik işğal zamanı, istərsə də ondan sonrakı bir çox məqamlarda verdikləri bəyanatlar, atdıqları addımlarla dəfələrlə təsdiqləyiblər. İndi isə bu qırmızı xətt Avropa İttifaqı tərəfindən keçilir, amma Moskva da Tehran kimi ağzına su alıb, proseslərə seyirci qalmaq istəyir.

Nə baş verir?

⚫️ İran kimi Rusiya da Azərbaycanın artan gücünü tarazlamaq fikrində

⚫️ Türkiyənin Cənubi Qafqazdakı mövqeyinin daha da güclənməsinin qarşısını almaq istəyirlər

⚫️ Qərbin və ABŞ-ın yeni sanksiyalar paketi ilə üz-üzə qalan İran və Rusiya hədəf oxlarını özlərindən uzaqlaşdırmaq niyyətindədirlər

Bütün bu məsələlər deməyə əsas verir ki, Bakı və Ankaranın bölgədə, Mərkəzi Asiyada və ümumilikdə dünyada artan nüfuzu adı çəkilən dövlətlər tərəfindən həzm oluna bilmir. 

Bu addımların arxasında duran o güclər istəyirlər ki, Azərbaycan onların istədiyi kimi olsun,onlar kimi yox. Hərbi-siyasi cəhətdən dünyanın ən güclüləri sırasında yer alan Rusiya, Fransa və digərləri artıq Azərbaycanın da onlar kimi diqtə edən tərəf olaraq nüfuzunun durmadan artdığını və bu sürətlə yaxın gələcəkdə o güclərdən heçnə ilə fərqlənməyəcəyini, geri qalmayacağını artıq gördüklərindən indidən bu prosesi önləmək haqda düşünürlər. O səbəbdən də Azərbaycana qarşı manipulyasiyalar durmadan artır.

Bakını gözləri götürməyən, artan hərbi və siyasi qüdrətini həzm edə bilməyənlər arasında isə bu gün İran və Rusiyanın da olması əslində təəccüblü deyil. Çünki Rusiya uzun illər məhz Azərbaycanın mövcud olduğu regionda əsas aktorlardan biri kimi diqtəedici tərəf funksiyasını yerinə yetirirdi. Lakin 44 günlük müharibə və ardınca hələ də davam etməkdə olan Rusiya-Ukrayna savaşı regionun və qitənin ümumi geosiyasi mənzərəsini ciddi şəkildə dəyişməkdədir. 

Təhməz Əsədov Son.az

“Bakı KOB evi”ndə aqrar sahə üzrə informasiyaməsləhət xidmətləri göstərilir like
  • 26 Yan 12:40  
Digərləri “Bakı KOB evi”ndə aqrar sahə üzrə informasiyaməsləhət xidmətləri göstərilir

"Bakı KOB evi"ndə sahibkarlara bir sıra dövlət qurumları, o cüm

arrow Ətraflı
Sərxoş sürücü yol polisinin başına oyun açdı  VİDEO like
  • 26 Yan 12:39  
Dünya Sərxoş sürücü yol polisinin başına oyun açdı VİDEO

Rusiyada yol polisini avtomobilinin kapotunda 200 metr sürükləyən sərxoş s

arrow Ətraflı
“Instagram”dan daha bir yenilik  VİDEO like
  • 26 Yan 12:30  
Digərləri “Instagram”dan daha bir yenilik VİDEO

Dünya miqyasında milyonlarla istifadəçiyə malik sosial media platforması &

arrow Ətraflı
Hacı Mövsümün azadlığına görə məclis keçirdi  Həbs edildi like
  • 26 Yan 12:20  
Digərləri Hacı Mövsümün azadlığına görə məclis keçirdi Həbs edildi

Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm

arrow Ətraflı
Xalq artisti xəstəxanaya yerləşdirildi like
  • 26 Yan 12:19  
Şou-biznes Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.

arrow Ətraflı
Heydər Əliyev ilə ilk görüşümüz 1997ci ildə İstanbulda olub  Emil Konstantinesku  FOTO like
  • 26 Yan 12:18  
Siyasət Heydər Əliyev ilə ilk görüşümüz 1997ci ildə İstanbulda olub Emil Konstantinesku FOTO

Heydər Əliyev iqtisadi əməkdaşlıq sahəsində qlobal əhəmiyyət qazanmı

arrow Ətraflı
"Şlyapa Zahid" ev dustaqlığına buraxılmasını istəyir  MƏHKƏMƏ like
  • 26 Yan 11:59  
Digərləri "Şlyapa Zahid" ev dustaqlığına buraxılmasını istəyir MƏHKƏMƏ

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və E

arrow Ətraflı
“Bu sərhəd niyə açılmır”  erməni deputat Ərdoğana yalvarır like
  • 26 Yan 11:51  
Digərləri “Bu sərhəd niyə açılmır” erməni deputat Ərdoğana yalvarır

Türkiyə parlamentində Xalqların Demokratik Partiyasını (HDP) təmsil edə

arrow Ətraflı
Aygün Kazımova ad günündə vəfasızlardan oxudu  VİDEO like
  • 26 Yan 11:21  
Şou-biznes Aygün Kazımova ad günündə vəfasızlardan oxudu VİDEO

Xalq artisti Aygün Kazımova özəl günündə yenə adət-ənənəsinə sadiq

arrow Ətraflı
Naxçıvanın sabiq DİN rəhbərinin şikayəti ilə bağlı qərar... like
  • 26 Yan 11:10  
Digərləri Naxçıvanın sabiq DİN rəhbərinin şikayəti ilə bağlı qərar...

Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhm�

arrow Ətraflı
Aqrar sahədə yeni vəzifələr müəyyənləşdiriləcək like
  • 26 Yan 11:09  
Digərləri Aqrar sahədə yeni vəzifələr müəyyənləşdiriləcək

Milli Məclis dövlət orqanları ilə birlikdə aqrar sahədə yeni vəzifələ

arrow Ətraflı
Bakının bu ünvanında evlər söküləcək  Kvadratına like
  • 26 Yan 10:58  
Digərləri Bakının bu ünvanında evlər söküləcək Kvadratına

Bakının Yasamal rayonu ərazisində daha bir ərazidə fərdi evlər sökülə

arrow Ətraflı
“On dörd yaşlı Elgiz…”  FOTO like
  • 26 Yan 10:50  
Şou-biznes “On dörd yaşlı Elgiz…” FOTO

Aparıcı Elgiz Əkbər son paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
"Sülhməramlılar erməniləri Xankəndidə girov saxlayır"  Polkovnikdən maraqlı təhlil  VİDEO like
  • 26 Yan 10:39  
Digərləri "Sülhməramlılar erməniləri Xankəndidə girov saxlayır" Polkovnikdən maraqlı təhlil VİDEO

Ehtiyatda olan polkovnik Şair Ramaldanov TV Müsavat-ın canlı efirinə qoşul

arrow Ətraflı
15 erməni əsgərinin yanaraq öldüyü “hərbi hissə” Qərbi azərbaycanlının evi olub  VİDEO like
  • 26 Yan 10:38  
Digərləri 15 erməni əsgərinin yanaraq öldüyü “hərbi hissə” Qərbi azərbaycanlının evi olub VİDEO

Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölməsi ilə nəticələ

arrow Ətraflı