Prezident Xankəndi yolunda indiyədək maneəsiz keçən nəqliyyat vasitələrinin sayını açıqlayıb
Siyasət 26 Yan 2023 12:52:00 278 0
Dekabrın 12-dən etibarən 1 000-ə yaxın nəqliyyat vasitəsinin Laçın-Xankəndi yolu ilə hər iki istiqamətdə keçidi təmin olunub.
Bu xəbəri də oxu: Pakistanın baş naziri təyyarə qəzası ilə bağlı başsağlığı verib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 26-da Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edərkən məlumat verib.
Dövlət başçısı son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın əsassız iddialar irəli sürdüyünü qeyd edərək, bu iddiaların tamamilə yalan və cəfəng olduğunu deyib.
Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası ötən ilin dekabrın 12-dən etibarən başlayıb.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Türkiyəli aktyor Mert Yazıcıoğlu son paylaşımı ilə diqqət çəkib.
Laçın-Xankəndi yolunda ekofəalların, QHT və vətəndaş cəmiyyəti nümay
"Bakı KOB evi"ndə sahibkarlara bir sıra dövlət qurumları, o cüm
Rusiyada yol polisini avtomobilinin kapotunda 200 metr sürükləyən sərxoş s
Dünya miqyasında milyonlarla istifadəçiyə malik sosial media platforması &
Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm
Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.
Heydər Əliyev iqtisadi əməkdaşlıq sahəsində qlobal əhəmiyyət qazanmı
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və E
Türkiyə parlamentində Xalqların Demokratik Partiyasını (HDP) təmsil edə
Xalq artisti Aygün Kazımova özəl günündə yenə adət-ənənəsinə sadiq
Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhm�
Milli Məclis dövlət orqanları ilə birlikdə aqrar sahədə yeni vəzifələ
Bakının Yasamal rayonu ərazisində daha bir ərazidə fərdi evlər sökülə