İspanaq haqqında bilmədikləriniz


Digərləri 24 Yan 2023 08:11:00 268 0

İspanaq haqqında bilmədikləriniz

İspanaq birillik göyərtidir. İspanaq toxum vasitəsilə artırılır və 35-40 santimetrə qədər uzana bilir. İspanaq yez yetişən göyərtilərdən olub tünd yaşıl yarpaqlara sahib olur. Havalar isti olduqda ispanaq qısa bir zamanda cücərir və toxumlayır. Onun toxumları xırda, yumru və yaşıl rəngdə olur.İspanaq toxumları cücərməyə başladığı andan 1 ay müddətinə yetişmək qabiliyyətinə malikdir. İspanaq külək vasitəsilə tozlanır. İspanağın vətəni Qədim İrandır. İranlılar bizim eradan əvvəllər də ispanaqdan istifadə etmişlər. O Avropa ölkələrinə orta əsrlərdə gətirilmişdir. İspanağın artırılması ilə ilk dəfə Avropada İspan monarxları məşğul olmuşlar. Ilk illər Avropada ispanaq monastrlarda yetişdirilmiş, sonralar isə bütün ətraf ölkələrə yayılmışdır. MDB ölkələrinə ispanaq 200 il əvvəl gətirilmişdir. Qafqaz dağlarında, Türkmənistanda və Əfqanıstanda yabanı halda yetişən ispanağa da rast gəlmək mümkündür. İspanaq soyuğa davamlı göyərtilərdəndir. Onun toxumlarını avqust ayının axırlarında səpdikdə sentyabra xırda cücərtiləri çixir. Cücərtilərin üstünü soyuq havalarda plyonka ilə örtdükdə isə qış aylarında ispanaq istifadəyə etməyə yayarlı olur. İspanaq -6*C tempratura davamlıdır. O qarın altında da təravətini qoruyub saxlaya bilir. Qarın altında qalan ispanaqlar yaz aylarına daha da püxtələşib böyüyür. İspanaq məhsuldar bitkilərdən hesab edilir. İstifadə etmək üçün təzə ispanaq almaq lazımdır. Onun yarpaqlarının tünd yaşıl, şux və ləkəsiz olması təzəliyinin göstəricisidir. Təzə ispanağın yarpaqları parıltılı, kövrək və şax olur. Bu xüsusiyyətlərə malik olmayan ispanağı almaq məsləhət görülmür. İspanağı saxlayarkən onun kökünü kəsmək lazımdır. Köksüz ispanaq yarpaqları köklü saxlanılan ispanaqdan daha uzunömürlü olur. İspanaqnın Tərkibi 100 qram ispanağın tərkibində olanlar: - Zülallar - 2,9 qr - Yağlar - 0,3 qr - Karbohidratlar - 2 qr - Su - 91,6 qr  Kalori dəyəri - 22 kKal. İspanaq yarpaqlarının tərkibi C, A, B1, B2, B6, PP, P, E, D2, K vitaminləri, çoxlu minerallar var. İspanaq orqanizmdə sağlamlıqla əlaqədar olan bir çox problemlərin aradan qalxmasına səbəb olur. O ən çox da yod çatışmazlığından əziyyət çəkənlər üçün əla qida vasitəsidir. İspanağın tərkibində olan zülallar noxudun və lobyanın tərkibində olan zülalların miqdarından çoxdur. İspanaqnın Xeyri Gündəlik qida rasionunda ispanaqdan istifadə etmək orqanizmdə bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alır. Onkoloqlar şüa müalicəsi alan xəstələrə ispanaq yeməyi məsləhət bilir. İspanağın tərkibində olan zülallar və yağlar orqanizm tərəfindən asan sorulur. İspanaq lifli qidadır.O bağırsaqlar üçün əla təmizləyici hesab edilir. O bağırsaqların peristaltikasını aradan qaldırır, qəbizliyin sağalmasına səbəb olur. İspanaq bağırsqaq möhtəviyyatının yumşaltmaqla, onun xaric olunmasını sürətləndirir. İapanaq sinir xəstəlikləri ilə bağlı problemlərin aradan qalxmasına yardım edir. Ondan qan azlığında, yüksək təzyiq zamanı, şəkərli diabetdə, qastritlərdə, enterekolitlərdə istifadə edildikdə çox faydalı olur. İspanaq orqanizmə tonuslandırıcı, qəbizlik əleyhinə, sidik qovucu, iltihab əleyhinəı təsir göpstərir. İspanaq qanda şəkərin miqdarının aşağı düşməsinə səbəb olur. İspanaq yemək dərini gözəlləşdirir, dişlərin və dırnaqların möhkəmlənməsinə səbəb olur. Onun şirəsi dəridəki xırda qırışların aradan qaldırır. İspanağın tərkibində olan dəmir sellüidin aradan qalxmasına səbəb olur. Xalq təbabərtində ispanaqdan sinqa , qəbizlik xəstəlikləri, sidikqovucu məqsədlə və iltihab əleyhinə istifadə olunur. İspanaqnın Ziyanı Sidik kisəsi, böyrək və öd kisəsinin daş xətəliyindən əziyyət çəkənlərə ispanaqdan istifadə edərkən diqqətli olmaq tövsiyə edilir. İspanağı tərkibində azot turşu duzları olan qidalarla birlikdə istifadə etmək məsləhət görülmür. Bu orqanizmdə azot duzlarının zəhərli təsirini artırır.

