Doğum zamanı alınan travmaların uşağın inkişafına təsiri


Digərləri 15 Yan 2023 21:01:00 292 0

Doğum zamanı alınan travmaların uşağın inkişafına təsiri

Dünyaya sağlam uşaq gətirmək hər bir ananın ən böyük arzusudur. Ancaq bəzən elə hallar olur ki, ananın bu istəyi elə arzu olaraq da qalır.

Normal hamiləlik dövründə hər bir ana hamiləliyini uğurla başa vurmasını istəyir və bunun üçün hamiləliyinə zərər verəcək şeylərdən qorunur. Lakin doğuş zamanı körpə müxtəlif travmalı dünyaya gəlir.

Maşa travması - Doğuş zamanı kəllənin zədələnmələri yumşaq toxumalara qansızma, beyin qişalarının, qan damarlarının və beyni toxumasının travması ilə müşahidə olunur.

Kəllə sümüklərinin sınıqlarına daha az təsadüf olunur. Bu patoloji doğuşlarda maşalardan istifadə zamanı baş verir. Doğuş zamanı uşağın kəlləsinə edilən təzyiq nəticəsində yastı sümüklərlə sümüksüzlüyü arasında qansızma baş verir ki, bu da yumşaq toxumaların aralanmasına səbəb olur. Buna yumşaq toxumların qansızması deyilir. Qansızma çox zaman təpə sümüyü nahiyyəsində, az halda isə ənsə və alın nahiyəsində rast gəlinir. Doğuşdan bir neçə saat və ya gün keçdikdən sonra uşağın kəllə nahiyəsində şişkinlik ortaya çıxır. Onun ölçüsü müxtəlif ola bilər. Şiş yalnız hansı sümüyün üstündə əmələ gəlibsə, orada da olur, heç vaxt qonşu sümüyə keçmir. Dəri üzərindəki şiş ağrısız olur. Qansızma nahiyəsi nəbz kimi vurur. Rentgen müayinəsində kəllə sümüyünün sınığı aydın görünür. Qansızma bəzən beynin sıxılmasına səbəb ola bilər.

Yumşaq toxumalara qansızma adətən fəal cərrahi əməliyyat tələb etmir. Çox vaxt 10-12 gün müddətinə hematoma özü sorulur. Əgər ilk gündən hematoma böyüməyə meyilli olursa, onda sıxıcı sarğı qoymaq lazımdır. Bu dövrdə hematomanı punksiya (iynə vasitəsilə çəkmək) etmək olmaz, çünki bu qanaxmaya səbəb ola bilər ki, bu da yenidoğulmuşun həyatı üçün çox təhlükəlidir. Əgər qansızma çox gec sorulursa, onda 1,5-2 aydan sonra yerində bərkləşmə və kalsium duzları nəticəsində daşlaşma əmələ gəlir. Bu, rentgen müayinəsi zamanı kölgə kimi görünür.

Kəllə beyin zədələnməsi - Patoloji doğuşdan sonra uşaqlar arasında təsadüf olunan travmalardan biri də doğuş kəllə-beyin travmasıdır. Çətin doğuş zamanı beyin damarları və beyin toxuması zədələnə bilər. Əgər bu zaman beyin əzilməsi və qansızma müalicə tələb edirsə, kəllədaxili hematomalar, bəzən isə sınıqlar təcili neyro-cərrahi müdaxilə tələb edir. Doğuş travması nəticəsində baş verən kəllə-beyin travması zamanı çox vaxt beyin toxuması onun qan damarlarını zədələyir.

Xəstələrdə süstük, skelet əzələlərinin hipertoniyası və qarın divarının tonusunun zəifliyi müşahidə olunur. Bəzi körpələrdə ətrafların əsməsi və qıcolmalar baş verir.

Həyatı orqanlar risk altında - Ağır kəllə-beyin travması zamanı həyati vacib orqanların (ürək-qan-damar-tənəffüs sistemi) fəaliyyəti, udma və sorma reflekslərini pozulur. Yenidoğulmuşlarda kəllə-beyin əzilməsində və qansızma zamanı bu əlamətləri aşkar etmək çox çətin olur. Diaqnozun qoyulmasında onurğa beyindən götürülən analizin böyük əhəmiyyəti var. Yenidoğulmuşlarda kəllə-beyin travması konservativ müalicə tələb edir. Sakitlik, başa soyuq kompreslər, yeməyi ancaq qaşıqla yedizdirmək və s.

Əgər xəstədə kəllə sümüklərinin sıxıcı və kəllədaxili hematoma varsa, cərrahi müdaxilə tələb olunur.

Epilepsiya təhlükəsi - Kəllə sümüyünü batmış sınıqları travmanın kəskin dövründə müvəqqəti olaraq beynin funksiyasını pozmaqla bərabər, beyin qişalarında çapığın əmələ gəlməsinə səbəb olur ki, bu da sonradan uşaqda epilepsiya xəstləiyinin meydana çıxmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, beyin uşaqlarda 2 yaşına kimi çox sürətlə inkişaf edir. Ona görə də batmış kəllə sınıqları travmadan 2-3 gün keçən müddətdə əməliyyat edilməlidir. Əməliyyatdan sonra tədricən xəstədə sınıqların təsirindən meydana çıxan bütün fəsadlar aradan qalxır.

