Tənbəl bağırsaq sindromu
Digərləri 15 Yan 2023 23:01:00 358 0
Bu sindrom zamanı yoğun bağırsağın yığılma qabiliyyəti pozulur və ya bağırsağın həssaslığı itir ki, nəticədə bağırsaq burada nəcisin yığılmasına reaksiya vermir.
Bu xəbəri də oxu: "Anlamırlar ki, Zelenski onları məzara göndərəcək"
Tənbəl bağırsaq sindromu xroniki qəbizliyə səbəb olur.
Tənbəl bağırsaq sindromu zamanı qəbizlik uzunmüddətli, daimi olur, insanda nəcis ifraz etmək istəyi yaranmır. Bəzən uzunmüddətli qəbizliyə baxmayaraq xəstə qarnında heç bir diskomfort hiss etmir. Bəzən isə qarında ağrılar, sıxılmalar, köp olur. Bu sindrom mütləq müalicə olunmalıdır. Xəstə vaxt itirmədən həkimə müraciət etməlidir. Nəcis kütləsi bağırsaqlarda uzun müddət ərzində qaldıqda, bu orqanizmin zəhərlənməsinə (intoksikasiya) səbəb olur. Xroniki intoksikasiya isə müxtəlif dəri, allergik xəstəliklərinə, baş ağrılarına, qara ciyər fəaliyyətinin pozulmalarına və s. ciddi pozulmalara səbəb olur.
Tənbəl bağırsaq sindromu əsasən yaşlı, zəiflənmiş insanlarda, yataq xəstələrində inkişaf edir. Yaşlı insanlarda, yataq xəstələrində orqanizmin ümumi tonusu azalır ki, nəticədə bağırsaq əzələləri də zəifləyir və bu da tənbəl bağırsaq sindromuna səbəb olur.
Lakin bəzən bu sindrom cavan insanlarda da inkişaf edə bilər. Bunu səbəbləri arasında:
- bəzi dərman preparatların uzun müddət ərzində qəbulu (məsələn, depressiya əleyhinə, ishal əleyhinə və s.)
- uzun müddət ərzində imalədən istifadə edilməsi və ya işlətmə dərmanların qəbulu. Bu vasitələr bağırsağı daha da "tənbəlləşdirir".
- qalxanvari vəzinin fəaliyyətinin pozulması (hipotireoz - qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi)
- bəzi bağırsaq xəstəlikləri və s.
Həmçinin insan uzun müddət ərzində müxtəlif səbəblərə defekasiyanı saxlayırsa, bu da tənbəl bağırsaq sindromuna səbəb ola bilər.
Tənbəl bağırsaq sindromunun müalicəsi üçün ilk növbədə bunun səbəbini araşdırmaq və aradan qaldırmaq lazımdır.
Müalicənin əvvəlində şamlar, imalələr istifadə oluna bilər. Daha sonra xəstəyə xüsusi müalicə, pəhriz, fiziki tərbiyə təyin olunur. Xəstə tez-tez meyvə-tərəvəz, göyərtilər, sıyıqlar (xüsusilə yulaf yarması sıyığı) yeməli, kifayət qədər təmiz su içməlidir.
Rəvayətə görə, bərzəxdəki ruhlar ləyaqətlərindən asılı olaraq dün
Həzrət Əli (ə) buyurmuşdur: "Möminin inamı və kafirin inamsızlığ
Yeni ildə uşaqların və gənclərin ən çox yediyi meyvə mandarindir.
"Allah yanında bəndənin içdiyi qurtumların ən qiymətlisi qəzəbinin
Ukrayna Silahlı Qüvvələri kimyəvi silahdan istifadə etməklə Rusiya şəh
Bazar və marketlərdə ən müxtəlif adda, faydlalı bildiyimiz quru meyvələ
Alimlər sübut edib ki, qəbul etdiyimiz qidalar bizim əhvalımıza böyük t�
Gürcüstanın Xalq artisti, müğənni, aktyor və rejissor Vaxtanq Kikabidze y
Baxmut uğrunda döyüşlərdə iki soydaşımız - Roma Rəhman oğlu Babaşov
Rusiya Müdafiə Nazirliyi "Vaqner" özəl hərbi şirkətinin ardınc
Pivə mayası faydalı müalicə məhsuldur. Pivə ilə müqayisədə onun tərk
Bütün dünyada ölümün əsas səbəbi ürək-damar sistemi xəstəlikləri s