Adəm övladının rəğbət etdiyi şeylərin çoxu ehtiyacları olmayan şeylərdir
Digərləri 15 Yan 2023 21:50:00 326 0
Mərhum din alimi və arif Ayətullah Mamaqani oğluna ünvanladığı vəsiyyətnaməsində buyurur:
Bu xəbəri də oxu: Bu həftə sonu bu bürclər nağıl kimi gün yaşayacaq
Ey oğul, heç vaxt dünya məhəbbətinə qəlbində yer verməyəsən. Çünki dünya məhəbbəti acı zəhər kimidir və dərmanı olmayan bir dərddir. Səni atəşə çəkər və Allahın lütfündən uzaq salar. Dünya məhəbbətini ürəkdən çıxarmaq üçün bu haqda düşünməlisən ki, əgər bu iş bəyənilsəydi onu hamıdan qabaq əql sahibləri (peyğəmbərlər) özləri üçün seçərdilər, insanın yırtıcıdan qorxub qaçdığı kimi ondan qaçmazdılar, və bu qədər bu barədə təkidlə vəsiyyətlər etməzdilər.
Mütəal Allah dünya məhəbbətini əksər ayələrdə məzəmmət etmişdir və bu ayələr hədislərdə açıqlanmış və təfsir edilmişdir. Allah kafirlərin barəsində buyurur:
Dünya həyatı kafirlərin gözündə zinətləndirilmişdir" yəni dünya onların gözünə gözəl görünər, onun məhəbbəti ürəklərində yer salar və özlərini dünyadan ötrü həlakətə salarlar. Möminlərin yoxsullarını, acizlərini məsxərə edib, gülərlər. Lakin möminlərin təqvaları qiyamətdə onlardan (kafirlərdən) yuxarı və yüksəkdədirlər (illiyyin təbəqəsindədirlər)
İmam Cəfər Sadiq əleyhissalam buyurur: "Bütün günah və xətaların başı dünyanı sevməkdir".
İmam Cəfər Sadiq əleyhissalam öz atası İmam Məhəmməd Baqir əleyhissalamdan nəql edir ki, o Həzrət buyurdu: "Dünya hərisi olanın məsəli ipək qurdunun məsələsi kimidir. İpək qurdu nə qədər çox ipək toxusa onun arasından çıxması bir o qədər çətinləşir, beləliklə də qəm-qüssədən ölər"
İmam Zeynəlabidin(ə)dan "Əməllərdən hansı Allahın nəzərində daha üstündür"- deyə soruşduqda buyurdu: "Allahı və Peyğəmbəri tanımaqdan sonra dünyadan meyilsiz olmaqdan üstün bir şey yoxdur.
Allah-taalaya qarşı ediləni ilk günah təkəbbür olmuşdur və o şeytanın etdiyi günahdır, necə ki, Qurani-kərim buyurur: "İblis təkəbbür edərək kafirlərdən oldu" ( "Bəqərə" suərsi, ayə 34)
Təkəbbürdən sonrakı günah dünya hərisi olmaqdır.O da Həzrət Adəm əleyhissalam ilə Həvvanın etdikləri günahdır.
Allah-taala buyurur: "Hər ikiniz (Adəm və Həvva) istədiyiniz yerdən (Cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa özünə zülm edənlərdən olarsınız"("Əraf" ayə19).
Amma onlar ehtiyacları olmayan bir şeyə meyl etdilər və onların bu ruhiyyəsi onların övladlarına sirayət etdi. Buna görə də Adəm övladının rəğbət etdiyi şeylərin çoxu ehtiyacları olmayan şeylərdir.
Serbiya Prezidenti Aleksandr Vuçiç özünü qurda, Avropanı isə qoyuna bənz
Prostatla bağlı müxtəlif xəstəliklər mövcuddur. Ən geniş yayılanı is
Adətən biz immuniteti qaldıran qidaları axtarırıq. Amma unuduruq ki, günd
Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər a�
Bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimləri Belar
Müalicə məqsədilə razyana bitkisinin toxumlarından və yarpaqlqrından ist
Qeyd edək ki, namaz zamanı deyilməsi vacib olan sözlər bir o qədər də ç
Silahlılar Burkina-Fasonun şimalında 60-a yaxın qadını qaçırıblar.
Ümumdünya Səhiyyə Təşkilatı Çin hökumətinə müraciət edib.
Soyuq havada həddindən artıq isti geyim tromboz yaradır.