Quranı yandıran siyasətçi ilk dəfə danışdı: like
  • 24 Yan 08:10  
Siyasət Quranı yandıran siyasətçi ilk dəfə danışdı:

"Bunu siyasi səbəblərdən etdim. Bu qədər insanın məni öldürmək i

arrow Ətraflı
İstanbulda kilsədə yanğın like
  • 24 Yan 08:08  
Dünya İstanbulda kilsədə yanğın

İstanbulun Beyoğlu rayonunda köhnə kilsədə naməlum səbəbdən yanğın b

arrow Ətraflı
Sarımsaq haqqında like
  • 24 Yan 08:05  
Digərləri Sarımsaq haqqında

Sarımsaq soğankimilər fəsiləsinə daxil olan bitkilərdən hesab edilir və

arrow Ətraflı
Rusiyalı qadın jurnalist canlı yayımda vuruldu  VİDEO like
  • 24 Yan 08:03  
Siyasət Rusiyalı qadın jurnalist canlı yayımda vuruldu VİDEO

Rusiyalı qadın müxbir Anastasiya Yelsukova Ukraynada əməliyyat zonasında c

arrow Ətraflı
Kaliforniya ştatında 7 nəfər like
  • 24 Yan 08:02  
Dünya Kaliforniya ştatında 7 nəfər

ABŞ-ın Kaliforniya ştatında fermada 7 nəfər güllələnib.

arrow Ətraflı
Reyhan like
  • 24 Yan 08:01  
Digərləri Reyhan

Reyhan haqqında ümumi məlumat Reyhan birillik dərman bitkisi olub öz ətri

arrow Ətraflı
Əlcəzairdə helikopter qəzası  Biri polkovnik olmaqla, like
  • 24 Yan 07:55  
Dünya Əlcəzairdə helikopter qəzası Biri polkovnik olmaqla,

Əlcəzairin şimalında, Ayn Defla əyalətinin El Attaf bölgəsində​ orduy

arrow Ətraflı
Göy soğanın faydaları like
  • 24 Yan 07:51  
Digərləri Göy soğanın faydaları

Göy soğan ot bitkisi olub, soğan toxumlarının becərilməsindən əmələ g

arrow Ətraflı
Sibel Can 50 milyonu belə like
  • 24 Yan 07:45  
Şou-biznes Sibel Can 50 milyonu belə

Türkiyəli məşhur müğənni Sibel Can bu il Türkiyədə 19 konsert verəcə

arrow Ətraflı
Xren bitkisinin faydaları like
  • 24 Yan 07:41  
Digərləri Xren bitkisinin faydaları

Xren çoxillik bitki olub kələmkimilər fəsiləsinə daxildir. Onun sərt kö

arrow Ətraflı
Çörəkbişirənlər Parisi “partladır”  FOTO like
  • 24 Yan 07:35  
Dünya Çörəkbişirənlər Parisi “partladır” FOTO

Fransanın paytaxtı Parisdə çörəkbişirənlər etiraz aksiyası keçiriblə

arrow Ətraflı
Ağ turp haqqında bilmədikləriniz like
  • 24 Yan 07:31  
Digərləri Ağ turp haqqında bilmədikləriniz

Ağ tupr birillik və ya ikiillik ot bitkisi olub, kələmkimilər fəsiləsinə

arrow Ətraflı
Mal ətinin faydaları like
  • 24 Yan 07:21  
Digərləri Mal ətinin faydaları

Mal əti dedikdə inək, öküz, dana - bir sözlə iri buynuzlu mal-qaranın ə

arrow Ətraflı
Tovuzda 59 yaşlı kişini maşın like
  • 24 Yan 07:15  
Digərləri Tovuzda 59 yaşlı kişini maşın

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəs

arrow Ətraflı
Göbək düşməsi nədir? like
  • 24 Yan 07:11  
Digərləri Göbək düşməsi nədir?

Göbək düşməsi bir çox insanın başına gələ biləcək haldır.

arrow Ətraflı