Möcüzəvi faydalara malik pivə mayası
Digərləri 15 Yan 2023 22:25:00 302 0
Pivə mayası faydalı müalicə məhsuldur. Pivə ilə müqayisədə onun tərkibində spirt yoxdur və bu səbəbdən pivə mayasını həm böyüklər, həm də uşaqlar qəbul edə bilər.
Bu xəbəri də oxu: Bakıda “Mercedes” yandı
Cücərdilmiş buğda və mayaotundan hazırlanan pivə mayası tam təbii məhsuldur. Onun tərkibində bir çox faydalı vitaminlər (xüsusilə B qrupu vitaminləri) və minerallar var. Belə zəngin tərkibə görə pivə mayası orqanizmə ümumi möhkəmləndirici təsir edir, orqanizmin tonusunu artırır, immun, sinir və mədə-bağırsaq sisteminə çox müsbət təsir edir.
Pivə mayası stress, depressiya, yuxusuzluqdan əziyyət çəkənlər üçün çox faydalıdır - sakitləşdirir, yuxunu tənzimləyir, sinir sistemini möhkəmləndirir. Həzm problemlərləri, iştahasızlıqdan əziyyət çəkənlər də bu təbii məhsuldan faydalana bilərlər. Pivə mayası qidanın həzmini və nazik bağırsaqda sovrulmasını yaxşılaşdırır, mədəaltı vəzinə müsbət təsir edir, iştahanı artırır. Pivə mayası orqanizmi ziyanlı maddələrdən təmizləyir.
Pivə mayası həm də kosmetik məhsuldur. Bu məhsul saç, dəri və dırnaqların sağlamlığına olduqca müsbət təsir edir. Onun qəbulundan sonra saçlar canlı və möhkəm olur, daha tez uzanır, onların tökülməsi azalır, dəri civzələr, iltihablar, ləkələrdən təmizlənir, dırnaqların vəziyyəti yaxşılaşır.
Gözəllik üçün pivə mayasını həm daxilə qəbul etmək, həm də maskaların tərkibinə əlavə etmək lazımdır.
Bütün dünyada ölümün əsas səbəbi ürək-damar sistemi xəstəlikləri s
Alimlər depressiyadan əziyyət çəkən insanlara mütləq qidalanmanı dəyi�
Su insan orqanizminin əsas tərkib hissəsidir. Suyun kifayət miqdarda qəbulu
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun daha bir şirk
Əgər yaraya suyun zərəri yoxdursa, adi qaydada dəstəmaz alınır. Yox əg�
Mərhum din alimi və arif Ayətullah Mamaqani oğluna ünvanladığı vəsiyy
Serbiya Prezidenti Aleksandr Vuçiç özünü qurda, Avropanı isə qoyuna bənz
Prostatla bağlı müxtəlif xəstəliklər mövcuddur. Ən geniş yayılanı is
Adətən biz immuniteti qaldıran qidaları axtarırıq. Amma unuduruq ki, günd
Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər a