Vardanyan müharibə istəyir


Siyasət 24 Yan 2023 10:19:00 80 0

Vardanyan müharibə istəyir

Rusiyalı milyarder Ruben Vardanyan BBC-nin "Hard Talk" proqramına müsahibəsində müxtəlif sualları cavablandırmaq və ya susmaq məcburiyyətində qalıb.

Son.az Trend-ə istinadən bildirir ki, müsahibə zamanı Vardanyan bir çox suallara təxribatçı, yalan dolu cavablar verməyə çalışıb. Bəzi məqamlarda isə özünü ifşa da edib.

Məsələn, aparıcının Ukraynadakı hadisələrlə bağlı sualına cavab verməkdən yayınaraq yenə də ermənilərin "humanitar fəlakəti" haqqında cəfəng danışmağa başlayıb.

Verlişin aparıcısı, jurnalist Stiven Sakur suallarla Vardanyanın Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi (OCCRP) araşdırmasında biznes əlaqələrinin şəffaf olmaması, çirkli yolla milyardlıq varidat əldə etməsinə işarə edir, ondan niyə birdən-birə Rusiya vətəndaşlığından imtina edib, Xankəndiyə gəlməsinin və yaxud göndərilməsinin səbəbini soruşur.

Jurnalist qeyd edir ki, erməni icması ya Azərbaycanla danışıqlara getməli, ya da Qarabağdan çıxmalıdır və s.

Diqqət çəkən digər vacib məqam isə Vardanyanın dəfələrlə "biz axıra kimi müdafiə olunacağıq", "biz Azərbaycanla birlikdə yaşamayacağıq" və s. revanşist fikirləri səsləndirməsidir.

Qarabağın erməni sakinləri arasında Vardanyana qarşı ciddi etirazların olduğu məlumdur. Hətta bu barədə BBC telekanalının aparıcısı da veriliş zamanı Vardanyana birbaşa suallar verir.

Bir sıra ermənilər düşünür ki, Vardanyan gəlməmişdən əvvəl vəziyyət daha stabil, daha ürəkaçan idi.

Vardanyanın müxtəlif maraqlara xidmət etməsi yerli ermənilər tərəfindən də birmənalı qarşılanmır. Ruben hər vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışır. Azərbaycanlı mütəxəssislər monitorinq məqsədilə əraziyə gələndə də Vardanyan Rusiya sülhməramlıları ilə birləşərək vəziyyəti gərginləşdirməyə nail oldu.

Dinc azərbaycanlı eko-fəalların aksiyasını isə həm daxili auditoriyaya, həm də xaricə "blokada" kimi qələmə verməyə çalışır.

Bəs məqsəd nədir? Vardanyan nəyə nail olmağa çalışır.

Ruben Vardanyanın BBC efirində suallara cavabları onu deməyə əsas verir ki, məqsəd ermənilər arasında revanşist meyilləri alovlandırmaqdır.

Vardanyan deyir ki, "biz axıra kimi müdafiə olunacağıq". Sual çıxır ortaya ki, kimdən və ya nədən müdafiə olunacaq? Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır.

Bəs, Vardanyan kimi kimdən müdafiə edir?! Əlbəttə ki, Vardanyanın əsas məqsədi ermənilər arasında revanşist meyilləri gücləndirmək, onlarda Azərbaycana qarşı nifrət aşılamaq və yeni hərbi təxribatlara, hətta müharibəyə hazırlamaqdır.

Son.az 

Şagird müəllimi döydü, like
  • 24 Yan 10:09  
Dünya Şagird müəllimi döydü,

Qüds bölgəsindəki Əbu Qoş qəsəbəsindəki orta məktəbin şagirdi müə

arrow Ətraflı
Çexiya Azərbaycanın nəqliyyatenerji sektorunda iştirakını genişləndirməyə çalışır like
  • 24 Yan 10:06  
Siyasət Çexiya Azərbaycanın nəqliyyatenerji sektorunda iştirakını genişləndirməyə çalışır

Çexiya Azərbaycanın nəqliyyat əlaqələri və enerji sektorlarında öz mö

arrow Ətraflı
“Meyxana hara, İran hara?” like
  • 24 Yan 10:03  
Şou-biznes “Meyxana hara, İran hara?”

Ağamirzə Məmmədov millət vəkili Sahib Alıyevin meyxana ilə bağlı qalma

arrow Ətraflı
Niyə “Vardanyan layihəsi” like
  • 24 Yan 09:56  
Siyasət Niyə “Vardanyan layihəsi”

Suala cavab vermək üçün "Qisas əməliyyatından" sonra İrəvan-B

arrow Ətraflı
Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı like
  • 24 Yan 09:50  
Digərləri Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı

Vergi borcu olanlar da hesab aça biləcəklər.

arrow Ətraflı
81 yaşlı sənətçi estetik əməliyyat etdirib tanınmaz oldu like
  • 24 Yan 09:48  
Şou-biznes 81 yaşlı sənətçi estetik əməliyyat etdirib tanınmaz oldu

Türkiyənin məşhur xalq musiqisi sənətçisi Bedia Akartürk plastik əməli

arrow Ətraflı
Rəsmi Bakıdan Aİnin Ermənistanda missiya yaratmasına like
  • 24 Yan 09:42  
Siyasət Rəsmi Bakıdan Aİnin Ermənistanda missiya yaratmasına

"Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizm

arrow Ətraflı
"Röyal Tünzalənin əşyalarına toxunmağa qoymur" like
  • 24 Yan 09:38  
Şou-biznes "Röyal Tünzalənin əşyalarına toxunmağa qoymur"

Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva onun həyat y

arrow Ətraflı
Bakıda mağazaya silahlı basqın edilib like
  • 24 Yan 09:32  
Kriminal Bakıda mağazaya silahlı basqın edilib

Bakıda mağazaya silahlı basqın edilib.

arrow Ətraflı
İstanbulda erməni kilsəsində yanğın like
  • 24 Yan 09:28  
Dünya İstanbulda erməni kilsəsində yanğın

İstanbulda erməni katolik kilsəsində yanğın baş verib.

arrow Ətraflı
Xankəndidən Laçın istiqamətinə BQXKnın 6 minik avtomobili keçib like
  • 24 Yan 09:24  
Siyasət Xankəndidən Laçın istiqamətinə BQXKnın 6 minik avtomobili keçib

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Kom

arrow Ətraflı
Osteoartrit xəstəliyi nədir? like
  • 24 Yan 08:59  
Digərləri Osteoartrit xəstəliyi nədir?

Osteoartrit, xalq arasında bilinən adı ilə daşlaşma, oynaqlarda qığırda

arrow Ətraflı
Ukrayna "Abrams"a göz dikib like
  • 24 Yan 08:58  
Siyasət Ukrayna "Abrams"a göz dikib

Ukrayna "Patriot" zenit-raket komplekslərinin çatdırılmasını gö

arrow Ətraflı
Qaxotu (adi dazı, qoyunqıran) faydaları like
  • 24 Yan 08:55  
Digərləri Qaxotu (adi dazı, qoyunqıran) faydaları

Qaxotu barədə çoxlu söyləntilər var. Onun pis qüvvələri yetişdiyi böl

arrow Ətraflı