Böyük bir bəlanın başlanğıcı
Siyasət 24 Yan 2023 11:24:00 455 0
Avropa Şurasının prezidenti Şarl Mişel İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində bildirib ki, yaxın iki-üç həftə Ukraynadakı münaqişə üçün həlledici olacaq.
Bu xəbəri də oxu: Laçın və Qubadlıda su anbarları tikiləcək
Son.az bununla bağlı yerli və xarici ekspertlərin fikrini öyrənib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi ekspert Aqil Rüstəmzadə açıqlamasında bildirib:
"Hər dəfə belə açıqlamalardan sonra müəyyən qarışıq proseslərin şahidi oluruq. Bu cür bəyanartları təhlil etmək üçün bir xeyli vaxt lazımdır.
Onu deyə bilərəm ki, həm Rusiya, həm də Ukrayna tərəfi bu müharibədən artıq xeyli yorulub. Bu müharibə bir ay da davam etsə, daha qeyri-adi nəsə gözləmək olmur. Çünki qitənin yarısı artıq bu müharibənin içindədir.
Bu mənada Şarl Mişel haqlıdır. Nəzərə alsaq ki, Rusiyanın böyük bir canlı qüvvə ilə Ukraynaya hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatları dolaşır, demək ki, dünya qarşıdakı iki-üç həftənin Rusiya-Ukrayna münaqişəsi üçün həlledici olacağına şahid ola bilər. Bundan sonra bu müharibədə artıq hər gün həlledicidir".
Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadzenin Son.az-a Şarl Mişelin Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərhini təqdim edirik:
"Şarl Mişel tamamilə haqlıdır. Əlbəttə ki, növbəti iki-üç həftə əvvəlki iki-üç həftə kimi vacib olacaq və bundan sonrakı günlər və həftələr müharibənin sonuna qədər vacib olacaq.
Mişelin birdən-birə belə şərh verməsi təəccübləndirə bilər. Düşünürəm ki, proseslər səsləndiyindən daha asandır. "Ramştein" sammiti silah təchizatı, sanksiyalar və müharibə ilə bağlı konkret qərarların verilməsi baxımından olduqca vacib danışıqlar məkanına çevrilib.
Müharibənin sonrakı gedişi - təkcə hərbi savaş yox, bura informasiya müharibəsi də daxildir - bununla konkret məşğul olan işçi qrupların nə qədər effektiv olmasından və bu həllərin yerdə nə qədər tez həyata keçiriləcəyindən çox asılıdır. Bu mənada, növbəti iki-üç həftə həqiqətən çox vacib olacaq. Almaniya artıq üçüncü ölkələrdən "Bəbir"lərin (tank) tədarükünə mane olmayacağını bildirib. Hələ ki söhbət Polşadan gedir, amma bu, eyni zamanda böyük bir bəlanın başlanğıcıdır".
Təhməz Əsədov Son.az
İxtisas seçimi abituriyentlər arasında ən çox müzakirə olunan və demək
Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlə
Paris Moda Həftəsi çərçivəsində keçirilən "Schiaparelli" bren
Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor İbrahimov (Fətişo�
Pəncərələri sınıb, divarları eroziyaya uğrayıb. Sumqayıtda 73 ilin bin
Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar icazələrin alınm
"Ruben Vardanyan Rusiya Prezidenti Vladimir Putinin faktiki olaraq Qarabağ
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərlərində
"Çox heyf, səndən heyf... Amma bu yazılmış yazı idi, buna pozu yox i
Məlumat verdiyimiz kimi bütün növ Birbank (həmçinin BirKart) kart sahiblə
Rusiyalı milyarder Ruben Vardanyan BBC-nin "Hard Talk" proqramına m�
"Özünü demokratik adlandıran bir ölkədə - Fransada polisin dəyənə
Çexiya Azərbaycanın nəqliyyat əlaqələri və enerji sektorlarında öz mö