5 yaşınadək uşaqlar düzgün qidalanmır
Digərləri 15 Yan 2023 20:25:00 310 0
Dünyada beş yaşınadək olan hər üç uşaqdan biri, yəni cəmi 200 milyon azyaşlı ya doyunca qidalanmır, yaxud da artıq çəkidən əziyyət çəkir.
Bu xəbəri də oxu: İsmayıllıda ağır qəza ölənlər var
Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) uşaqların qidalanmasına və sağlamlığına həsr olunan məruzəsində bildirilir.
Məruzədə deyilir ki, 6 aydan 2 yaşadək hər üç uşaqdan ikisinin rasionu sağlam qida normalarına uyğun gəlmir. Həmin uşaqlar onların boylarının artması və inkişafı üçün zəruri olan bəsləyici maddələri doyunca qəbul etmirlər. Bu, zəif immunitet, infeksiyalara yüksək həssaslıq, təlimin aşağı səviyyəsi və intellektual inkişafın ləngiməsi kimi problemlərə gətirib çıxara bilər.
"Son onilliklərin texnoloji, mədəni və sosial tərəqqisinə baxmayaraq, biz çox sadə həqiqət barədə unutmuşuq: əgər uşaqlar pis qidalanırsa, deməli pis yaşayır. Milyonlarla uşağın qidalanma rejimi çox pisdir, onların sadəcə, başqa seçimləri yoxdur", - deyə UNICEF-in başçısı Genrietta For bildirir.
"Biz doyunca qidalanmamaya qarşı öz münasibətimizi dəyişməliyik: iş təkcə uşaqların nə qədər yeməyində deyil, həm də nə ilə qidalanmasındadır", - deyə For əlavə edib.
Məruzədəki göstəricilərə görə, doyunca yeməmək səbəbindən dünyada 5 yaşından aşağı olan təqribən 150 milyon uşaq yetərsiz boy artımından, 50 milyonu isə çəki azlığından əziyyət çəkirlər. Bununla yanaşı, bu yaş qrupunda olan 40 milyon uşaq pis, tarazlaşdırılmamış qidalanma ucbatından artıq çəkidən əziyyət çəkir.
Ekspertlər qeyd edirlər ki, qidalanma ilə problemlər körpənin ilk aylarından başlayır. Belə ki, yenidoğulanların yalnız 42 faizi ana südü ilə qidalanır. Orta gəlirdən yuxarı səviyyəli olan Braziliya, Çin və Türkiyə kimi ölkələrdə uşaqlar üçün südlü sıyıqların satışı son 5 ildə 72 faiz artıb.
Daha sonra, yaşyarımlıq uşaqların "böyüklərin yeməyi"nə öyrəşdirilməsi zamanı onlardan təxminən yarısının rasionunda meyvə və tərəvəzlər olmur. 6 aylıqdan tutmuş 2 yaşadək uşaqların 60 faizi yumurta, süd məhsulları, balıq və ət ilə qidalanmırlar.
Məktəbyaşlı uşaqlar tez-tez yarımfabrikatlar və "fastfud" qidalar qəbul edirlər. Aşağı və orta səviyyəli gəlirə malik ölkələrdə məktəblilərin 42 faizi hər gün şirin qazlı içkilər içir, 46 faizi isə azı həftədə bir dəfə "fastfud" restoranlarında qidalanır. Yüksək gəlirə malik ölkələrdə bu göstəricilər müvafiq olaraq, 62 və 49 faiz təşkil edir.
Mütəxəssislər qeyd edirlər ki, nəticədə, 2000-ci ildən 2016-cı ilədək olan dövrdə artıq çəkiyə malik uşaqların sayı iki dəfə artıb. Hazırda 5 yaşdan 19 yaşadək olan uşaqlar arasında hər beşincisi artıq çəkidən əziyyət çəkir.
UNICEF-də uşaqlar arasında doyunca yeməmək və qeyri-sağlam qidalanmaya qarşı bir sıra tədbirlər təklif edirlər. Onların sırasına zərərli ərzaqlara tələbatın azaldılması tədbirləri, o cümlədən şəkərtərkibli içkilərə əlavə vergi tətbiq olunması, uşaqlar üçün nəzərdə tutulan qida məhsullarının reklam və marketinqi üzərində qanunvericilik nəzarətinin qoyulması daxildir.
Yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəl
Britaniyanın təqaüdçü hava vitse-marşalı Şon Bell bildirib ki, xarici is
Soyuq havada xəstələnməmək üçün yediyiniz və içdiyiniz qidalara da diq
Qurani-kərimdə insanların üç qismə - mömin, münafiq və kafir təbəqəl
Indi yuxusuzluqdan əziyyət çəkənlər həddən artıq çoxdur. Dərmanlara �
Xalq artisti Brilliant Dadaşova aparıcı Gülnar Səhliyarlının hamiləlik f
Ailənin gündəlik istifadəsində olan plastik kütlələrin növləri və onl
Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdır�
Xəbər verdiyimiz ki, yanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasın�
İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyurur:
Müharibələrlə və fəsadla dolu dünyada ümidsizliyə qapılmamaq olarmı?
Donuz qripi və kovid oxşar simptomlarla müşayiət olunsa da, birincisində a
Şəkər xəstəliyi, pankreatit adlanan xəstəlik bədənində kifayət qədə