Bakıda qadın çarpayını sındıran ərini öldürdü: "Özümü bağışlamayacam"


Kriminal 24 Yan 2023 10:54:00 258 0

Bakıda qadın çarpayını sındıran ərini öldürdü: "Özümü bağışlamayacam"

CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il yanvarın 30-da Suraxanı rayonu Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsindəki mənzillərin birində 1990-cı il təvəllüdlü Elşən Hadızadə bıçaqlanaraq, öldürülür. Dərhal polis və prokurorluq əməkdaşları faktla əlaqədar hadisə yerinə baxış keçirirlər. Qətlin törədildiyi evdən bir ədəd məişət təyinatlı bıçaq götürülür.   Polis əməkdaşlarının əməliyyat tədbirləri ilə şübhəli şəxs qismində mərhumun arvadı, Laçın şəhərində anadan olan 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə saxlanılır.   Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Son.az lent.az-a istinadən qətl hadisəsinin istintaq materiallarını təqdim edir.

İstintaqla müəyyən edilib ki, yanvarın 29-da Elşən Hadızadə təpiklə uşağın beşiyini vurub, sındırıb. Səhərisi gün beşiyin təmir etdirilməsi ilə əlaqədar aralarında baş vermiş münaqişə zamanı Gülnar Vəlizadə əri tərəfindən döyülüb. Bundan sonra qadın çarpayının altındaкı qabın içindən bıçaq götürərək, Elşən Hadızadənin sinəsinə bir dəfə zərbə endirib. Sonra əməlindən peşman olub, bir neçə dəfə Təcili Tibbi Yardım stansiyasına zəng etsə də, yoldaşı buna etiraz edərək, yardımdan imtina edib. Hadisədən təxminən 4 saat sonra 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılan zərərçəkmiş həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.   İş üzrə dindirilmiş Gülnar Vəlizadə bildirib ki, Elşən Hadızadə ilə Azərbaycan Texniki Universitetində təhsil alarkən tanış olub. Bir-birlərini sevib 2014-cü ildə ailə qurublar:

"2015- və 2018-ci illərdə iki övladımız dünyaya gəldi. Uzun müddət kirayədə və atamın himayəsində yaşadıq, maddi çətinliklər çəkdik. Elşənin valideynlərinin maddi dəstəyi ilə Hövsan qəsəbəsində ev aldıq. Ev bir otaqdan, mətbəx və hamamdan ibarət idi. Elşən dost-tanışlarından müxtəlif məbləğlərdə borc pul alsa da, sonradan onları qaytara bilmədi. Borc pul verən şəxslər artıq qapıya gəldikdə, əsəbiləşirdim. Aramızda maddi sıxıntılara görə dəfələrlə mübahisələr yaranıb. Məni uşaqların gözü qarşısında döyüb, əlləri ilə boyunumdan tutaraq, boğub. Övladlarım da atalarının bu hərəkətlərindən qorxub. Ailə işlərinə müdaxilə etdiyindən Elşən atamdan işlərinə qarışmamasını tələb etdi. Ərim qəsəbədə fəaliyyət göstərən marketə satıcı kimi işləməyə başlamışdı. Yanvarın 29-da axşam Elşən işdən evə gələndə, uşaqlardan birinə dərs keçirdim. Ərim sakit olmağımızı tələb edəndə, ona "nə edim, uşağa dərs keçirəm də" deyə cavab verdim. Buna görə, dalaşdıq. Yoldaşım mənə əl qaldırdı. Uşağın beşiyini də təpiklə vurub, sındırdı. Ayın 30-u saat 8-də işə gedən Elşən günorta evə gəldi. Dişi ağrıdığı üçün əri çarpayıya uzanıb yatmaq istəsə də, onu uzanmağa qoymadım. Ondan uşağın beşiyini necə qırıbsa, elə də düzəltməsini tələb etdim. Yaranan növbəti mübahisə zamanı Elşən otaqda uşaqların gözü qarşısında məni döydü. Sağ əli ilə boğazımdan tutub boğdü. Get-gedə nəfəsim kəsilirdi. Bir anda güclə də olsa, Elşənin əlindən çıxdım. Qab-qaşıq yığdığımız qabdan mətbəx bıçağını götürdüm. Sol əlimdə saxladığım bıçaqla Elşənin sinəsinə zərbə endirdim. Qan axmağa başladı, ərim çöməlib yerə oturdu. Qaçaraq, qonşum Leyli Məmmədovadan hidrogen peroksid aldım və onunla birlikdə evə qayıtdım. Leyli Elşənin yarasını perekislə sildi, yod vuraraq pambıq qoydu. Sakitləşdirici iynə vurduqdan sonra onu çarpayıya uzatdıq. Qonşuma Elşənin bıçaqla özünə xəsarət yetirdiyini bildirdim. Çünki, ərim mənə "kim soruşsa deyərsən özüm-özümü vurmuşam, bilsələr sən vurmusan, polislər səni tutacaq" demişdi. Bundan sonra, Leylinin tapşırığı ilə aptekə gedərək, lazımi dərmanlar aldım. O vaxta gədər atam, əmim, həmçinin yoldaşımın Azad adlı dostu da bizə gəldilər. Elşən "bıçağın təsadüfən ona batdığını" bildirəndə, atam "yalan danışmağın yeri yoxdur, polislərə düzünü söyləyəcəyik" dedi".

