Heydər Əliyev ilə ilk görüşümüz 1997ci ildə İstanbulda olub Emil Konstantinesku FOTO
Siyasət 26 Yan 2023 12:18:00 365 0
Heydər Əliyev iqtisadi əməkdaşlıq sahəsində qlobal əhəmiyyət qazanmış irimiqyaslı layihələrə imza atıb.
Bu xəbəri də oxu: Paşinyan niyə Moskvaya getmədi?
Bu barədə Trend-ə Rumıniyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvü Emil Konstantinesku Trend BİA və NGBM-in birgə layihəsi olan "Heydər Əliyev irsi" layihəsi çərçivəsində deyib.
"Mənim prezident mandatım Heydər Əliyevin ölkə daxilində stabilliyə nail olaraq Azərbaycanı NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına daxil etdiyi, iqtisadi əməkdaşlıq sahəsində iki böyük layihəni başlatdığı dövrlə üst-üstə düşüb. Bu layihələr regional çərçivədən kənara çıxaraq qısa müddət ərzində qlobal əhəmiyyət qazandı. Mən TRASEKA (Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında "Avropa-Qafqaz-Asiya" nəqliyyat dəhlizinin təşkili üzrə beynəlxalq əməkdaşlıq proqramı) və İpək Yolunun Bərpası layihələrini nəzərdə tuturam. Bizim ilk görüşümüz 1997-ci ildə İstanbulda Qara dəniz biznes forumunda baş tutub. Mən orada ev sahibi, Prezident Süleyman Dəmirəlin dəvəti ilə Prezident Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə birgə iştirak edirdim. Biz tarixi İpək Yolunda nəqliyyatın bərpası üçün səylərimizi birləşdirməyi qərara aldıq", - o deyib.
E.Konstantinesku məhz bu görüşdə Prezident Heydər Əliyevin Azərbaycanla Rumıniyanı birləşdirəcək neft boru kəmərinin çəkilməsi və ABŞ ilə yanaşı ilk sənaye neft hasilatının həyata keçirilməsi ideyasını irəli sürdüyünü vurğulayıb.
"Heydər Əliyevin prezidentliyi dövründə əməkdaşlıq bizim bir neçə sammitdə birgə fəaliyyətlərimiz sayəsində möhkəmlənib. Bu, daha yaxşı dünya naminə səmimi əməkdaşlıq ruhu Nizami Gəncəvi Beynəlxalq Mərkəzini də əhatə etdi. Mərkəzdə müasir dünyanın nüfuzlu demokratik liderlərini, həmçinin Bakıda və dünyanın digər nüfuzlu şəhərlərində təşkil olunan forumlardakı elmi dairələrin görkəmli nümayəndələrini bir araya toplamaq mümkün oldu. Mən hər il bu cür tədbirlərdə iştirak edərək dərk edirdim ki, dünya mədəniyyəti bəşəriyyətə firavan gələcək verəcək", - o yekun olaraq bildirib.
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və E
Türkiyə parlamentində Xalqların Demokratik Partiyasını (HDP) təmsil edə
Xalq artisti Aygün Kazımova özəl günündə yenə adət-ənənəsinə sadiq
Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhm�
Milli Məclis dövlət orqanları ilə birlikdə aqrar sahədə yeni vəzifələ
Bakının Yasamal rayonu ərazisində daha bir ərazidə fərdi evlər sökülə
Ehtiyatda olan polkovnik Şair Ramaldanov TV Müsavat-ın canlı efirinə qoşul
Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölməsi ilə nəticələ
Azərbaycanda bir sıra süd məhsullarının qiymətlərində süni bahalaşma
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət G
"Mənim nə Kinematoqrafçılar İttifaqından xəbərim var, nə də ki, o
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından bir
Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrin maaşları Vahid Tarif C