Çerri pomidoru haqqında bilmədikləriniz


Digərləri 24 Yan 2023 08:25:00 193 0

Çerri pomidoru haqqında bilmədikləriniz

Pomidorun bu növü son illər dünyada çox məşhurlaşıb. Çerri pomidoru ən çox Aralıq dənizi sahillərində yetişdiyinə görə oranın mətbəxinin bütün yeməklərində pomidorun bu növündən istifadə edilir. Çerri pomidoru bostanda yetişən pomidorlardandır, onu digər pomidor növlərindən fərqləndirən isə meyvələrinin 10-30 qram ağırlığında olmasıdır. Bu pomidordan müxtəlif salatların hazırlanmasında, qəlyanaltılarda, yeməklərdə təzə və ya konservləşmiş halda istifadə edilir. Çerri pomidorunun başqa bir növü də vardır ki, onu qurudurlar. Qurumuş pomidoru onun albalıya bənzər növündən əldə edirlər. Çerri pomidorunun bu növü albalıya bənəziyi üçün onu belə adlandırmışlar. Bu pomidorun dadı böyük ölçüdə olan növlərinin dadı ilə eynidir. Meyvəsinin ölçüsünün kiçik olmasına baxmayaraq çerri pomidorunun budaqları bir-neçə metrə qədər uzanıb qalxa bilir. Bir metr budaqda isə 20-ə yaxın pomidor yetişir. Çerri pomidorunun da müxtəlif formaları vardır. Onlar uzunsov, dairəvi və armud şəklində ola bilir. Meyvələr də növündən asılı olaraq qırmızı, sarı, çəhrayı, narıncı olur. Təzə pomidor yemək həvəsində olanlar çerri pomidorunu nəinki bostanlarında, hətta pəncərə qabağında dibçəkdə də yetişdirirlər. Pomidorun bu növünü yetişdirənlər ona mütləq lazım olan qayğını göstərməlidirlər. Belə ki, bitkinin boyu hündürə qalxdıqca ona dayaq vermək lazım gəlir. Pomidorlar yetişən zaman isə onları vaxtında dərmək lazımdır. Əgər pomidor vaxtından əvvəl dərilərsə onun dadı turş olur, yetişib vaxtında dərilməyəndə isə pomidorlar yerə tökülür. Pomidorlar tam yetişdikdə daha dadlı və sulu olduğuna dörə onun vaxtında dərilməsinə diqqət yetirilməlidir. Bu cür toplanmış pomidordan hazırlanan tomat çox dadlı olur. Dərilmiş pomidoru donduraraq və ya konservləşdirərək saxlamaq mümkündür. Çerri pomidorunın Tərkibi 100 qram pomidorun kalori dəyəri: - Zülallar - 0,8 qram - Yağlar - 0,1 qram - Karbohidratlar - 2,8 qram - Su - 18,0 qram - Kalori dəyəri - 22,4 kKal. Çerri pomidorunun tərkibi kalsium, fosfor, dəmir, C , E, B qrup vitaminlər, antioksidant, orqanik turşular və likopenlə zəngindir. Çerri pomidorunın Xeyri Bu kiçik pomidor tərkibindəkilərə görə ideal qış yeməyi sayılır. Onun tərkibindəkilər sərəst radikallara qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. Qeyd eləmək lazımdır ki, kiçik pomidorun tərkibində olan faydalı maddələr böyük ölçüdə olan pomidorun tərkibindəkilərdən qat-qat artıqdır. Pomidorun tərkibində olanlar ürək-damar xəstəlikləri, anemiya zamanı çox faydalıdır. Pomidor şirəsi orqanizmdən artıq maddələrin xaric olunmasına səbəb olur. Onun tərkibində olan kalsiumun miqdarı isə sümüklərin möhkəmlənməsi üçün yetərli hesab edilir. Çerri pomidorunun tərkibində olan ən qiymətli maddə likopender. Bu pomidora rəng verən likopendir. Likopen ən güclü antioksidant hesab edilir. Likopen mədə xərçəngi, qida borusu xərçəngi, bağırsaq və ağ ciyərlərdə xərçəngin əmələ gəlməsinin qarşısını alır. Likopen ürək-damar sisteminin möhkəmlənəsinə səbəb olan bir maddə hesab edilir. Çerri pomidorunun tərkibində olan xrom aclıq hissinin aradan qalxmasına səbəb olur. Buna görə də dieta saxlayanlara çerri pomudoru yemək məsləhət görülür. Çerri pomidorundan ən çox ispan, italyan, fransız mətbəxində geniş istifadə edilir. Çerri pomidorunın Ziyanı Çerri pomidorundan mədə və onikibarmaq bağırsaq yarasından əziyyət çəkənlərin istifafə etməsi məsləhət deyil.

