Jurnalistrejissor: "Özünü demokratik adlandıran Fransada polisin dəyənəkdən istifadəsi yolverilməzdir"


Siyasət 24 Yan 2023 10:14:00 189 0

Jurnalistrejissor: "Özünü demokratik adlandıran Fransada polisin dəyənəkdən istifadəsi yolverilməzdir"

"Özünü demokratik adlandıran bir ölkədə - Fransada polisin dəyənəkdən istifadə etməsi yolverilməzdir".

Son.az bildirir ki, bunu "Report"a açıqlamasında ölkənin "Musulmansenfrance" portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brən (Jean-Michel Brun) bildirib.

"Fransa hökuməti əhalinin çoxsaylı etirazlarını nəzərə almayacağını bir daha elan etdi", - jurnalist vurğulayıb.

Onun sözlərinə görə, polis zorakılığı Fransada təkrar-təkrar baş verən problemlərdən birinə çevrilib:

"Keçən həftə sülh şəraitində etiraz aksiyası keçirən əhaliyə qarşı polis növbəti dəfə dəyənəklərdən istifadə etdi. Polis dəyənəyi nəticəsində yaralanaraq təcili surətdə əməliyyat olunan bir şəxs artıq məhkəməyə müraciət edib. 2020-ci ildəki etiraz aksiyaları zamanı da Fransa polisi zorakılıq aktları nümayiş etdirmişdi. O zaman ölkə prezidenti Emmanuel Makron və daxili işlər naziri polis zorakılığını nümayiş etdirən videoların sosial şəbəkələrdə geniş surətdə yayıldığını gördükdən bu hala reaksiya vermişdilər. Onlar belə halların bir daha baş verməməsi üçün müvafiq tədbirlər görəcəklərinə söz vermişdilər. Lakin təəssüflər olsun ki, bu hallara son qoyulmayıb. Özünü demokratik adlandıran bir ölkədə polisin dəyənəkdən istifadə etməsi yolverilməzdir".

Jurnalist bildirib ki, Emmanuel Makron əhalinin istəyinin ziddinə gedərək seçkiqabağı kampaniyasındakı proqramını hər vasitə ilə həyata keçirməyə çalışır:

"Yanvarın 19-da Fransa əhalisinin təqaüd sistemindəki dəyişikliklərə etirazlarını bildirmək üçün ölkənin böyük şəhərləri olan Paris, Marsel və Lionda təşkil olunmuş nümayişlərdə etirazçıların sayı bir milyon yarımı ötüb. Etiraz aksiyalarında xüsusilə nəqliyyat işçiləri, təhsil işçiləri, enerji sahəsində çalışanlar böyük fəallıq göstərdilər. Ölkə prezidenti Emmanuel Makron bu çoxsaylı etirazlara baxmayaraq seçkilər zamanı təqdim etdiyi proqramını həyata keçirəcəyini, təqaüd sistemində nəzərdə tutulmuş dəyişiklikləri həyata keçirəcəyini bir daha təsdiq etdi. Unutmayaq ki, Emmanuel Makron prezident seçkilərinin səhərisi vətəndaşların çoxsaylı səslərini toplamasını seçkiqabağı kampaniya zamanı təqdim etdiyi proqramının olmadığını boynuna alaraq, əskinə, ekstremist sağçıların hakimiyyətə gəlməsinə mane olmaq üçün seçildiyi faktını qəbul etmişdi. Bu gün ölkə prezidentinin seçkiqabağı kampaniyasındakı proqramını hər vasitə ilə həyata keçirməyə çalışması antidemokratik siyasət yürütdüyünü göstərir".

