Sarımsaq haqqında


Digərləri 24 Yan 2023 08:05:00 191 0

Sarımsaq haqqında

Sarımsaq soğankimilər fəsiləsinə daxil olan bitkilərdən hesab edilir və soğanaqlılar ailəsinə məxsusdur. Onun soğanağı mürəkkəb quruluşa malik olub, 3-20 kiçik dişdən ibarət olur. Sarımsağın çiçəklənməsi iyul-avqust aylarına təsadüf edir. Bu bitkinin hündürlüyü 20-60 sm-ə qədər yüksələ bilir. Sarımsağın çiçəkləri ağ-yaşıl rəngdə olur və şarabənzər çətirə oxşayır. Sarımsaq ağ və ya açıq-çəhrayı rəngdə olur. Sarımsaq bütün dünya xalaqları arasında öz dadı, ətri və faydasına görə çox məşhurdur. Onu məşhur edən xüsusiyyətlərindən biri də tərkibində olan sulfid birləşmələridir. Sarımsağın həm çiçəkləri, həm yarpaqları, həm də soğanaqları yeyilməlidir. Onun körpə yarpaqlarından və dişlərindən qida sənayesində daha çox istifadə edilir. Bəzi dünya məbəxində yeməklərə yüngül ətir vermək üçün sarımsağın dişinə ən yaxın , nazik olan qabıqlrından da istifadə edilir. Pifaqor sarımsağı qidaların şahı adlandırırb. Avropa ölkələrində sarımsaqdan 5000 il əvvəllərdən istifadə edilib. Sarımsaq qədim Yunanıstanda və Romada dərman vasitəsi kimi istifadə edilib. Qədim zamanlarda onu suda qaynadıb, içməklə orqanizmi dezinfeksiya ediblər. Bu suya digər maddələr də qatdıqda isə yaraların sağalması məqsədilə istifadə edilib. Qədim zamanlarda sarımsaqdan hazırlanan ən yaxşı dərman vasitəsi isə sarımsaqla opiumun qarışımından hazırlanan dərman hesab edilib. Belə ki, xaşxaş toxumlarından hazırlanan dəmləməni sarımsaq şirəsi və şərabla qarışdırıb içdikdə əməliyyatlardan sonra meydana çıxan ağrılar asanlıqla aradan qalxıb. Qədim zamanlarda sarımsağın pis iyindən şər qüvvələrin qorxub qaçdığına da inanıblar. Buna görə də bütün evlərdən qurudulmuş sarımsaq asıblar. Qədim romalılar sarımsağın bütün xəstəlikləri sağaltdığına və şər qüvvələrin orqanizmə etdiyi təsiri azaltdığına inanırdılar. Sarımsaqdan bəzi dinlərə sitayiş edənlər daha çox istifadə edirlər. Qladiator yetişdirən məktəblərdə isə uşaqlara hər dəfə yemək qəbulu zamanı sarımsaq veriblər. Bu məktəbin müəllimləri sarımsağın insanın gücünü artırdığına və onları ölümdən uzaq tutduğuna inanıblar. Sarımsağın Tərkibi 100 qram sarımsağın tərkibində 149 kKalori var. Sarımsağın 100 qramında olan qida dəyərliliyi: - Zülallar - 6,4 qram - Yağlar - 0,4 qram - Karbohidratlar - 31 qram - Su - 59 qram - Kaloriliyi - 149 qram. Sarımsağın faydası Saımsağın tərkibində  vitamin B6, vitamin C, vitamin B 12,  liflər, zülallar, yağlar, karbohidratlar, askorbin turşusu, mikro və makro elementlər (natrium, kalium, kalisum, dəmir, maranes, fosfor, yod, sink, maqnium), kükürdlü birləşmələr, fitonsidlər və efir yağları var. Sarımsağın tərkibində olan sulfid birləşmələri orqanimdə möcüzəli müalicəvi təsirlər göstərir. Kükürd birləşmələri orqanizmdə olan satfilakokkları,dizenteriya və tif əmələ gətirən mikrobları, bütün növ göbələkləri məhv etmək qabiliyyətinə malikdir. Sarımsaq hətta orqanizmdən zəhərli, passiv maddələrin də xaric olunmasına yardım edir. Sarimsağın tərkibində orqanizm üçün vacib sayılan adenozin, alliksin, eyxoen,pektin, dialil trisulfid və s. var. Bu maddələr orqanizmdə infeksiyaların inkişaf eləməsinin qarşısını alır, şiş əleyhinə təsir göstərir, qanda şəkərin miqdarını azaldır, xolesterinin orqanizmdə olan miqdarını neytrallaşdırır, qanın laxtalanmasının qarşısını alır, trombları əridir. Amerikanın Milli Xərçəng araşdırmalar institutu sarımsağın nəinki soyuqdəymə və infeksiya xəstəlikləri əleyhinə təsir etdiyini, hətta, xərçəngin profilaktikası zamanı da çox faydalı olduğunu sübut edib. Sarımsaq yemək kişilərdə prostat xərçənginin əmələ gəlməsinin qarşısını alır. Bunu 470 sağlam və 238 prostat vəzi xərçəngindən əziyyət çəkən pasiyentlər üzərində aparılan araşdırmalar təsdiq edib. Orqanizmdə xərçəng xəstəliyinin əmələ gəlməməsi üçün isə gün ərzində ən azı 5-6 qram sarımsaq yemək lazımdır. Çünki, sarmsaq yemək şiş xəstəliklərinin əmələ gəlməsinin qarşısını 50% alır. Sarmsaq boğazı təmizləyir, səsin açılmasına səbəb olur, astma xəstəliyinin əlamətlərini azaldır, sinirlərdə baş verın kiçik qıcolmaları aradan qaldırır, sinir sistemi xəstəliklərinin əlamətlərini zəiflədir, mədə-bağırsaq infeksiyalarını öldürür. Dalaq daxil olmaqla qarın boşluğu üzlərinin hamsının fəaliyyətinə müsbət təsir göstərən sarımsaq, ağciyərdə olan xəstəliklərin sağalmasını da sürətləndirir. Sarımsaq dişlər və diş əti ilə olan problemlərin aradan qalxmasına yardım edir. Ondan bir çox yeməklərin və salatların hazırlanmasında istifadə edilir. Sarımsaq Quranda adı çəkilən qida vasitələrindən biridir. Sarımsağın zərəri Mədə və onikibarmaq yarasından, kəskin pankrititdən, sidik sistemi xəstəlikləindən, nefritdən, nefrozdan əziyyət çəkənlərə sarımsaqdan istifadə etmək məsləhət görülmür. Dieta saxlayan adamlara da sarımsaqdan istidafə eləmək tövsiyə olunmur.

