Dünya əvvələ qayıdır: Yoluxma artır, ölümlər gizlədilir,
Dünya 15 Yan 2023 21:17:00 398 0
Ümumdünya Səhiyyə Təşkilatı Çin hökumətinə müraciət edib.
Bu xəbəri də oxu: 50 il əvvəl qadını öldürən şəxs tutuldu
Müraciətə səbəb dekabrın əvvəlindən bəri yoluxma sayının açıqlanmamasıdır. Belə ki, informasiyanın gizli saxlanılması barədə ardıcıl ittihamlardan sonra hökumət dekabrın əvvəlindən təxminən ölkədə 60 000 min nəfərin ölüm xəbərini təsdiqləyib.
Bu barədə AP yazıb. Şənbə günü infeksiyaların artmasına və həddindən artıq dolu xəstəxanalara baxmayaraq, səlahiyyətli orqanlar dekabr ayında antivirus məhdudiyyətlərini qaldırdıqdan sonra ölənlərin sayı barədə ilk rəsmi məlumatı açıqlayıblar.
Hökumət dekabrın 8-dən yanvarın 12-dək COVID-19-un yaratdığı tənəffüs çatışmazlığından 5503 nəfərin, xərçəng, ürək xəstəliyi və COVID-19-la əlaqəli digər xəstəliklərdən isə 54435 nəfərin öldüyünü bildirib. Ancaq narahatlıq var ki, ölənlərin əksəriyyəti COVID-19-dan vəfat edib, lakin Çin hökuməti virus yayıldığı ilk zamanlarda olduğu kimi indi də bu xəbəri gizlədir.
Nəticədə, ÜST və digər hökumətlər əsl vəziyyətlə bağlı Çindən məlumat istəyib. ABŞ, Cənubi Koreya və digər ölkələr Çindən gələn ziyarətçilərə nəzarəti gücləndirib.
ÜST-nin bəyanatında deyilir ki, Çinin son elanı epidemioloji vəziyyəti daha yaxşı başa düşməyə imkan verir. Bu barədə iradlarını ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus səhiyyə naziri Ma Xiaowei ilə telefon danışığı zamanı da ona çatdırıb. "ÜST bu təfərrüatlı məlumatı bizimlə və ictimaiyyətlə paylaşmağa davam etməyi xahiş edib", - açıqlamada deyilir.
Çinin Milli Səhiyyə Komissiyası yalnız xəstəxanalardakı ölümlərin hesablandığını, yəni evdə ölənlərin sayılmayacağını bildirib. O, yenilənmiş məlumatların nə vaxt açıqlanacağını və ya ümumiyyətlə açıqlanıb-açıqlanmayacağını bildirməyib.
Çinin dövlət səhiyyə sektoru dekabrın 23-dən yüksək hərarət şikayəti ilə klinikalara müraciət edənlərin gündəlik sayının 83% azalmasına əsaslanaraq, milli fövqəladə vəziyyətin qüvvədən düşdüyünü elan edib. Lakin son elan Çində COVID-19-dan rəsmi ölüm sayını iki dəfədən çox artırıb. Nəticədə xəstəliyin 2019-cu ilin sonunda Vuhan şəhərində aşkar edilməsindən bəri ölənlərin sayı 10775-ə çatıb.
Xatırladaq ki, Çin rəsmi məlumatlarında yalnız sətəlcəm və ya tənəffüs çatışmazlığından ölümləri hesablayır. Başqa sözlə, bu hesabata digər ölkələrdə virusla əlaqəli ola biləcək bir çox ölüm daxil edilmir.
Soyuq havada həddindən artıq isti geyim tromboz yaradır.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyası, Ukrayna və Belarusun
Somalinin Hiran əyalətində baş verən partlayışlar nəticəsində azı 15
Boris Conson İngiltərənin baş naziri olarkən 800 min funt- sterlinq kredit
Əməkdar artist Bəsti Bəkirova Xalq artisti Sərxan Sərxan və Əməkdar art
Soyuq fəsildə zəhlətökən virus və infeksiyalardan tam qorunmaq mümkün o
Dünyaya sağlam uşaq gətirmək hər bir ananın ən böyük arzusudur. Ancaq
Zirarə belə nəql edir: "Bir gün İmam Baqir(ə)-dən soruşdum:
İnsanlar artıq 35 yaşdan yüksək təzyiq xəstəliyi riski ilə üz-üzədir
"Maidə" surəsinin 105-ci ayəsində oxuyuruq: "Ey iman gətirə
Baş soğan, istər qırmızı, istər sarı, istərsə də qiymətli Hövsan so
Yanvarın 15-də Konqo Demokratik Respublikasında kilsənin partladılması nə