Paşinyanın avantürası: Bakının


Siyasət 26 Yan 2023 08:20:00 273 0

Paşinyanın avantürası: Bakının

Ermənistanda Avropanın və ümumiyyətlə, kollektiv Qərbin aktivləşməsi gözlənilən idi. Onlar Rusiya ətrafında yaranmış vəziyyətdən istifadə etdilər, lakin İrəvanın hərəkətlərinin nə dərəcədə balanslaşdırılmış olması sual altındadır.

Son.az axar.az-a istinadən bildirir ki, bunu erməni analitik Hermine Mxitaryan deyib.

"Qərbin fəallığı xüsusilə bir sıra rəsmilərin İrəvana səfərləri, Ermənistan rəsmilərinin qarşılıqlı səfərləri səviyyəsində özünü göstərir. Bu fonda demək olar ki, Ermənistan hakimiyyəti geosiyasi avantüraya qərar verib. Qərbin real maraqlarını və onun ani hədəflərini anlamaq lazımdır. Laçın yolu məsələsində Ermənistan hakimiyyəti məsuliyyəti yalnız Rusiya tərəfinin üzərinə qoyur. Qərb də bundan maksimum yararlanmağa çalışır və daha da fəallaşır: onlar prosesdə əsas rolu öz üzərinə götürməyə, erməni cəmiyyətinin Qərbə qarşı müsbət münasibətini formalaşdırmağa, danışıqlar prosesinin onların himayəsi altında getdiyini göstərməyə cəhd edirlər. Gürcüstanın İrəvanla Bakı arasında platforma təklifi Qərbin fəallaşması kontekstində nəzərdən keçirilməlidir. Bunun fonunda Ermənistan hakimiyyəti ölkədə və cəmiyyətdə nəzərəçarpacaq dərəcədə antirusiya əhval-ruhiyyəsini gücləndirir, Qərbi və onun təklif etdiyi prosesləri müsbət tərəfdən təqdim etməyə çalışır", - o bildirib.

Mxitaryan qeyd edib ki, burada Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Laçın yolu ətrafındakı vəziyyəti əsas gətirərək danışıqlar üçün Moskvaya getməməsi, lakin Brüsselə getməsi də diqqət çəkir:

"Nəzəri cəhətdən bu, hakimiyyətin siyasəti ola bilər ki, guya Azərbaycan Laçın yolunu açana qədər onlar heç bir formatda görüşməyəcək, danışıqlar masasına əyləşməyəcəklər. Amma biz görürük ki, bu siyasət birbaşa antirusiya əhval-ruhiyyəsinin reallaşması ilə bağlıdır. Yəni problem azərbaycanlı həmkarı ilə görüşdə deyil, Rusiyanın vasitəçiliyi ilə görüş keçirməkdədir. Ermənistan Qərbin himayəsi altında danışıqlara hazır olduğunu nümayiş etdirir".

Onun fikrincə, hakimiyyətin bu cür siyasəti və strateji tərəfdaşlarla münasibətləri kəskinləşdirməsi Ermənistanın maraqlarının heç bir halda nəzərə alınmadığı geosiyasi avantüradır:

"Üstəlik, hakimiyyətin apardığı siyasət nəticəsində respublikada təhlükəsizlik problemləri günü-gündən artır. Strateji müttəfiqlə dialoq yoxdur. Ermənistan-Rusiya münasibətləri həqiqətən böhran yaşayır. KTMT ilə bağlı rəsmi İrəvan tərəfdaşlara aydın olmayan bəyanatlar verir. Tutaq ki, Qərb Ermənistanın suverenliyinin təhlükəsizliyinin təminatçısı kimi görünür, axı bu, kifayət qədər uzun prosedurdur. Vəziyyət çox gərgindir. Əgər avropalılar Laçın yolu ilə bağlı problemi doğrudan da həll etmək istəyirlərsə, onda İrəvana niyə gəlirlər? Bu Laçın yolunun açılması ilə bağlı hansısa gizli danışıqların aparılması və ya Azərbaycan tərəfindən yeni tələblərin irəli sürülməsi ilə bağlı şübhələrə əsas verir. Və bu prosesləri qidalandıran Ermənistan hakimiyyətinin nəyi rəhbər tutduğunu məntiqlə izah etmək çətindir".