Rusiyalı qadın jurnalist canlı yayımda vuruldu  VİDEO like
  • 24 Yan 08:03  
Siyasət Rusiyalı qadın jurnalist canlı yayımda vuruldu VİDEO

Rusiyalı qadın müxbir Anastasiya Yelsukova Ukraynada əməliyyat zonasında c

arrow Ətraflı
Kaliforniya ştatında 7 nəfər like
  • 24 Yan 08:02  
Dünya Kaliforniya ştatında 7 nəfər

ABŞ-ın Kaliforniya ştatında fermada 7 nəfər güllələnib.

arrow Ətraflı
Reyhan like
  • 24 Yan 08:01  
Digərləri Reyhan

Reyhan haqqında ümumi məlumat Reyhan birillik dərman bitkisi olub öz ətri

arrow Ətraflı
Əlcəzairdə helikopter qəzası  Biri polkovnik olmaqla, like
  • 24 Yan 07:55  
Dünya Əlcəzairdə helikopter qəzası Biri polkovnik olmaqla,

Əlcəzairin şimalında, Ayn Defla əyalətinin El Attaf bölgəsində​ orduy

arrow Ətraflı
Göy soğanın faydaları like
  • 24 Yan 07:51  
Digərləri Göy soğanın faydaları

Göy soğan ot bitkisi olub, soğan toxumlarının becərilməsindən əmələ g

arrow Ətraflı
Sibel Can 50 milyonu belə like
  • 24 Yan 07:45  
Şou-biznes Sibel Can 50 milyonu belə

Türkiyəli məşhur müğənni Sibel Can bu il Türkiyədə 19 konsert verəcə

arrow Ətraflı
Xren bitkisinin faydaları like
  • 24 Yan 07:41  
Digərləri Xren bitkisinin faydaları

Xren çoxillik bitki olub kələmkimilər fəsiləsinə daxildir. Onun sərt kö

arrow Ətraflı
Çörəkbişirənlər Parisi “partladır”  FOTO like
  • 24 Yan 07:35  
Dünya Çörəkbişirənlər Parisi “partladır” FOTO

Fransanın paytaxtı Parisdə çörəkbişirənlər etiraz aksiyası keçiriblə

arrow Ətraflı
Ağ turp haqqında bilmədikləriniz like
  • 24 Yan 07:31  
Digərləri Ağ turp haqqında bilmədikləriniz

Ağ tupr birillik və ya ikiillik ot bitkisi olub, kələmkimilər fəsiləsinə

arrow Ətraflı
Mal ətinin faydaları like
  • 24 Yan 07:21  
Digərləri Mal ətinin faydaları

Mal əti dedikdə inək, öküz, dana - bir sözlə iri buynuzlu mal-qaranın ə

arrow Ətraflı
Tovuzda 59 yaşlı kişini maşın like
  • 24 Yan 07:15  
Digərləri Tovuzda 59 yaşlı kişini maşın

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəs

arrow Ətraflı
Göbək düşməsi nədir? like
  • 24 Yan 07:11  
Digərləri Göbək düşməsi nədir?

Göbək düşməsi bir çox insanın başına gələ biləcək haldır.

arrow Ətraflı
Mədət Quliyevə ağır itki like
  • 24 Yan 07:05  
Digərləri Mədət Quliyevə ağır itki

Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyevə ağır itki üz verib.

arrow Ətraflı
Dəvədabanı like
  • 24 Yan 07:01  
Digərləri Dəvədabanı

Dəvədabanı çoxillik bitki olub, Astrakimimlər fəsilsinə (mürəkkəbçiç

arrow Ətraflı
Rozasea xəstəliyi nədir?  100dən 3ü bundan like
  • 24 Yan 06:03  
Digərləri Rozasea xəstəliyi nədir? 100dən 3ü bundan

Soyuq havalarda insanlar daha çox rozasea xəstəliyinə yoluxurlar.

arrow Ətraflı