Bu il ABŞda artım cəmi
Digərləri 26 Yan 2023 08:18:00 295 0
2023-cü ildə ABŞ və Avropa ölkələri öz iqtisadiyyatlarının artımında kəskin ləngimə ilə üzləşəcəklər - ABŞ-da bu 0,4%, Aİ-də 0,2% artım, Böyük Britaniyanın ÜDM-i isə 0,8% azalacaq.
Bu xəbəri də oxu: Xocalıda teleqüllə inşa olunacaq – 18,4 milyon manat ayrıldı
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin "Dünyada iqtisadi vəziyyət və onun 2023-cü ildə inkişaf proqnozları" hesabatında deyilir.
"ABŞ, Aİ və digər qabaqcıl iqtisadiyyatlarda iqtisadi artım tendensiyası səngiyib və dünyanın qalan hissəsinə mənfi təsir edib. Mövcud proqnozlara görə, 2023-cü ildə ABŞ ÜDM-i cəmi 0,4% artacaq, halbuki 2022-ci ildə artım 1,8% təşkil edib. Faiz dərəcələrinin artması, real gəlirlərin azalması və ev təsərrüfatlarının ümumi iqtisadi potensialının əhəmiyyətli dərəcədə azalması səbəbindən istehlakın azalması gözlənilir", - deyə hesabatda bildirilir.
Hesabatda həmçinin qeyd edilir ki, "ipoteka faizlərinin artması və tikinti xərcləri mənzil bazarına ağır təsir göstərməkdə davam edəcək, bu səbəbdən yaşayış daşınmaz əmlakına uzunmüddətli investisiyaların daha da azalması gözlənilir".
Aİ ölkələrində iqtisadi artım, BMT-nin proqnozuna görə, 2023-cü ildə cəmi 0,2% olacaq ki, bu da dünya təşkilatının hesablamalarına görə 3,3% təşkil edən 2022-ci ildəki artımdan əhəmiyyətli dərəcədə aşağıdır.
Marketlərdə satılan keyfiyyətsiz yediyiniz cipsiləri yemək ya da uşağın
Ukrayna ümid edir ki, Gürcüstan Ukraynaya silah və hərbi texnika ilə yard�
Təmiz və sağlam dəriyə sahib olmaq hər bir qadının istəyidir. Ancaq də
Rusiya və KTMT də İrəvana Ermənistan-Azərbaycan sərhədinə missiya gönd
ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Lin Treysi artıq Moskvadadır.
Yeni doğulan körpələri su ilə qidalandırmaq ölümcül nəticələr verə
Türkiyəli biznesmen Emin Uçar Azərbaycanın Naxçıvan eksklavında sərvət
Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tə
Zəncəfil çoxillik bitki olub ən çox tropik ölkələrdə yetişir. Ona daha
"Sərhədçi" idman kompleksində kikboksinq üzrə məşqçi olmuş N
Qırmızı, acı bibər (Capsicum frutescens) haqqında ümumi məlumat Qırmı