Bu gün Həzi Aslanovun


Digərləri 24 Yan 2023 08:20:00 211 0

Bu gün Həzi Aslanovun

Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor Həzi Aslanovun anım günüdür.

Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunda anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə təhsilini bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. Təhsilini başa vurandan sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.

1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərib. Donbas və Moskva ətrafında vuruşmalarda qəhrəmanlıq göstərib. Xarkov və Stalinqrad uğrunda gedən döyüşlərdə H.Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endiriblər. H.Aslanov Stalinqrad uğrunda rəşadətli döyüşlərinə görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsəyən qəhrəman yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdıb. 1944-cü ilin martında ona tank qoşunları general mayoru rütbəsi verilib. O, Volqadan başlamış bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərib. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alıb.

O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərib. H.Aslanovun qvardiya polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edib.

Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub. 1944-cü ildə general-mayor H.Aslanov Belarus cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunub. Qəhrəmanın qəbri Bakıda Şəhidlər Xiyabanındadır.1969-cu ildə Həzinin vətəni Lənkəranda onun ev muzeyi açılıb, şəhərinin mərkəzində onun boyük heykəli ucalır. Bakıdakı küçələrdən və metrostansiyalardan biri Həzi Aslanovun adını daşıyır.

ABŞ İrana qarşı sanksiyalar siyahısını like
  • 24 Yan 08:18  
Dünya ABŞ İrana qarşı sanksiyalar siyahısını

ABŞ iranlı iş adamlarına və rəsmilərinə yeni sanksiyalar tətbiq edib.

arrow Ətraflı
Hamilə ikən uşaq əmizdirmək olarmı? like
  • 24 Yan 08:15  
Digərləri Hamilə ikən uşaq əmizdirmək olarmı?

Bir çox analar körpələrinə süd verən zaman yenidən hamilə qalırlar.

arrow Ətraflı
Vardanyan “Hard Talk”a çıxır, biz Bakıda like
  • 24 Yan 08:13  
Siyasət Vardanyan “Hard Talk”a çıxır, biz Bakıda

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən rus sü

arrow Ətraflı
Tikinti materiallarının istehsalında like
  • 24 Yan 08:12  
Digərləri Tikinti materiallarının istehsalında

Ötən ildə tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi

arrow Ətraflı
İspanaq haqqında bilmədikləriniz like
  • 24 Yan 08:11  
Digərləri İspanaq haqqında bilmədikləriniz

İspanaq birillik göyərtidir. İspanaq toxum vasitəsilə artırılır və 35-

arrow Ətraflı
Quranı yandıran siyasətçi ilk dəfə danışdı: like
  • 24 Yan 08:10  
Siyasət Quranı yandıran siyasətçi ilk dəfə danışdı:

"Bunu siyasi səbəblərdən etdim. Bu qədər insanın məni öldürmək i

arrow Ətraflı
İstanbulda kilsədə yanğın like
  • 24 Yan 08:08  
Dünya İstanbulda kilsədə yanğın

İstanbulun Beyoğlu rayonunda köhnə kilsədə naməlum səbəbdən yanğın b

arrow Ətraflı
Sarımsaq haqqında like
  • 24 Yan 08:05  
Digərləri Sarımsaq haqqında

Sarımsaq soğankimilər fəsiləsinə daxil olan bitkilərdən hesab edilir və

arrow Ətraflı
Rusiyalı qadın jurnalist canlı yayımda vuruldu  VİDEO like
  • 24 Yan 08:03  
Siyasət Rusiyalı qadın jurnalist canlı yayımda vuruldu VİDEO

Rusiyalı qadın müxbir Anastasiya Yelsukova Ukraynada əməliyyat zonasında c

arrow Ətraflı
Kaliforniya ştatında 7 nəfər like
  • 24 Yan 08:02  
Dünya Kaliforniya ştatında 7 nəfər

ABŞ-ın Kaliforniya ştatında fermada 7 nəfər güllələnib.

arrow Ətraflı
Reyhan like
  • 24 Yan 08:01  
Digərləri Reyhan

Reyhan haqqında ümumi məlumat Reyhan birillik dərman bitkisi olub öz ətri

arrow Ətraflı
Əlcəzairdə helikopter qəzası  Biri polkovnik olmaqla, like
  • 24 Yan 07:55  
Dünya Əlcəzairdə helikopter qəzası Biri polkovnik olmaqla,

Əlcəzairin şimalında, Ayn Defla əyalətinin El Attaf bölgəsində​ orduy

arrow Ətraflı
Göy soğanın faydaları like
  • 24 Yan 07:51  
Digərləri Göy soğanın faydaları

Göy soğan ot bitkisi olub, soğan toxumlarının becərilməsindən əmələ g

arrow Ətraflı
Sibel Can 50 milyonu belə like
  • 24 Yan 07:45  
Şou-biznes Sibel Can 50 milyonu belə

Türkiyəli məşhur müğənni Sibel Can bu il Türkiyədə 19 konsert verəcə

arrow Ətraflı
Xren bitkisinin faydaları like
  • 24 Yan 07:41  
Digərləri Xren bitkisinin faydaları

Xren çoxillik bitki olub kələmkimilər fəsiləsinə daxildir. Onun sərt kö

arrow Ətraflı