İlham Əliyevin Qərbi Azərbaycanla bağlı verdiyi mühüm mesajlar
Siyasət 12 Yan 2023 09:29:00 440 0
Son.az Trend-ə istinadən bildirir ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Qərbi Azərbaycanla və oradan deportasiya edilən əhalinin geri qaytarılması ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Bu xəbəri də oxu: Tramp NATOya qarşı: ya 5%, ya kollaps
Ölkə başçısı bildirib ki, deportasiya olunmuş azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaları ermənilərə problem yaratmayacaq: "Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik".
Məlumdur ki, ermənilər uzun illər İrəvan, Göyçə və Zəngəzur kimi tarixi bölgələrimizdə Azərbaycan xalqına məxsus izləri silmək üçün sistemli iş aparıblar. Onlar 1960-cı ildə İrəvanın məşhur "Təpəbaşı" məscidinin minarəsini uçurublar. Həmçinin 300-dən çox yaşayış evinin mövcud olduğu "Təpəbaşı" məhləsini dağıdıblar. Hazırda İrəvanda 1991-ci ilə qədər azərbaycanlıların yaşadığı ərazilərdəki infrastrukturun bir hissəsi tam dağıdılıb, digər hissəsi isə baxımsız vəziyyətdədir. Bu gün İrəvanda salamat qalan yeganə Azərbaycan məscidi isə "Göy məscid"dir.
Təbii ki, Ermənistandakı hakim dairələrin bir zamanlar azərbaycanlıların yaşadığı əraziləri yenidən bərpa etmək, həmin məhlələrə erməniləri köçürmək imkanı yoxdur. Çox ehtimal ki, hələ uzun illər onların belə bir imkanı olmayacaq. Bu səbəbdən, Azərbaycanın öz vəsaiti hesabına həmyerlilərimizin İrəvandakı evlərini bərpa edə biləcəyini ehtimal etmək olar. Azərbaycan lideri də bəyan edib ki, rəsmi Bakı əlində olan bütün imkanlardan istifadə edəcək.
Qərbi azərbaycanlıların doğma yurdlarına dönüşü mehriban qonşuluq siyasətinə, iqtisadi əlaqələrin qurulmasına və xüsusilə, birgəyaşayışa böyük töhfə verə bilər. Həmçinin, azərbaycanlıların İrəvana və Qərbi Azərbaycanın digər bölgələrinə köçürülməsi isə Ermənistanı "monodövlət" statusundan kənarlaşdıracaq.
Prezident İlham Əliyev də müsahibə zamanı Ermənistanın monodövlət olmasına toxunub.
Sitat: "Bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır".
Azərbaycan liderinin açıqlamalarından da aydın olur ki, rəsmi Bakı Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qaytarılması üçün planlı iş aparır, prosesə hüquqi baxımdan yanaşır və xüsusilə, məsələnin beynəlxalq müstəvidə müzakirəsi üçün zəminlər yaradır.
Müsahibə zamanı Qərbi azərbaycanlıların doğma yurdlarına qaytarılması üçün aparılan hüquqi prosesdən danışan Prezident vurğulayıb ki, yerlərdən gələn təkliflər əsasında vahid konsepsiya üzərində işə başlanılıb: "Mənim tövsiyələrim, yəni, dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq".
Göründüyü kimi, Azərbaycan Qərbi Azərbaycana topla, tüfənglə deyil, sülhlə, bərabərhüquqlu birgəyaşayış prinsiplərini rəhbər tutaraq qayıtmağı planlaşdırır. Ölkə başçısı çıxışı zamanı bu prinsiplərin rəhbər tutulacağını xüsusi vurğulayıb.
Bütün bunlar Azərbaycan və Ermənistan arasında uzun illərdir hökm sürən etnik münaqişənin tarixə qovuşmasına hesablanmış uzunmüddətli barışıq planının bir hissəsidir.
Rəsmi Bakının Qərbi Azərbaycanla bağlı aktiv müzakirələrə başladığı zaman da xüsusi diqqət çəkir. Məlumdur ki, Azərbaycan artıq Qarabağı işğaldan azad edib və "Böyük Qayıdış" prosesinə start verilib. Bu səbəbdən, hazırda Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qaytarılması məsələsinin gündəmə gətirilməsi məqsədəuyğundur.
Ona görə də ölkə başçısı müsahibə zamanı Qərbi Azərbaycan İcmasının uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum olduğunu xüsusi vurğulayıb: "Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq".
Prezident deyib ki, bizim bütün proqramlarımız bir qayda olaraq icra edilir.
Sitat: "Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik".
Ölkə başçısı Qarabağ işğal altında olduğu dövrdə də bölgənin azad olunacağı ilə bağlı əmin fikirlər söyləmişdi. Azərbaycan lideri xalq qarşısında səsləndirdiyi fikirləri Qarabağ zərəfi ilə təsdiqləmiş oldu.
Hazırda isə Azərbaycan xalqı Qarabağa "Böyük Qayıdış"a şahidlik edir. Zaman gələcək xalqımız Qərbi azərbaycanlıların da doğma yurdlarına geri dönüşünə şahidlik edəcək. Bu qayıdış top-tüfənglə deyil, sülhün gətirdiyi iqtisadi və siyasi təsir imkanları ilə baş tutacaq.
Azərbaycan lideri Qərbi Azərbaycana qayıdışın olacağını əminliklə deyir. Xalqımız da buna əmin olmalı, dövlətin Qərbi Azərbaycanla bağlı həyata keçirdiyi vahid konsepsiya ətrafında birləşməli və görülən işlərə dəstək ifadə etməlidir.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Könüllü olaraq cəbhəyə yollanmış ukraynalı müfti Səid İsmayılov Bax
İtaliya prezidenti Sercio Mattarella İranı nümayişçilərə qarşı repress
Evinizdə cəfəri yetişdirin! Bu sizin bir çox xəstəliklərdən xilas olma�
Türkiyənin Ukraynaya silah verməsi təsdiqlənərsə, bu, xəyanət kimi qiym
Xərçəng xəstəliyinə yaxalanmamaq itəyirsənsə, o zaman aşağıdakı qid
Ukraynada siyasi və ya mənəvi təsiri olan bütün ruslar vətəndaşlıqdan
Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı
Sistit uroloji xəstəlikdir. Sistit sidik kisəsinin iltihabi xəstəliyidir. S
Rusiyanın Başqırdıstan Respublikasının birinci prezidenti Murtaza Rəhimov
Böyük Britaniyalı məşhur aktrisa Helen Mirren villasını 17 milyon dollara
Yanvarın 11-dən etibarən Qarabağdakı qondarma rejim nağd pul dövriyyəsin
Bu yaxınlarda mən qanımı müayinə etdirdim və qanımda lipidlərin, triqli
İranın keçmiş müdafiə nazirinin müavini Əli Rza Əkbəri edam cəzasına