Bu il ABŞda artım cəmi like
  • 26 Yan 08:18  
Digərləri Bu il ABŞda artım cəmi

2023-cü ildə ABŞ və Avropa ölkələri öz iqtisadiyyatlarının artımında

arrow Ətraflı
Az kalorili alma cipsinin evdə hazırlanması like
  • 26 Yan 08:15  
Digərləri Az kalorili alma cipsinin evdə hazırlanması

Marketlərdə satılan keyfiyyətsiz yediyiniz cipsiləri yemək ya da uşağın

arrow Ətraflı
"IBM" 4 minə yaxın əməkdaşını like
  • 26 Yan 08:13  
Digərləri "IBM" 4 minə yaxın əməkdaşını

Texnologiya nəhəngi "IBM" 3900 əməkdaşını işdən çıxarmağa

arrow Ətraflı
Ukrayna Tiflisin bu addımından like
  • 26 Yan 08:12  
Siyasət Ukrayna Tiflisin bu addımından

Ukrayna ümid edir ki, Gürcüstan Ukraynaya silah və hərbi texnika ilə yard�

arrow Ətraflı
Qışda quruyan dərini necə qorumalı? like
  • 26 Yan 08:11  
Digərləri Qışda quruyan dərini necə qorumalı?

Təmiz və sağlam dəriyə sahib olmaq hər bir qadının istəyidir. Ancaq də

arrow Ətraflı
İrəvan seçimini etdi: Kreml xaindir like
  • 26 Yan 08:10  
Siyasət İrəvan seçimini etdi: Kreml xaindir

Rusiya və KTMT də İrəvana Ermənistan-Azərbaycan sərhədinə missiya gönd

arrow Ətraflı
ABŞın Rusiyaya yeni təyin olunmuş səfiri like
  • 26 Yan 08:08  
Siyasət ABŞın Rusiyaya yeni təyin olunmuş səfiri

ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Lin Treysi artıq Moskvadadır.

arrow Ətraflı
Körpələrdə "su zəhərlənməsi" nədir? like
  • 26 Yan 08:05  
Digərləri Körpələrdə "su zəhərlənməsi" nədir?

Yeni doğulan körpələri su ilə qidalandırmaq ölümcül nəticələr verə

arrow Ətraflı
Kanada Ukraynaya 4 "Leopard" like
  • 26 Yan 08:03  
Siyasət Kanada Ukraynaya 4 "Leopard"

Kanada 4 ədəd "Leopard 2" tankını Ukraynaya verməklə "tank

arrow Ətraflı
"Abrams"lar Krıma like
  • 26 Yan 08:02  
Siyasət "Abrams"lar Krıma

ABŞ-ın verəcəyi "Abrams" tankları çətin ki, Ukraynaya Krımı n

arrow Ətraflı
Diqqət dağınıqlığı like
  • 26 Yan 08:01  
Digərləri Diqqət dağınıqlığı

Diqqət pozğunluğu əksər hallarda uşaqlarda görünən patoloji əlamətdir

arrow Ətraflı
Talıbovun Tiflisdə 270 milyonluq imperiyası like
  • 26 Yan 08:00  
Siyasət Talıbovun Tiflisdə 270 milyonluq imperiyası

Türkiyəli biznesmen Emin Uçar Azərbaycanın Naxçıvan eksklavında sərvət

arrow Ətraflı
Mərkəzi Bank ilk dəfə dollar sata bilmədi like
  • 26 Yan 07:55  
Digərləri Mərkəzi Bank ilk dəfə dollar sata bilmədi

Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tə

arrow Ətraflı
Zəncəfilin faydaları like
  • 26 Yan 07:51  
Digərləri Zəncəfilin faydaları

Zəncəfil çoxillik bitki olub ən çox tropik ölkələrdə yetişir. Ona daha

arrow Ətraflı
Azərbaycanlı məşqçinin evində rüsvayçılıq: "Arvadı yer saldı, like
  • 26 Yan 07:45  
Digərləri Azərbaycanlı məşqçinin evində rüsvayçılıq: "Arvadı yer saldı,

"Sərhədçi" idman kompleksində kikboksinq üzrə məşqçi olmuş N

arrow Ətraflı