Son.az 

Şagird müəllimi döydü, like
  • 24 Yan 10:09  
Dünya Şagird müəllimi döydü,

Qüds bölgəsindəki Əbu Qoş qəsəbəsindəki orta məktəbin şagirdi müə

arrow Ətraflı
Çexiya Azərbaycanın nəqliyyatenerji sektorunda iştirakını genişləndirməyə çalışır like
  • 24 Yan 10:06  
Siyasət Çexiya Azərbaycanın nəqliyyatenerji sektorunda iştirakını genişləndirməyə çalışır

Çexiya Azərbaycanın nəqliyyat əlaqələri və enerji sektorlarında öz mö

arrow Ətraflı
“Meyxana hara, İran hara?” like
  • 24 Yan 10:03  
Şou-biznes “Meyxana hara, İran hara?”

Ağamirzə Məmmədov millət vəkili Sahib Alıyevin meyxana ilə bağlı qalma

arrow Ətraflı
Niyə “Vardanyan layihəsi” like
  • 24 Yan 09:56  
Siyasət Niyə “Vardanyan layihəsi”

Suala cavab vermək üçün "Qisas əməliyyatından" sonra İrəvan-B

arrow Ətraflı
Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı like
  • 24 Yan 09:50  
Digərləri Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı

Vergi borcu olanlar da hesab aça biləcəklər.

arrow Ətraflı
81 yaşlı sənətçi estetik əməliyyat etdirib tanınmaz oldu like
  • 24 Yan 09:48  
Şou-biznes 81 yaşlı sənətçi estetik əməliyyat etdirib tanınmaz oldu

Türkiyənin məşhur xalq musiqisi sənətçisi Bedia Akartürk plastik əməli

arrow Ətraflı
Rəsmi Bakıdan Aİnin Ermənistanda missiya yaratmasına like
  • 24 Yan 09:42  
Siyasət Rəsmi Bakıdan Aİnin Ermənistanda missiya yaratmasına

"Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizm

arrow Ətraflı
"Röyal Tünzalənin əşyalarına toxunmağa qoymur" like
  • 24 Yan 09:38  
Şou-biznes "Röyal Tünzalənin əşyalarına toxunmağa qoymur"

Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva onun həyat y

arrow Ətraflı
Bakıda mağazaya silahlı basqın edilib like
  • 24 Yan 09:32  
Kriminal Bakıda mağazaya silahlı basqın edilib

Bakıda mağazaya silahlı basqın edilib.

arrow Ətraflı
İstanbulda erməni kilsəsində yanğın like
  • 24 Yan 09:28  
Dünya İstanbulda erməni kilsəsində yanğın

İstanbulda erməni katolik kilsəsində yanğın baş verib.

arrow Ətraflı
Xankəndidən Laçın istiqamətinə BQXKnın 6 minik avtomobili keçib like
  • 24 Yan 09:24  
Siyasət Xankəndidən Laçın istiqamətinə BQXKnın 6 minik avtomobili keçib

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Kom

arrow Ətraflı
Osteoartrit xəstəliyi nədir? like
  • 24 Yan 08:59  
Digərləri Osteoartrit xəstəliyi nədir?

Osteoartrit, xalq arasında bilinən adı ilə daşlaşma, oynaqlarda qığırda

arrow Ətraflı
Ukrayna "Abrams"a göz dikib like
  • 24 Yan 08:58  
Siyasət Ukrayna "Abrams"a göz dikib

Ukrayna "Patriot" zenit-raket komplekslərinin çatdırılmasını gö

arrow Ətraflı
Qaxotu (adi dazı, qoyunqıran) faydaları like
  • 24 Yan 08:55  
Digərləri Qaxotu (adi dazı, qoyunqıran) faydaları

Qaxotu barədə çoxlu söyləntilər var. Onun pis qüvvələri yetişdiyi böl

arrow Ətraflı
Moldova ordusunun bütün poliqonlarında like
  • 24 Yan 08:54  
Siyasət Moldova ordusunun bütün poliqonlarında

Moldovada Milli Ordunun bütün poliqonlarında 400-dən çox əsgərin iştirak

arrow Ətraflı