Rəsmi Bakıdan Aİnin Ermənistanda missiya yaratmasına


Siyasət 24 Yan 2023 09:42:00 78 0

Rəsmi Bakıdan Aİnin Ermənistanda missiya yaratmasına

"Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir".

Son.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarına dair şərhində əksini tapıb.

Qeyd olunub ki, Azərbaycan, Aİ Şurasının Ermənistanda Aİ-nin mülki missiyasının yaradılması ilə bağlı qəbul etdiyi qərarı qeydə alır.

Bildirilib ki, belə bir fəaliyyətin, sırf ikitərəfli əsasda həyata keçirilməli olan sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməməli olduğuna dair öz qəti mövqeyimizdə qalırıq.

"Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.

Azərbaycan tərəfi, Aİ missiyasının fəaliyyətə başlaması ilə bağlı müzakirələr prosesində keçmiş təcrübədən irəli gələn lazımi dərslərin çıxarılmasına maksimum diqqət yetiriləcəyini gözləyir.

Aİ-nin Ermənistan ərazisində monitorinq fəaliyyəti 6 oktyabr 2022-ci il tarixində Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının yerləşməsi ilə başlayıb. Azərbaycan, normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq, bu fəaliyyətin həyata keçirilməsinə razılıq verib.

İki aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılaşdırılılmasına baxmayaraq, bəzi Aİ üzv dövlətlərinin qərəzli yanaşma sərgiləməsindən sonra monitorinq missiyasının fəaliyyəti Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyi müşayiət olundu. Bu da öz növbəsində, Aİ çərçivəsində qərar qəbuletmə prosesini etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada təsir etdi.

Əslində isə, Aİ-nin Ermənistanda monitorinq missiyasının mövcudluğu Ermənistan tərəfindən hər üç istiqamətdə normallaşma prosesini pozmaq cəhdlərinin artması, o cümlədən Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşünə əsassız ittihamlarla zərbə vurulması ilə üst-üstə düşdü. Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı.

Azərbaycan, Aİ-nin Ermənistanda iki aylıq mülki missiyasının başa çatmasından sonra burada fəaliyyətini davam etdirmək marağında olmasını nəzərə alaraq, Aİ ilə məsləhətləşmələr zamanı xoş niyyətlə çıxış edib, habelə öz mövqeyini, gözləntilərini, narahatlıqlarını aydın və şəffaf şəkildə qarşı tərəfə çatdırıb.

Azərbaycan tərəfindən Aİ nümayəndələri ilə müxtəlif səviyyələrdə keçirilmiş bir sıra məsləhətləşmələrdə Aİ-nin Ermənistanda missiyasının mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsinin zəruriliyi bildirilib", - XİN-dən bildirilib.

Son.az 

"Röyal Tünzalənin əşyalarına toxunmağa qoymur" like
  • 24 Yan 09:38  
Şou-biznes "Röyal Tünzalənin əşyalarına toxunmağa qoymur"

Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva onun həyat y

arrow Ətraflı
Bakıda mağazaya silahlı basqın edilib like
  • 24 Yan 09:32  
Kriminal Bakıda mağazaya silahlı basqın edilib

Bakıda mağazaya silahlı basqın edilib.

arrow Ətraflı
İstanbulda erməni kilsəsində yanğın like
  • 24 Yan 09:28  
Dünya İstanbulda erməni kilsəsində yanğın

İstanbulda erməni katolik kilsəsində yanğın baş verib.

arrow Ətraflı
Xankəndidən Laçın istiqamətinə BQXKnın 6 minik avtomobili keçib like
  • 24 Yan 09:24  
Siyasət Xankəndidən Laçın istiqamətinə BQXKnın 6 minik avtomobili keçib

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Kom

arrow Ətraflı
Osteoartrit xəstəliyi nədir? like
  • 24 Yan 08:59  
Digərləri Osteoartrit xəstəliyi nədir?

Osteoartrit, xalq arasında bilinən adı ilə daşlaşma, oynaqlarda qığırda

arrow Ətraflı
Ukrayna "Abrams"a göz dikib like
  • 24 Yan 08:58  
Siyasət Ukrayna "Abrams"a göz dikib

Ukrayna "Patriot" zenit-raket komplekslərinin çatdırılmasını gö

arrow Ətraflı
Qaxotu (adi dazı, qoyunqıran) faydaları like
  • 24 Yan 08:55  
Digərləri Qaxotu (adi dazı, qoyunqıran) faydaları

Qaxotu barədə çoxlu söyləntilər var. Onun pis qüvvələri yetişdiyi böl

arrow Ətraflı
Moldova ordusunun bütün poliqonlarında like
  • 24 Yan 08:54  
Siyasət Moldova ordusunun bütün poliqonlarında

Moldovada Milli Ordunun bütün poliqonlarında 400-dən çox əsgərin iştirak

arrow Ətraflı
Kilsə arxiyepiskopu Quranı yandırır, diplomatik etirazlar səslənir, like
  • 24 Yan 08:52  
Siyasət Kilsə arxiyepiskopu Quranı yandırır, diplomatik etirazlar səslənir,

Dünyanın bir sıra ölkələri və təşkilatları İsveçin paytaxtı Stokhol

arrow Ətraflı
Şəkər tozu və duzun evdəki bilinməyən faydaları like
  • 24 Yan 08:51  
Digərləri Şəkər tozu və duzun evdəki bilinməyən faydaları

Duz və şəkər haqqında öyrənilənlər onları süfrəmizdən uzaqlaşdırm

arrow Ətraflı
ABŞdə atışma, ölən like
  • 24 Yan 08:50  
Dünya ABŞdə atışma, ölən

ABŞ-nin Ayova ştatında məktəbdə atışma olub.

arrow Ətraflı
Ukrayna bu müharibədə qalib gəlməlidir like
  • 24 Yan 08:48  
Siyasət Ukrayna bu müharibədə qalib gəlməlidir

Ukraynanın Avropa Birliyi büdcəsindən hərbi dəstəyi 3,6 milyard avroya ç

arrow Ətraflı
Çobanyastığı haqqında bilmədikləriniz like
  • 24 Yan 08:46  
Digərləri Çobanyastığı haqqında bilmədikləriniz

Bu ot bitkisi Astrakimilər (Mürəkkəbçiçəklər) sinfinə daxildir. Xalq ar

arrow Ətraflı
Pakistanda partlayış baş verib, bir hərbçi like
  • 24 Yan 08:44  
Dünya Pakistanda partlayış baş verib, bir hərbçi

Pakistanın şimal-qərbindəki Bannu rayonunda partlayış baş verib, bir hər

arrow Ətraflı
İstanbulda Ukrayna ilə bağlı like
  • 24 Yan 08:28  
Siyasət İstanbulda Ukrayna ilə bağlı

Avropa İttifaqının Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus

arrow Ətraflı