Özünüzü xoşbəxt hiss etmək istəyirsinizsə, bunları yeyin!
Digərləri 15 Yan 2023 22:30:00 378 0
Alimlər sübut edib ki, qəbul etdiyimiz qidalar bizim əhvalımıza böyük təsir edir.
Bu xəbəri də oxu: Evlənmə təklifi alacağınız həmin o RESEPT
Məsələ burasındadır ki, orqanizmdə "serotonin" adlı xoşbəxtlik hormonun ifrazı üçün bəzi amintirşuları və digər maddələr lazımdır. Bu aminturşuları arasında ən əsası "triptofandır". Triptofan bir çox qidalarda var. Triptofandan əlavə B qrupu vitaminləri və C vitamini, bəzi minerallar və digər faydalı maddələrin əhvalımıza böyük təsiri var. Beləliklə, insan bu maddələrlə zəngin olan qidaları tez-tez yeyəndə, onun əhvalı daha yaxşı olur. Bu qidalar arasında:
1. Hind quşu
Triptofanla olduqca zəngindir.
2. Pendir
Pendirdə həm triptofan, həm fenilalanin aminturşusu var. Fenilalanın da serotonin hormonun ifrazına təsir edir. Pendir həmçinin kalsiumla zəngindir. Kalsium isə tək sümüklərimizi deyil, sinirlərimizi və damarlarımızı da möhkəmləndirir.
3. Xurma
Yodla zəngin olan xurma qalxanvari vəzi üçün çox faydalıdır. Qalxanvari vəzinin normal fəaliyyətindən bizim əhvalımız da çox asılıdır.
4. Kahı və s. göyərtilər
Göyərtilərin tərkibində olan maddələr serotoninin ifrazını artırır.
5. Azkalorili süd məhsulları
Bu məhsullar bağırsaqların mikroflorasına müsbət təsir edir. Bu mikroflora isə həm immunitetimizə, həm də əhvalımızla təsir edir.
6. Avokado
7. Banan
B vitamini, kaliumla, saxaroza və fruktoza ilə zəngin olan banan əhvalı yaxşılaşdırır.
8. Dəniz məhsulları və balıq
A, D, B qrupu, sink, fosfor kimi faydalı maddələrlə zəngindir. Bu maddələr bizim əhvalımıza da çox müsbət təsir edir.
9. Pomidor
10. Çiyələk
11. Şokolad
Bu dünyada ən tanınmış "antidepressantdır".
Gürcüstanın Xalq artisti, müğənni, aktyor və rejissor Vaxtanq Kikabidze y
Baxmut uğrunda döyüşlərdə iki soydaşımız - Roma Rəhman oğlu Babaşov
Rusiya Müdafiə Nazirliyi "Vaqner" özəl hərbi şirkətinin ardınc
Pivə mayası faydalı müalicə məhsuldur. Pivə ilə müqayisədə onun tərk
Bütün dünyada ölümün əsas səbəbi ürək-damar sistemi xəstəlikləri s
Alimlər depressiyadan əziyyət çəkən insanlara mütləq qidalanmanı dəyi�
Su insan orqanizminin əsas tərkib hissəsidir. Suyun kifayət miqdarda qəbulu
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun daha bir şirk
Əgər yaraya suyun zərəri yoxdursa, adi qaydada dəstəmaz alınır. Yox əg�
Mərhum din alimi və arif Ayətullah Mamaqani oğluna ünvanladığı vəsiyy
Serbiya Prezidenti Aleksandr Vuçiç özünü qurda, Avropanı isə qoyuna bənz
Prostatla bağlı müxtəlif xəstəliklər mövcuddur. Ən geniş yayılanı is