Göy soğanın faydaları


Digərləri 24 Yan 2023 07:51:00 196 0

Göy soğanın faydaları

Göy soğan ot bitkisi olub, soğan toxumlarının becərilməsindən əmələ gəlir. Bu zaman əkilmiş soğan toxularını çox yetişib baş soğana çıxarılmasına yol verilmir. Göy soğanın yarpaqları 40 santimetrə qədər uzandıqda ondan istifadə edilir. Bu soğan boru şəkilli göyərti olub bir çox yeməklərdə və salatlarda istifadə edilir. Salatlarda soğanın dadı əvəzolunmaz olur. Göy soğandan ilk dəfə Aralıq dənizi sahillərində istifadə edilmişdir. Amma, antik Yunan və Roma ədəbiyyatında göy soğan barədə məlumatlara da rast gəlinib. Göy soğandan Qafqaz öklələrində də geniş istifadə edilir. Azərbaycan mətbəxində də müxtəlif salatların hazırlanmasında və yeməklərin dekorasiyası zamanı göy soğandan istifadə edilir. Göy soğanın bir-neçə növü daha dadlı olduğu üçün mətbəxlərdə bu növlərə üstünlük vürilir. Bu soğanın Merkuri və Bolqar növləridir ki, onların uzunluğu 20 sm, qabıqları isə zərif olur. Bu növə məxsus göy soğanlar soyuq havaya davamlı olurlar. Göy soğanın tərkibi kalium, kalsium, dəmir,fosfor, maqniumla zəngindir. Onun efir yağlarının tərkibində kükürd, zülallı maddələr, askorbin və nikotin turşusu, tiamin, riboflavin, karotin var. Göy soğanın ən üstün cəhətlərindən biri onu saxlayan zaman tərkibində olan vitamin və mineralların miqdarının artmasındadır. Göy soğanın orqanizm üçün faydalı olması barədə qədim zamanlarda da insanların məlumatı olub və bundan istifadə ediblər. Bu tərəvəz podaqra, revmatizm, sinqa, sidik daşı xəstəliyi zamanı, piylənmədə, psixi və fiziki yorğunluq zamanı çox faydalıdır. Bu tərəvəz həzm sistemin orqanlarının ferment ifrazını sürətləndirməklə həzmi yaxşılaşdırır, öd və sidik ifrazının sürətləndirir. Aparılan araşdırmalar göy soğanın maddələr mübdələsini yaxşılaşdırdığını, iştahanı artırdığını, antisklerotik təsirə malik olmasını sübut edib. Podaqra, revmatizma, atereskleroz xəstələrinə və piylənmədən əziyyət çəkənlərə daima qida rasionunda göy soğandan istifadə etmələri məsləhət bilinir. Kulinariyada göy soğandan şorbaların, pürenin, sousların, ətlərin, salatların hazırlanması zamanı geniş istifadə edilir. Onu xırda doğrayıb yumurta ilə qarışdıraraq bişirdikdə isə çox dadlı olur. Göy soğan zərif dad və xüsusi qoxuya malikdir. Yeməklərdə onun torpaqda qalan ağ hissəsindən, salatlarda isə yaşıl hissəsindən istifadə edilir. Göy soğandan soyuq qəlyanaltı kimi istifadə edilməklə yanaşı, ət yeməklərinin yanında qarnir kimi də istifadə edilir.Onun yaşıl yarpaqları yetişmə dövrünü uzun müddət sürərsə qabıqları sərtləşir və xoşagəlməz dada malik olur. Mədə və onikibarmaq bağırsaq xəstəlikləri zamanı göy soğan yemək məsləhət görülmür. Xalq təbatətində göy soğanın şirəsindən oksalat daşlarının tökülməsində istifadə edilsə də mədə-bağırsaq xəstələri buna diqqətlə yanaşmalıdırlar.

