Teylor İbrahimov barəsində yenidən cinayət işi başlandı
Digərləri 24 Yan 2023 11:08:00 294 0
Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu) barəsində cinayət işi başlanıb.
Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, o, dələduzluqda ittiham olunur.
Belə ki, T.İbrahimov Ağcabədi RPŞ-də istintaq olunan cinayət işi üzrə həbs edilmiş vətəndaş Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərilməsi ilə bağlı onun atası Bayram Ələsgərovu aldadaraq pullarını ələ keçirib. O, həmin şəxsə özünü Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri kimi təqdim edərək hüquq-mühafizə orqanlarında işləyən yüksək vəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək iqtidarında olduğunu bildirib. Bunun qarşılığında B.Ələsgərovdan 25 000 manat pul alıb.
Bir müddət sonra T.İbrahimovun vədinə əməl etmədiyini görən vətəndaş aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib.
Araşdırmalardan sonra Teylor Fətişoğlu barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başladılıb. İttihama görə, o, öz hərəkətləri ilə Baş Prokurorluğu nüfuzdan salmaq, etimadsızlığa zəmin yaradaraq vətəndaşı rüşvətverməyə təhrik edib.
İş materialları toplanaraq baxılması üçün məhkəməyə göndərilib. T.İbrahimov barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
Qeyd edək ki, T.İbrahimov keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən MTN agenti kimi də tanınırdı. Onun barəsində 6 il əvvəl də cinayət işi başlanmışdı. O, həmin vaxt Ağdamın icra başçısının adından dələduzluq etməkdə təqsirli bilinirdi.
Son.az
Pəncərələri sınıb, divarları eroziyaya uğrayıb. Sumqayıtda 73 ilin bin
Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar icazələrin alınm
"Ruben Vardanyan Rusiya Prezidenti Vladimir Putinin faktiki olaraq Qarabağ
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərlərində
"Çox heyf, səndən heyf... Amma bu yazılmış yazı idi, buna pozu yox i
Məlumat verdiyimiz kimi bütün növ Birbank (həmçinin BirKart) kart sahiblə
Rusiyalı milyarder Ruben Vardanyan BBC-nin "Hard Talk" proqramına m�
"Özünü demokratik adlandıran bir ölkədə - Fransada polisin dəyənə
Çexiya Azərbaycanın nəqliyyat əlaqələri və enerji sektorlarında öz mö
Ağamirzə Məmmədov millət vəkili Sahib Alıyevin meyxana ilə bağlı qalma
Vergi borcu olanlar da hesab aça biləcəklər.
Türkiyənin məşhur xalq musiqisi sənətçisi Bedia Akartürk plastik əməli