"Səs yazısı" protokoluna əsasən, ilk dəfə saat 15:34-də 103 xidmətinə zəng daxil olub və 14 dəqiqədən sonra həmin çağırış ləğv edilib:

"Dəfələrlə telefonu alıb Təcili Tibbi Yardıma zəng etmək istəsəm də, ərim buna imkan vermədi. Növbəti dəfə 103 xidmətinə saat 16:35-də zəng etdim. Yoldaşımın vəziyyəti ağırlaşdığı üçün, saat 17:39-da Təcili Yardım Stansiyasına axırıncı dəfə zəng etdim. Tibbi briqada gələrək, Elşəni xəstəxanaya apardı".

Gülnar Vəlizadə əlavə edib ki, Elşəni öldürmək məqsədi olmayıb. Bir neçə dəfə aralarında dava baş verəndə, bıçaqla bir neçə dəfə onu qorxudub. Amma həmin gün kəsici alət təsadüfən, özü də bilmədən onun sinəsinə batıb. Əməlindən çox peşmandır, bütün həyatı bir anda dəyişib. Elşənlə bir-birlərini istəyib, evləniblər. Aralarındakı mübahisələrə baxmayaraq, onu sevib. 2 körpə övladı hazırda qayınanasının himayəsindədir. Özünü ölənədək bağışlaya bilməyəcək və əzabla yaşayacaq.

"Vardanyan Putinin Qarabağa göndərdiyi rusiyalı oliqarxdır" like
  • 24 Yan 10:44  
Dünya "Vardanyan Putinin Qarabağa göndərdiyi rusiyalı oliqarxdır"

"Ruben Vardanyan Rusiya Prezidenti Vladimir Putinin faktiki olaraq Qarabağ

arrow Ətraflı
Göyçayda silahlı narkokuryerlər saxlanılıb like
  • 24 Yan 10:39  
Kriminal Göyçayda silahlı narkokuryerlər saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərlərində

arrow Ətraflı
"Möhlət istərdim ki, qızın üçün bir şey edə bilim" like
  • 24 Yan 10:29  
Şou-biznes "Möhlət istərdim ki, qızın üçün bir şey edə bilim"

"Çox heyf, səndən heyf... Amma bu yazılmış yazı idi, buna pozu yox i

arrow Ətraflı
İki gün sonra Birbank lotereyasının qalibləri məlum olacaq like
  • 24 Yan 10:24  
Digərləri İki gün sonra Birbank lotereyasının qalibləri məlum olacaq

Məlumat verdiyimiz kimi bütün növ Birbank (həmçinin BirKart) kart sahiblə

arrow Ətraflı
Vardanyan müharibə istəyir like
  • 24 Yan 10:19  
Siyasət Vardanyan müharibə istəyir

Rusiyalı milyarder Ruben Vardanyan BBC-nin "Hard Talk" proqramına m�

arrow Ətraflı
Şagird müəllimi döydü, like
  • 24 Yan 10:09  
Dünya Şagird müəllimi döydü,

Qüds bölgəsindəki Əbu Qoş qəsəbəsindəki orta məktəbin şagirdi müə

arrow Ətraflı
Çexiya Azərbaycanın nəqliyyatenerji sektorunda iştirakını genişləndirməyə çalışır like
  • 24 Yan 10:06  
Siyasət Çexiya Azərbaycanın nəqliyyatenerji sektorunda iştirakını genişləndirməyə çalışır

Çexiya Azərbaycanın nəqliyyat əlaqələri və enerji sektorlarında öz mö

arrow Ətraflı
“Meyxana hara, İran hara?” like
  • 24 Yan 10:03  
Şou-biznes “Meyxana hara, İran hara?”

Ağamirzə Məmmədov millət vəkili Sahib Alıyevin meyxana ilə bağlı qalma

arrow Ətraflı
Niyə “Vardanyan layihəsi” like
  • 24 Yan 09:56  
Siyasət Niyə “Vardanyan layihəsi”

Suala cavab vermək üçün "Qisas əməliyyatından" sonra İrəvan-B

arrow Ətraflı
Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı like
  • 24 Yan 09:50  
Digərləri Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı

Vergi borcu olanlar da hesab aça biləcəklər.

arrow Ətraflı
81 yaşlı sənətçi estetik əməliyyat etdirib tanınmaz oldu like
  • 24 Yan 09:48  
Şou-biznes 81 yaşlı sənətçi estetik əməliyyat etdirib tanınmaz oldu

Türkiyənin məşhur xalq musiqisi sənətçisi Bedia Akartürk plastik əməli

arrow Ətraflı
Rəsmi Bakıdan Aİnin Ermənistanda missiya yaratmasına like
  • 24 Yan 09:42  
Siyasət Rəsmi Bakıdan Aİnin Ermənistanda missiya yaratmasına

"Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizm

arrow Ətraflı
"Röyal Tünzalənin əşyalarına toxunmağa qoymur" like
  • 24 Yan 09:38  
Şou-biznes "Röyal Tünzalənin əşyalarına toxunmağa qoymur"

Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva onun həyat y

arrow Ətraflı