Sibel Can 50 milyonu belə like
  • 24 Yan 07:45  
Şou-biznes Sibel Can 50 milyonu belə

Türkiyəli məşhur müğənni Sibel Can bu il Türkiyədə 19 konsert verəcə

arrow Ətraflı
Xren bitkisinin faydaları like
  • 24 Yan 07:41  
Digərləri Xren bitkisinin faydaları

Xren çoxillik bitki olub kələmkimilər fəsiləsinə daxildir. Onun sərt kö

arrow Ətraflı
Çörəkbişirənlər Parisi “partladır”  FOTO like
  • 24 Yan 07:35  
Dünya Çörəkbişirənlər Parisi “partladır” FOTO

Fransanın paytaxtı Parisdə çörəkbişirənlər etiraz aksiyası keçiriblə

arrow Ətraflı
Ağ turp haqqında bilmədikləriniz like
  • 24 Yan 07:31  
Digərləri Ağ turp haqqında bilmədikləriniz

Ağ tupr birillik və ya ikiillik ot bitkisi olub, kələmkimilər fəsiləsinə

arrow Ətraflı
Mal ətinin faydaları like
  • 24 Yan 07:21  
Digərləri Mal ətinin faydaları

Mal əti dedikdə inək, öküz, dana - bir sözlə iri buynuzlu mal-qaranın ə

arrow Ətraflı
Tovuzda 59 yaşlı kişini maşın like
  • 24 Yan 07:15  
Digərləri Tovuzda 59 yaşlı kişini maşın

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəs

arrow Ətraflı
Göbək düşməsi nədir? like
  • 24 Yan 07:11  
Digərləri Göbək düşməsi nədir?

Göbək düşməsi bir çox insanın başına gələ biləcək haldır.

arrow Ətraflı
Mədət Quliyevə ağır itki like
  • 24 Yan 07:05  
Digərləri Mədət Quliyevə ağır itki

Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyevə ağır itki üz verib.

arrow Ətraflı
Dəvədabanı like
  • 24 Yan 07:01  
Digərləri Dəvədabanı

Dəvədabanı çoxillik bitki olub, Astrakimimlər fəsilsinə (mürəkkəbçiç

arrow Ətraflı
Rozasea xəstəliyi nədir?  100dən 3ü bundan like
  • 24 Yan 06:03  
Digərləri Rozasea xəstəliyi nədir? 100dən 3ü bundan

Soyuq havalarda insanlar daha çox rozasea xəstəliyinə yoluxurlar.

arrow Ətraflı
Kartofun bilmədiyiniz faydaları like
  • 24 Yan 05:04  
Digərləri Kartofun bilmədiyiniz faydaları

Kartof kökündən istifadə edilən bitki fəsiləsinə aid olub, ən vacib qid

arrow Ətraflı
İcarədarı çıxarmaq üçün tavanı deşib, sarımsaqlı su tökdü  VİDEO like
  • 24 Yan 04:44  
Digərləri İcarədarı çıxarmaq üçün tavanı deşib, sarımsaqlı su tökdü VİDEO

Obyekt sahibi mağazadan çıxmaq istəməyən icarədarı qeyri-adi üsulla qo

arrow Ətraflı
Uşaqlar nə üçün aqressiv olurlar? like
  • 24 Yan 04:03  
Digərləri Uşaqlar nə üçün aqressiv olurlar?

Əsəb nəzarəti uşaqlıq illərində formalaşan xüsusiyyətdir.

arrow Ətraflı
Pelosinin qızı anasının “cin çıxarmaq” üçün keşişlərə müraciət etməsindən danışdı like
  • 24 Yan 03:22  
Dünya Pelosinin qızı anasının “cin çıxarmaq” üçün keşişlərə müraciət etməsindən danışdı

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ər

arrow Ətraflı
Saç dərisində yaranan ekzema xəstəliyi like
  • 24 Yan 03:03  
Digərləri Saç dərisində yaranan ekzema xəstəliyi

Ekzema dəridə qaşınma, soyulma, qızarıqlıq, iltihablı yaralar olaraq xar

arrow Ətraflı