Əzələ ağrılarına, revmatoid artritə, skleroza, dəri xəstəliklərinə yardım edən çay
Digərləri 12 Yan 2023 08:25:00 326 0
Kəklikotundan qida sənayesində bir-çox yeməkləri dadlandırmaq məqsədilə istifadə edilir. Onun yarpaqlarının tərkibində olanlar orqanizm üçün çox faydalıdır. Kəklikotundan dəmlənən çaydan qədim romalılar, yunanlar, misirlilər istifadə edib. Kəklikotu dəmləməsinin faydasından qədim zamanlardan müalicə məqsədi kimi istifadə edilib.
Bu xəbəri də oxu: Filmlərin çəkildiyi məşhur məktəb niyə baxımsız qalıb?
Kəklikotu dəmləməsi orqanizmdə olan fibromialgiya, revmatoid artrit, Xaşımot və müxtəlif dəri xəstəliklərinin əlamətlərini azaldır.Bu çayın damarlarda əmələ gələn skleroz əlamətlərinin qarşısını aldığı da sübut edilmişdir.
Fibromialgiya əzələlərdə ağrı ilə özünü biruzə verən xəstəlikdir. Bu xəstəlik zamanı insanlarda ağrı ilə yanaşı keylik, əhval-ruhiyyənin pisləşməsi, yaddaş pozğunluqları da müşahidə edilir. Kəklikotunun təkibində olan timol, antimokrob təsiri ilə xəstəliyin əlamətlərini azaldır. Bunun üçün hər gün kəkliotu dəmləməsi içmək lazımdır. Xaşimot xəstəliyi orqanizmin immun sistemi zəiflədikdə və qalxanvari vəzin funksiyası pozulduqda meydana çıxır. İmmun sistem isə orqanizmdə ən çox infeksion xəstəliklərin baş verdiyi zaman meydana çıxır. Kəklikotu dəmləməsinin orqanizmdə olan bütün bakteriya və viruslara qarşı antimikrob təsirini nəzərə alsaq, onun qəbulunun da bu səbəbdən əmələ gələn xəstəliklərin qarşısını ala bildiyini söyləyə bilərik. Revmatoid artrit xəstəliyi arteriya damarlarının iltihabi xəstəliyidir Bu xəstəliyin əmələ gəlməsinə iltihabi proseslər səbəb olur. Uzun müddət hər gün kəklikotu dəmləməsi içmək nəinki, arteriya damarlarında, hətta, göz, ürək və qan damar sisiteminin digər damarlarında əmələ gələn iltihabi proseslərin aradan qalxmasına səbəb olur. Mütəxəssislər 40 yaşdan yuxarı bütün insanlara hər gün kəklikotu dəmləməsi içməyi məsləhət bilir. Onların fikrincə, hər gün kəklikotu dəmləməsi içmək orqanizmi baş verə biləcək bütün iltihabi proseslərdən qoruya bilər.
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qazaxıstanın Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi xalqın lideri (e
Qara yemişanın yarpaq və meyvəsinin həm təzəsindən, həm də qurudulmuş
Braziliyadakı etirazlarla bağlı 1200-dən çox adam həbs edilib.
Bu dərmanın tərkibi 3 sadə məhsulun qarışımından hazırlanıb, amma, on
Günün sualı budur: Ermənistanın yeni yaradılmış Xarici Kəşfiyyat Xidm�
Çinin cənubundakı Quançjou şəhərində bir nəfərin maşını piyadaları
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keç
Meyvə çayı meyvə, gilmeyvə və onların yarpaqlarından dəmlənən çaydı
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxça
Teleqraf.com Milli Məclisin deputatı Vahid Əhmədovla müsahibəni təqdim ed
Çin qızılgülündən dəmlənən çayın faydaları barədə eştmisinizmi? �
Bəzi qida maddələri xərçəng şişinin qidalanmasına səbəb olur. Bu bar