Qaxotu (adi dazı, qoyunqıran) faydaları


Digərləri 24 Yan 2023 08:55:00 200 0

Qaxotu (adi dazı, qoyunqıran) faydaları

Qaxotu barədə çoxlu söyləntilər var. Onun pis qüvvələri yetişdiyi bölgədən uzaqlaşdırması, səmadan quşlar tərəfindən yerə enməsi barədə çoxlu əfsanələr var. Qaxotu 1 metr hündürlüyə qədər böyüyə bilən, sərt köklü olan bitkidir. Onun yarpaqları orta ölçüdə uzunsov, çiçəkləri isə sarı rəngdə olur. Qaxotunun çiçəkləri tək və ya bir neçəsi yan-yana olaraq aça bilir. Çiçəkləri xırda ulduz formasında, başlıqlı olur. Qaxotunun toxumları qapalı, içərisində bir-neçə toxumdan ibarət olur. Qaxotu əsasən Yer kürəsinin şimal yarımqütbünün hər tərəfində yabanı şəkildə yetişir. Ona demək olar ki, bütün MDB ölkələrində, Aralıq dənizi bölgələrində rast gəlmək mümkündür. Qaxotunun müxtəlif növləri var. O ən çox boş sahələrdə, çəmənliklərdə, adi yolların kənarlarında bitir. Bu bitki yanlız toxum vasitəsilə artır. Onun toxumları öz dibinə düşür və yetişərək çoxalır. Qaxotunun ömrü 5-7 ildir. O tozlanmada yaxından iştirak edən bitkilərdəndir. Qaxotunun bəzi özünəməxsus xüsusiyyətləri var: * o gözəl çəmən bitkisidir və quru sahələrdə bitə bilir * qaxotu yabanı bitkidir və istədiyi məkanda yetişə bilir * qaxotu soyuğa və istiliyə davamlı çoxillik bitkidir. * Qədim zamanlarda onu papağın kənarına tikirlərmiş, ayaqqabını içərisində gizlədərlərmiş. Bununla da insanlar özlərini bəd nəzərlərdən qoruyacaqlarına inanarmışlar. Qaxotunun iyun-avqust aylarında yığırlar. Adətən yığım zamanı bitki torpaqdan kökündən çıxarılır, təmizlənir, qurudulur. Qaxotunun il ərzində bir-neçə dəfə də yığmaq olur. Bu zaman əvvəlcə onun üst hissəsində əmələ gələn budaqlarını bıçaqla kəsib götürürlər. Bu zaman ən azı 25 sm uzunluğunda olan hissəni çiçəkləri və yarpaqları ilə birgə kəsirlər. Sonra yerdə qalan gövdədən qaxotu qol-budaq atır və daha da çoxalıb böyüyür. Qaxotu (adi dazı, qoyunqıran)nın Tərkibi Tibbdə qaxotunun yarpaqlarından və cavan zoğlarından istifadə edirlər. Onun kimyəvi tərkibi tokoferoldan, flavonidlərdən, efir yağlarından, qliserindən, dubil maddələrdən, P, PP, C, A vitaminlərindən, makro və mikro elementlərdən, nikotin turşusundan, azulendən, şəkərdən ibarətdir. Qaxotunun tərkibində kversetin, hiperozid, kversitrin, izokversitrin, rutin, hiperisinol, karotin və fitonsidlər də var. Qaxotunun kökündən sümük vərəmi və dizenteriyada geniş istifadə olunur. Qaxotu (adi dazı, qoyunqıran)nın Xeyri Qaxotu insan orqanizmi üçün faydalı, heyvanlar üçün isə təhlükəli bitki hesab edilir. Qədim zamanlara Rusiyada bu bitkinin dəmləməsini uzun ömürlü və sağlam yaşamaq üçün içiblər. Xroniki yorğunluqdan şikayətləri olan adamlar üçün də bu dəmləmədən bir-çox Avropa ölkələrində istifadə edilib. Orduda olan əsgərlərin uzun məsafələrə yürüyüş etdiyi zamanlarda da qaxotundan istifadə edilib. Qaxotu baş ağrılarını aradan qaldırır və maddlər mübdiləsini yaxşılaşdırır. Qaxotu enterit, xroniki qastrit, kolit, xroniki pielonefrit, diareya, kataral angina, trofik yaralar, stomatit, yanıqlar, paradontoz, qinqvit, vaginit, irinli otit, mastit, dəri səpgiləri, anemiya, sarılıq, babasil, miqren, öskürək və təzyiq zamanı xəstəliklərin əlamətlərini azaldır və sağalmasına yardım edir. Qaxotu çayı mədə-bağırsaq funksiyasını yaxşılaşdırır, daxili sekresiya vəzilərinin fəaliyyətini stimulyasiya edir. Xalq təbabətində istifadə qaydası: * 10 qram xırdalanmış qaxotunu 200 ml qaynar suya salıb su hamamında 15 dəqiqə dəmləmək və yeməkdən 20 dəqiqə əvvəl içmək lazımdır. Müalicə 2 gün aparılır. Gün ərzində 3 dəfə, hər dəfə 1/3 stəkan içilməlidir. * 1 xörək qaşığı quru qaxotunu 1 stəkan qaynar suya salıb, üstünü qalın örtərək yarım saat gözlədikdən sonra ağız boşluğnu yaxaladıqda ağız boşluğu xəstəliklərindən qurtarmaq mümkün olur. Dəmləmə boğaz iltihbı və ağrısı zamanı da çox faydalıdır. * 3 xörək qaşığı qaxotu çiçəklərini 20 qram kətan və ya günəbaxan yağına qatıb 14 gün qaranlıqda saxlamaqla yağını əldə eləmək olur. Qaxotu dəmləməsi ilə üzün dərisini sildikdə dəridə olan sızanaqlar sağalır Qaxotu (adi dazı, qoyunqıran)nın Ziyanı Hamilələrə və yüksək təzyiqdən əziyyət çəkənlərə qaxotu dəmləmələrindən istifadə etmək olmaz. Qaxotu dəmləməsini uzun müddət içmək olmaz. Bu qaraciyər ağrılarına, məxmərəyə bənzər səpgilərə və ağızda pis dadın olmasına səbəb ola bilir. Kişilər uzun müddət qaxotu dəmləməsi içdikləri zaman onlarda müvəqqəti cinsi zəiflik meydana gələ bilir. Çoxlu miqdarda qaxotu dəmləməsi içmək dərinin ultrabənövşəyi şüalara qarşı olan həssaslığını artırır. Tünd dəmlənmiş qaxotu çayı mədə ağrılarına səbəb ola bilir.

