Evinizdə cəfəri yetişdirin!
Digərləri 12 Yan 2023 08:59:00 311 0
Evinizdə cəfəri yetişdirin! Bu sizin bir çox xəstəliklərdən xilas olmağınıza səbəb ola bilər. Cəfəri insan orqanizmi üçün faydalı sayılan bitkilərdən biridir. Onun hətta, ev şəraitində yetişditilməsi çox asandır. Cəfəri əkildikdən yarım ay sonra cücərməyə başlayr və il boyu öz bəhrəsini verir. Mütəxəssislər cəfərini marketlərdən ala bilməyən insanlara onu evdə dibçəkdə yetişdirməyi məsləhət bilir. Çünki ondan müxtəlif məqsədlərlə itifadə edilir. Cəfəridən müxtəlif salatların hazırlanmasında, müalicə məqsədilə və kosmetoloji vasitə kimi istifadə edilir. Cəfərinin orqanizm üçün həddindən çox faydası var. Onun tərkibində olan C vitamini limonun və potağalı tərkibindəkindən 5 dəfə artıqdır. Cəfəri B1, B2, K, PP vitaminləri, dəmir, kalium, kalsium, fosfor, maqniumla da zəngindir. Gün ərzində 50 qram cəfəri yemək orqanizmin C vitamininə və karotinə olan ehtiyacını ödəyir. Cəfəridən xalq təbabətində geniş istifadə edilir. Onun kökünün dəmləməsi göz xəstəlikləri zamanı çox faydalıdır. Belə ki, bu dəmləmə gözü işıqlandırır və görməni yaxşılaşdırır. Dəmləməni hazırlamaq üçün cəfərinin kökü təmiz yuyulur, zəif odda 10-15 dəqiqə qaynadılır və gündə 2-3 dəfə içilir. Dəmləməni gözə sürtmək də mümkündür. Qastrit zamanıgün ərzində 5 dəfə 10 ml cəfəri şirəsi içmək xəstəliyin əlamətlərini azaldır. Kosmetologiya sahəsində də cəfəridən geniş itifadə edilir. Cəfəri suyu dərini tonuslandırır. Ən cox da gözətrafı dərinin tonuslanması üçün cəfəri suyunun tayı bərabəri yoxdur. Yağlı dəriyə cəfəri şirəsi ilə suda islanmış herkules maskası çox faydalıdır. Bu qarışımdan hazırlanan buzla yağlı dərini sildikdə dərinin yağ balansı normallaşır. Quru dəri üçün isə cəfəri şirəsi qatılmış kəsmik maskası çox fydalıdır. Saçları yuduqdan sonra cəfəri dəmləməsilə yaxaladıqda saçlar parlaq və güclü olur. Cəfəridən hazırlanmış losyonla saç dərisini yuduqda isə dəri sağlamlaşır.
Bu xəbəri də oxu: Səhər yeməyindən imtinanın sağlamlığa təsirləri
Losyon aşağıdakı qaydada hazırlanır: 20 qram cəfəri 1 stəkan araqda sərin və qaranlıq yerdə 2 həftə saxlanılır. Sonra saçlar yuyulub yaxalanır və losyon baş dərisinin hər tərəfinə tökülür. Bu müalicə yağlı saçların yağlılığını aradan qaldırır, kəpəyin qarşısını alır
Türkiyənin Ukraynaya silah verməsi təsdiqlənərsə, bu, xəyanət kimi qiym
Xərçəng xəstəliyinə yaxalanmamaq itəyirsənsə, o zaman aşağıdakı qid
Ukraynada siyasi və ya mənəvi təsiri olan bütün ruslar vətəndaşlıqdan
Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı
Sistit uroloji xəstəlikdir. Sistit sidik kisəsinin iltihabi xəstəliyidir. S
Rusiyanın Başqırdıstan Respublikasının birinci prezidenti Murtaza Rəhimov
Böyük Britaniyalı məşhur aktrisa Helen Mirren villasını 17 milyon dollara
Yanvarın 11-dən etibarən Qarabağdakı qondarma rejim nağd pul dövriyyəsin
Bu yaxınlarda mən qanımı müayinə etdirdim və qanımda lipidlərin, triqli
İranın keçmiş müdafiə nazirinin müavini Əli Rza Əkbəri edam cəzasına
Türkiyə Rusiya və Ukrayna arasında humanitar dəhlizin açılmasını istəy
Yüksək təzyiq son illərin ən çox geniş yayılan xəstəliklərindən say�
Kəklikotundan qida sənayesində bir-çox yeməkləri dadlandırmaq məqsədil�
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qazaxıstanın Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi xalqın lideri (e