Gözlənilməz qərar: Timoşenko da like
  • 24 Yan 08:23  
Siyasət Gözlənilməz qərar: Timoşenko da

Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko istefa ərizəsi

arrow Ətraflı
Lobya like
  • 24 Yan 08:21  
Digərləri Lobya

Lobya paxlakimilər fəsilsinə aid olub, faydalı bitkilərdən hesab edilir. L

arrow Ətraflı
Bu gün Həzi Aslanovun like
  • 24 Yan 08:20  
Digərləri Bu gün Həzi Aslanovun

Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor H

arrow Ətraflı
ABŞ İrana qarşı sanksiyalar siyahısını like
  • 24 Yan 08:18  
Dünya ABŞ İrana qarşı sanksiyalar siyahısını

ABŞ iranlı iş adamlarına və rəsmilərinə yeni sanksiyalar tətbiq edib.

arrow Ətraflı
Hamilə ikən uşaq əmizdirmək olarmı? like
  • 24 Yan 08:15  
Digərləri Hamilə ikən uşaq əmizdirmək olarmı?

Bir çox analar körpələrinə süd verən zaman yenidən hamilə qalırlar.

arrow Ətraflı
Vardanyan “Hard Talk”a çıxır, biz Bakıda like
  • 24 Yan 08:13  
Siyasət Vardanyan “Hard Talk”a çıxır, biz Bakıda

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən rus sü

arrow Ətraflı
Tikinti materiallarının istehsalında like
  • 24 Yan 08:12  
Digərləri Tikinti materiallarının istehsalında

Ötən ildə tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi

arrow Ətraflı
İspanaq haqqında bilmədikləriniz like
  • 24 Yan 08:11  
Digərləri İspanaq haqqında bilmədikləriniz

İspanaq birillik göyərtidir. İspanaq toxum vasitəsilə artırılır və 35-

arrow Ətraflı
Quranı yandıran siyasətçi ilk dəfə danışdı: like
  • 24 Yan 08:10  
Siyasət Quranı yandıran siyasətçi ilk dəfə danışdı:

"Bunu siyasi səbəblərdən etdim. Bu qədər insanın məni öldürmək i

arrow Ətraflı
İstanbulda kilsədə yanğın like
  • 24 Yan 08:08  
Dünya İstanbulda kilsədə yanğın

İstanbulun Beyoğlu rayonunda köhnə kilsədə naməlum səbəbdən yanğın b

arrow Ətraflı
Sarımsaq haqqında like
  • 24 Yan 08:05  
Digərləri Sarımsaq haqqında

Sarımsaq soğankimilər fəsiləsinə daxil olan bitkilərdən hesab edilir və

arrow Ətraflı
Rusiyalı qadın jurnalist canlı yayımda vuruldu  VİDEO like
  • 24 Yan 08:03  
Siyasət Rusiyalı qadın jurnalist canlı yayımda vuruldu VİDEO

Rusiyalı qadın müxbir Anastasiya Yelsukova Ukraynada əməliyyat zonasında c

arrow Ətraflı
Kaliforniya ştatında 7 nəfər like
  • 24 Yan 08:02  
Dünya Kaliforniya ştatında 7 nəfər

ABŞ-ın Kaliforniya ştatında fermada 7 nəfər güllələnib.

arrow Ətraflı
Reyhan like
  • 24 Yan 08:01  
Digərləri Reyhan

Reyhan haqqında ümumi məlumat Reyhan birillik dərman bitkisi olub öz ətri

arrow Ətraflı
Əlcəzairdə helikopter qəzası  Biri polkovnik olmaqla, like
  • 24 Yan 07:55  
Dünya Əlcəzairdə helikopter qəzası Biri polkovnik olmaqla,

Əlcəzairin şimalında, Ayn Defla əyalətinin El Attaf bölgəsində​ orduy

arrow Ətraflı