Moldova ordusunun bütün poliqonlarında like
  • 24 Yan 08:54  
Siyasət Moldova ordusunun bütün poliqonlarında

Moldovada Milli Ordunun bütün poliqonlarında 400-dən çox əsgərin iştirak

arrow Ətraflı
Kilsə arxiyepiskopu Quranı yandırır, diplomatik etirazlar səslənir, like
  • 24 Yan 08:52  
Siyasət Kilsə arxiyepiskopu Quranı yandırır, diplomatik etirazlar səslənir,

Dünyanın bir sıra ölkələri və təşkilatları İsveçin paytaxtı Stokhol

arrow Ətraflı
Şəkər tozu və duzun evdəki bilinməyən faydaları like
  • 24 Yan 08:51  
Digərləri Şəkər tozu və duzun evdəki bilinməyən faydaları

Duz və şəkər haqqında öyrənilənlər onları süfrəmizdən uzaqlaşdırm

arrow Ətraflı
ABŞdə atışma, ölən like
  • 24 Yan 08:50  
Dünya ABŞdə atışma, ölən

ABŞ-nin Ayova ştatında məktəbdə atışma olub.

arrow Ətraflı
Ukrayna bu müharibədə qalib gəlməlidir like
  • 24 Yan 08:48  
Siyasət Ukrayna bu müharibədə qalib gəlməlidir

Ukraynanın Avropa Birliyi büdcəsindən hərbi dəstəyi 3,6 milyard avroya ç

arrow Ətraflı
Çobanyastığı haqqında bilmədikləriniz like
  • 24 Yan 08:46  
Digərləri Çobanyastığı haqqında bilmədikləriniz

Bu ot bitkisi Astrakimilər (Mürəkkəbçiçəklər) sinfinə daxildir. Xalq ar

arrow Ətraflı
Pakistanda partlayış baş verib, bir hərbçi like
  • 24 Yan 08:44  
Dünya Pakistanda partlayış baş verib, bir hərbçi

Pakistanın şimal-qərbindəki Bannu rayonunda partlayış baş verib, bir hər

arrow Ətraflı
İstanbulda Ukrayna ilə bağlı like
  • 24 Yan 08:28  
Siyasət İstanbulda Ukrayna ilə bağlı

Avropa İttifaqının Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus

arrow Ətraflı
Çerri pomidoru haqqında bilmədikləriniz like
  • 24 Yan 08:25  
Digərləri Çerri pomidoru haqqında bilmədikləriniz

Pomidorun bu növü son illər dünyada çox məşhurlaşıb. Çerri pomidoru ə

arrow Ətraflı
Gözlənilməz qərar: Timoşenko da like
  • 24 Yan 08:23  
Siyasət Gözlənilməz qərar: Timoşenko da

Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko istefa ərizəsi

arrow Ətraflı
Lobya like
  • 24 Yan 08:21  
Digərləri Lobya

Lobya paxlakimilər fəsilsinə aid olub, faydalı bitkilərdən hesab edilir. L

arrow Ətraflı
Bu gün Həzi Aslanovun like
  • 24 Yan 08:20  
Digərləri Bu gün Həzi Aslanovun

Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor H

arrow Ətraflı
ABŞ İrana qarşı sanksiyalar siyahısını like
  • 24 Yan 08:18  
Dünya ABŞ İrana qarşı sanksiyalar siyahısını

ABŞ iranlı iş adamlarına və rəsmilərinə yeni sanksiyalar tətbiq edib.

arrow Ətraflı
Hamilə ikən uşaq əmizdirmək olarmı? like
  • 24 Yan 08:15  
Digərləri Hamilə ikən uşaq əmizdirmək olarmı?

Bir çox analar körpələrinə süd verən zaman yenidən hamilə qalırlar.

arrow Ətraflı
Vardanyan “Hard Talk”a çıxır, biz Bakıda like
  • 24 Yan 08:13  
Siyasət Vardanyan “Hard Talk”a çıxır, biz Bakıda

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən rus sü

arrow Ətraflı