Ginekoloq məsləhəti - Doğuş zədələnməsi əsasən dölün böyük, ananın çanağının dar olması nəticəsində doğuş aktı çətin olduqda və ya bu vaxt göstərilən yardımçı köməklər zamanı baş verir. Həmçinin uşaq asfiksiya (boğulma) ilə doğulduqda ilk yardım zamanı da zədələnmələr ortaya çıxır.

Doğuş çətin keçən zaman uşaq mütləq travma alır. Həkim nə qədər peşəkar olsa da çanaq dar, dölün baş ölçüləri böyük olanda doğuş aktı çətin və ya bu vaxt göstərilən yardım uşağın travma alma riski qaçılmaz olur. Buna kəllənin doğuş travmaları deyilir.

Sağrı gəlişi - (yan gəlişi) zamanı uşağa doğuş zədələnmələrindən qorunmaq üçün qeysəriyyə əməliyyatı yolu ilə uşağı bu zədələrdən qorumaq olur.

Rəna Kazımova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu

Lənət oxumaq olarmı?.. like
  • 15 Yan 20:50  
Digərləri Lənət oxumaq olarmı?..

Bir sıra Quran ayələrində lənət oxunması ilə rastlaşırıq: "Zalı

arrow Ətraflı
Yüksək təzyiq riskini 65% azaldan içki AÇIQLANDI like
  • 15 Yan 20:45  
Digərləri Yüksək təzyiq riskini 65% azaldan içki AÇIQLANDI

İnsanlar artıq 35 yaşdan yüksək təzyiq xəstəliyi riski ilə üz-üzədir

arrow Ətraflı
İnsanları haqqa dəvət edib, batildən çəkindirmək vacibdirmi? like
  • 15 Yan 20:40  
Digərləri İnsanları haqqa dəvət edib, batildən çəkindirmək vacibdirmi?

"Maidə" surəsinin 105-ci ayəsində oxuyuruq: "Ey iman gətirə

arrow Ətraflı
İmpotensiyanı özünə dərd edən kişilərə like
  • 15 Yan 20:35  
Digərləri İmpotensiyanı özünə dərd edən kişilərə

Baş soğan, istər qırmızı, istər sarı, istərsə də qiymətli Hövsan so

arrow Ətraflı
Konqoda kilsədə partlayış: like
  • 15 Yan 20:31  
Dünya Konqoda kilsədə partlayış:

Yanvarın 15-də Konqo Demokratik Respublikasında kilsənin partladılması nə

arrow Ətraflı
Kokosun bilmədikləriniz faydaları like
  • 15 Yan 20:30  
Digərləri Kokosun bilmədikləriniz faydaları

Kokos çox faydalı və müalicəvi məhsuldur. Hal hazırda biz də bu məhsuld

arrow Ətraflı
Davos forumunda rusiyalı iş adamları like
  • 15 Yan 20:29  
Digərləri Davos forumunda rusiyalı iş adamları

Yanvarın 16-dan 20-dək Davosda keçiriləcək Dünya İqtisadi Forumunda rusiy

arrow Ətraflı
Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? like
  • 15 Yan 20:27  
Digərləri Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər?

Son vaxtlar ölüm haqqında tibbi şəhadətnamənin alınması zamanı problem

arrow Ətraflı
5 yaşınadək uşaqlar düzgün qidalanmır like
  • 15 Yan 20:25  
Digərləri 5 yaşınadək uşaqlar düzgün qidalanmır

Dünyada beş yaşınadək olan hər üç uşaqdan biri, yəni cəmi 200 milyon

arrow Ətraflı
Arvadını öldürüb qaçan ər like
  • 15 Yan 20:21  
Digərləri Arvadını öldürüb qaçan ər

Yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəl

arrow Ətraflı
“Challenger 2” tankları Ukraynaya necə like
  • 15 Yan 20:18  
Siyasət “Challenger 2” tankları Ukraynaya necə

Britaniyanın təqaüdçü hava vitse-marşalı Şon Bell bildirib ki, xarici is

arrow Ətraflı
Qışda xəstələnmək istəmirsinizsə, bunları yeyin like
  • 15 Yan 20:15  
Digərləri Qışda xəstələnmək istəmirsinizsə, bunları yeyin

Soyuq havada xəstələnməmək üçün yediyiniz və içdiyiniz qidalara da diq

arrow Ətraflı
Münafiq kimdir və onu necə tanımalı?.. like
  • 15 Yan 20:10  
Digərləri Münafiq kimdir və onu necə tanımalı?..

Qurani-kərimdə insanların üç qismə - mömin, münafiq və kafir təbəqəl

arrow Ətraflı